İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
4-10-2019, 09:05
9 417

İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirildi.
Bakisesi.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.
“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.
“Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev əlavə edib.
İ.Əliyev onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.
Bundan əlavə Prezident, Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub.
“Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni   əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var",-deyə Azərbaycan Prezidenti vurğulayıb.
“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”,-deyə Prezident qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdi
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Prezident İlham Əliyev: "Dağlıq Qarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin"
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Fərhad Bədəlbəyli: "Məni telekanalların veriliş siyasəti çox narahat edir"
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Həmsədrlər Qarabağa səfər edəcəklər
Ərdoğan nüfuzlu kürsüdə Qarabağdan danışdı
“Qarabağ”ın oyununda erməni təxribatı
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Əli Əhmədov: ""Qarabağ Azərbaycandır!" Hərəkatı yaratmalıyıq"
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Prezident İlham Əliyev dövlət başçılarının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşündə iştirak edib
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ