Anons

Сегодня, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

Сегодня, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

Сегодня, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Вчера, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

Вчера, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

Вчера, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Вчера, 14:05- Azərsu-da dəhşətli faktlar

Вчера, 13:42- Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu

Вчера, 13:39- Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

Вчера, 13:34- Mirşahin Ağayev koronavirusa yoluxub

Вчера, 11:31- Şirkət direktoruna cinayət işi açıldı

Вчера, 10:28- "AccessBank" bağlanır?

Вчера, 09:25- Jurnalistlərə "işverən" deyən "Fairmont Baku"-nun qəhrəmanı iş adamının oğlu imiş - Video

Вчера, 08:46- İndi də Biləsuvar susuz qalıb

Вчера, 00:51- Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?

4-07-2020, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

4-07-2020, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

4-07-2020, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO

Tarix:13-06-2020, 11:00 Baxış Sayı:808

Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO Ermənistan Dağlıq Qarabağa 3-cü yeni magistral yol çəkməyə hazırlaşır. Bəs yoxsulluq səviyyəsində olan və iqtisadi çətinliklərdən yaxa qurtara bilməyən Ermənistana bu yol çəkilişi nə üçün vacibdir?XəzərXəbər prosesin pərdə arxasını hərbi mütəxəssislərin gözü ilə dəyərləndirib.
Rəsmi İrəvan həm hərbi, həm də iqtisadi məqsədlər üçün Ermənistandan Dağlıq Qarabağa 3-cü magistral yolun çəkilməsini planlaşdırır.
Xüsusilə ilə də 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin may ayında həyata keçirilən Naxçıvanda Günnüt əməliyyalarından sonra Ermənistandan Dağlıq Qarabağa gedən Laçın koridoru, eləcə də İran sərhədinə yaxın ərazidən gedən magistral yollar Azərbaycan silahlı qüvvələrinin hər an vura biləcəyi hədəf halına gəlib. Buna görə də Ermənistan Təhlükəsizlik Şurası işğal altındakı torpaqları əldə saxlamaq üçün Qapandan Hadruta qədər olan 150 km məsafədə müşahidədən nisbətən kənarda qalan yeni yolun çəkilməsinə qərar verib.
Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovniki Məhərrəm Cahangirov bildirir ki, xüsusilə 2016-cı ilin aprelindəki hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun baş verənlərə planlaşdırılandan dəfələrlə gec reaksiya verməsi yeni yolun çəkilməsini qaçılmaz edir. O, bildirir ki, Amerika və Rusiyalı hərbi strategiya üzrə mütəxəssislər Cənubi Qafqazda son 32 ildəki münaqişələrə dair 180 səhifəlik təhlilərdə də göstəriblər ki, Ermənistanın aprel döyüşlərində məğlubiyyətinin əsas səbəblərindən biri hərbçilərin manevri üçün lazımı infrastrukturun olmamasıdır.
Məhərrəm Cahangirov bildirir ki, Ermənistan üçüncü yolu çəkməsinə baxmayaraq bu yol da Azərbaycan Ordusunun müşahidəsindən və zərbə nöqtəsindən kənarda deyil. Azərbaycan ordusunun sahib olduğu Polonez, Smerç, Lora kimi yaylım-atəş sistemləri və taktiki raketləri nəinki hansısa yolu, hətta İrəvanda istənilən hədəfi vurmaq iqtidarındadır.
Məhərrəm Cahangirovun sözlərinə görə bir sıra xarici hərbi araşdırma təşkilatları da qeyd ediblər ki, Azərbaycan aprel döyüşləri zamanı sahib olduğu artilleriya sistemlərinin cəmi 10 faizini istifadə edib.bütün hərbi parametrlərə görə azərbaycan ermənistandan müqayisəolunmaz üstünlüyə malikdir.
© xezerxeber.az

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ