Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
4-12-2020, 15:50
107

Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “6ES04Y4” MMC olub.
“Qaçqınkom” fotostenlərin hazırlanması və quraşdırılması, həmçinin “Brand wall” (“Çərçivəli lövhə”) hazırlanması və quraşdırılmas ıüçün “6ES04Y4” MMC -yə 26 min 900 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 26,9 min manatlıq tender müsabiqəsinin qalibi olan “6ES04Y4” MMC cəmi 4 ay əvvəl – iyul ayının 28-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “6ES04Y4” MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə Abbasov Elməddin Xaləddin oğludur.
Qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan və 4 ay əvvəl yaranan daha bir şirkət “Qaçqınkom”un sentyabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olub. 13.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Reliance-2020” MMC təxminən 2 ay sonra – 29.09.2020-ci il tarixində elan olunan tenderin qalibi olub və “Qaçqınkom”dan 40 min 800 manat alıb.
Maraqlı məqamlardan biri də odur ki, iyul-avqust aylarında “6ES04Y4” MMC və “Reliance-2020” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “6ES04Y4” MMC -nin qanuni təmsilçisi Abbasov Elməddin Xaləddin oğlu eyni zamanda “Bolıvıya” MMC-nin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-avqust aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən biri - "Maskat-LM” MMC 3 ay əvvəl yaranmasına baxmayaraq ötən ay Diasporla İş Üzrə Dövlət Komitəsinə 0,70x1,05 metr ölçülərində Türkiyə bayrağı satıb. Komitə MMC-dən aldığı bayraqlar üçün ümumilikdə 46 min 500 manat vəsait ödəyib.

Oxşar xəbərlər

Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Nazirlik 154 minə iki maşın alacaq - Tender
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Bir manatlıq şirkətə milyonluq tender verildi
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...