“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı. Həqiqətən Fransa Prezidenti Emmanuel Makron Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər. Makron bu açıqlamanı ikinci dəfədir səsləndirir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Fransa prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız ermənilərin mövqeyini səsləndirməsi bu ölkənin vasitəçi statusuna kölgə salır:
“Makron prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini dəyişdirməlidir. Ancaq Makron müharibə və ondan sonrakı dövrdə olduğu kimi ermənipərəst siyasətini davam etdirir.
Nikol Paşinyanın Makronla görüşdə səsləndirdiyi digər cümlə diqqəti çəkdi. Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb”.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Fransaya səfər etməklə seçkiqabağı daha çox səs qazanacağına ümid edir:
“Paşinyan bir tərəfdən göstərir ki, o ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.
Bu arada, iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında diskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu.
Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən, İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərin yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu, mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu, Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu, Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə, Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçiləri Qarabağda yerləşməsi prosesi sürətlənəcək”.
“Bu, türk hərbçilərinin Qarabağda yerləşməsini sürətləndirəcək” – Şok iddia
03
iyun
17:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Makron Ərdoğana məktub göndərib
Makron koronavirusa yoluxdu
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
“Makronun ağılsız açıqlamaları onun təcrübəsiz olduğunu göstərir“ - İran rəsmisi
Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Makron Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı bəyanat yaydı
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
“İlham Əliyev Makronun planlarını alt-üst etdi” - Ərdoğan
"Paşinyan o qədər israr etdi ki, Makron onu qəbul etmək məcburiyyətində qaldı" - Papazyan
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
Paşinyan parlamentdə çaşdı, Putinə Fransa prezidenti dedi - VİDEO
Azərbaycan Fransaya “STOP” qoyub: Paris hikkəsində boğulur
"Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" - Ərdoğan
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Makrondan Qarabağ tviti: Buna hazırıq!
XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər
Kremldən Rusiyadakı fransızları hədələyən Çeçenistan müftisinə sərt cavab Kremldən Rusiyadakı fransızları hədələyən Çeçenistan müftisinə sərt cavab
Paris karantinə bağlanır: Üçüncü dalğa başladı
Bu ölkə Azərbaycanı itirə bilər: - “Ya bizdən üzr istəməlidir, ya da…”
Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı – Şərh
Fransada məktəb və bağçalar bağlanır
Fransa Ermənistana kəşfiyyat məlumatları ötürürdü...
Makron erməni lobbisinin girovudur - VİDEO
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırdı
Ərdoğan Makrona səsləndi: "Türkiyəyə qarşı durmağa çalışma"
Ərdoğandan Fransa ilə bağlı AÇIQLAMA
Paşinyan Putini aldatdı
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- "Toyota"nın prezidenti istefa verəcək
- Ova cəhd edənlər cəzalandırıldı
- "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO
- İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN
- Parlamentdə qaz limiti ilə bağlı dinləmə keçirilsin - TƏKLİF
- Naxçıvanla bağlı daha bir yenilik - Martın 1-dək...
- “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər” - NARAZILIQ VAR!
- “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı
- Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?
- Daha bir serial final edir
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...