İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?
25-05-2021, 13:09
377

İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?

Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir. 
 hit xatırladır ki, əməliyyat bu ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.
Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.
Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, “Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Nəticədə xeyli sayda vətəndaşın torpaq sahəsi saxta sənədlər əsasında başqalarına satılıb. Bununla bağlı mediada Türkan qəsəbəsinin sakinləri Əzizəxanım Atayeva və Xumara Şabanovanın açıqlamaları yer alıb. Onlara məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə cinayət işi də başlanıb.
Beləliklə, Tural Zeynalovun həbsi daha bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması ilə nəticələnə bilərdi. Bu baxımdan, Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin onun azadlığa buraxılması üçün hərəkətə keçməsi barədə iddiaların əsassız olmadığına dair şübhələr artır.
Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin 5 fevral 2019-ci il tarixli sərəncamı əsasında bu vəzifəyə təyin olunub. Bundan əvvəl həmin qurumda birinci müavin vəzifəsində çalışıb. Elşən Salahovun icra başçısı təyin olunması hakimiyyətin islahatlara və korrupsiyaya qarşı mübarizəyə start verdiyi dövrə təsadüf edir.

Oxşar xəbərlər

İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?
5 min rüşvətə görə tutulan məmur 200 manat cərimə ilə AZADLIĞA BURAXILDI - TƏFƏRRÜAT
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...
İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Şairin qardaşı rüşvət vermədi, icra məmurunun qəzəbinə gəldi
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Prezident icra başçısını işdən çıxardı
İcra başçısının həbs müddəti artırılır
Həbsdə olan qadın jurnalist azadlığa buraxılıb
Deputatın qardaşı oğluna hökm oxundu
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Rüşvət üstündə saxlanılan şöbə müdirinin məhkəməsi başlayır
Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Gənc icra başçısı fermerleri işləməyə qoymur - Neftçalada torpaq alveri
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi