Anons

Сегодня, 17:00- Azərbaycanda it itə yedizdirilib

Сегодня, 16:00- "Söyüş söyənlərin başında Əli Kərimli dayanır"

Сегодня, 15:00- İrandan gələn iş adamı gömrükdə “ilişdi”

Сегодня, 14:00- “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?

Сегодня, 13:11- Komitənin qarşısından ucalan qarğışlar

Сегодня, 13:00- Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Сегодня, 12:30- Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...

Сегодня, 12:00- "Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

Сегодня, 11:27- Bakıda məhkəmə sədrinin evi yanır-VİDEO

Сегодня, 11:00- Əli Kərimlinin qəzəbinin pərdəarxası…

Сегодня, 10:30- "Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat

Сегодня, 10:00- İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı

Сегодня, 09:00- Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu

Вчера, 23:00- Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”

Вчера, 21:00- Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Вчера, 20:00- 17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər

Вчера, 19:00- Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Вчера, 18:00- “Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

Вчера, 17:00- Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq

Вчера, 16:00- “İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”

Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası açıqlandı

Tarix:18-05-2020, 16:22 Baxış Sayı:31

Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası açıqlandı Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu qaydası məlum olub.
Qurumdan verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər.
Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, iki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.06.2020-ci il tarixindən həftənin üçüncü və beşinci günləri Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.
Məlumatda qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq, Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ