Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
11-12-2020, 15:04
135

Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbə münasibətilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı hər birimizdə bir daha böyük iftixar hissləri yaratdı. Cəmi 44 günlük bir müddətdə erməni faşizmini məhv edərək, ölkəmizin ərazi bütövlüyünü təmin edən qüdrətli Ordumuzla bir daha sonsuz qürur duyğuları yaşadıq.
"Report" xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) 35 fərdi yaşayış evinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.
Masallı və Astara rayonlarında evlərin təqdim edilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev iştirak ediblər.
H.Abdullayev Azərbaycanın şanlı tarixinin yazıldığı, xalqımızın qələbə sevinclərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi tədbirlərinin da uğurla davam etdirildiyini bildirib.
Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə genişlənir. Əgər 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1 100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.
Nazir müavini Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu müharibədə yaralanmış hərbçilərimizin sosial dəstəklə əhatə olunması üçün də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb.
Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.

Oxşar xəbərlər

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Daha dörd rayonda şəhid ailələri və əlillərə ev verildi - FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTOLAR
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Müharibə əlillərinə minik avtomobilləri verilib
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
İcra başçısı özünə birinci müavin təyin etdi
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Azərbaycanda növbəti qəbul imtahanları keçirilir
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Masallı, Cəlilabad və Astarada yaşayış yerini tərk edən COVID xəstələri aşkarlanıb
Erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verildi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...