TƏBİB-ə tabeli tibb müəssisələrində dəftərxana biznesinə kimlər nəzarət edir? - GƏLİŞMƏ
7-12-2020, 15:53
174

TƏBİB-ə tabeli tibb müəssisələrində dəftərxana biznesinə kimlər nəzarət edir? - GƏLİŞMƏ

Yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılması hamımıza məlumdur. Bununla bağlı Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş,Prezident İlham Əliyevin Fərmanına əsasən quruma tabe olan bir çox səhiyyə müəssisələri yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir.TƏBİB-in Səhiyyə Nazirliyinin funksiyasını necə yerinə yetirdiyi barədə hər hansı bir şərh vermək istəməzdik.Bunu hər hansı bir xəstəxanaya müraciətt edən hər bir vətəndaşımız çox yaxşı görür.Yalnız onu qeyd etsək yerinə düşər ki,artıq bir ilinin tamam olmasına sayılı günlər qalmasına baxmayaraq TƏBİB işini, yəni ölkə ərazisində icbari tibbi sığortanın həyata keçirilməsini heç də lazımi səviyyədə qura bilmədi.Bu gün hələ də insanların bir çoxu hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyinə,hansıların isə “TƏBİB”-ə tabe olması barədə məlumatlı deyillər.Təbii ki,bunun əsas səbəbi,elə işlərini günün tələbləri səviyyəsində qura bilməyən TƏBİB-dədir.

Hələ Səhiyyə Nazirliyinin balansında olarkən tibb müəssisələrində baş alıb gedən körrupsiya hallarından dövrü mətbuatda istənilən qədər məlumatlara rast gəlmək mümkündür.Vaxtı ilə xəstəxanaların təmirinə və tibbi avadanlıqların alınmasına ayrılan külli miqdarda dövlət vəsaitinin tenderlər yolu ilə talan olunması barədə də həmçinin.TƏBİB-in tabeçiliyinə verilmiş bir şox tibb müəssisələri tərəfindən dövlət vəsaitləri bu gün haradan və necə oğurlanır?

Aktualinfo.org TƏBİB-ə tabeli səhiyyə müəssisələrində dəftərxana və təsərrüfat mallarının satınalması ilə bağlı elan olunmuş kotirovka sorğularının keçirilməsi ətrafında araşdırmalar aparıb.Araşdırmalar zamanı məlum oldu ki,təkcə dəftərxana və təsərrüfat mallarına il ərzində külli miqdarda dövlət vəsaitləri xərclənir.Bunların hamısını bir yazıya yerləşdirə bilmədiyimiz üçün zaman-zaman oxucuların diqqətinə çatdıracağıq.Lakin bildirmək istərdik ki, TƏBİB-ə tabeli səhiyyə müəssisələrində dəftərxana və təsərrüfat mallarının satınalması üzrə keçirilmiş kotirovka sorğularının qalibi iki-üç MMC-dir ki,buradan da bir sıra maraqlı suallar ortaya çıxarır. Bu proseslərə kimlər və necə nəzarət edir? TƏBİB-ə tabeli səhiyyə müəssisələri tərəfindən keçirilmiş kotirovka sorğularının qalibi olan MMC-lərdən biri də “Global Stationery Office”-dir.Bu MMC 09.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixə qədər,yəni cəmi bir ay yarım ərzində TƏBİB-ə tabeli səhiyyə müəssisələrinin dəftərxana və təsərrüfat mallarının satınalmaları üzrə keçirdiyi 9 kotirovka sorğusunun qalibi olub.Bu prosedurların bir əldən idarə olunması elanlardan açıq aydın görsənir. Təbii ki,bu da TƏBİB rəsmilərinin əli ilə həyata keçirilir.

İndi isə “Global Stationery Office” Məhdud Məsuliyyətli Cəmiyyətinin TƏBİB-ə tabeli tibb müəssisələri ilə dəftərxana və təsərrüfat mallarının satınalmaları üzrə bağladığı müqavilələri və onlara ayrılmış dövlət vəsaitləri diqqətinizə çatdırırıq.

27.11.2020-ci il tarixdə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalması üzrə keçirilmiş kotirovka sorğusundan 142626.01 manat,

16.11.2020-ci il tarixdə Lerik rayon Mərkəzi Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 39752.43 manat,

13.11.2020-ci il tarixdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 27801.39 manat,

06.11.2020-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 36771.04 manat,

27.10.2020-ci il tarixdə Xanlar (Göygöl) rayon Mərkəzi Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 33168.62 manat,

27.10.2020-ci il tarixdə Ağstafa rayon Mərkəzi Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 41803.74 manat,

15.10.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 73212.04 manat,

13.10.2020-ci il tarixdə Protez -Ortopedik Bərpa Mərkəzi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 28138.4 manat,

12.10.2020-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 38735.86 manat,

09.10.2020-ci il tarixdə 6 saylı Kliniki Uşaq Xəstəxanası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusundan 13798.92 manat

Qeyd edək ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL STATIONERY OFFICE” Məhdud Məsuliyyətli Cəmiyyəti 12.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24,qanuni təmsilçisinin Cavadov Mayıl Pərviz oğlu olduğu qeyd olunub.

Göründüyü kimi,TƏBİB-ə tabeli qurumların keçirmiş olduğu kotirovka sorğularının qalibi elan edilən,fevral 2020 ci ildə dövlət qeydiyyatına alınmış,10 manat nizamnamə kapitalı olan bir MMC ilə oktyabr-noyabr ayları ərzində ümumi olaraq 402 626 manat satınalma müqaviləsinin bağlanmışdır.Qərb Ərazi Baş Gömrük İdarəsi ilə bağlanmış satınalma müqaviləsini də bunun üzərinə gəldikdə 475 808 manat təşkil edir.Maraqlıdır bu MMC qalibi olduğu kotirovka sorğuları üzrə öhdəliklərini yerinə yetirmək üçün Respublıkanın bu başından o başına maddi texniki bazası yetərincədirmi?

Qeyd edək ki,2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmış “Global Stationery Office” MMC “ASK Ayaqqabı Fabriki” MMC tərəfindən “Dəftərxana və təsərrüfat mallar”ın satın alınmasına dair 14 may 2020-ci il tarixində elan olunmuş kotirovka sorğusu ilə keçirilən satınalma prosedurunun da qalibi olmuşdur.Tərəflər arasında 08.06.2020-ci il tarixində ƏDV daxil 8286,963 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.Göründüyü kimi,10 manat nizamnamə kapitalı olmasına baxmayaraq “Global Stationery Office” MMC-nin qanuni təmsilçisi dəftərxana və təsərrüfat malları sektoruna gec girib tez uğur qazanmaqdadır.
Aktualinfo.org

Oxşar xəbərlər

TƏBİB-də yeni təyinat
TƏBİB vətəndaşlara müraciət etdi
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT
"Vəziyyət belə davam edərsə..." - TƏBİB
Professora TƏBİB-də vəzifə verildi - Foto
“Qızıl Xaç”dan TƏBİB-ə tibbi yardım ianəsi
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Rəvanə Əliyeva müdir vəzifəsinə təyin edildi - TƏBİB
Yaqut Qarayevaya yeni vəzifə verilib
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
TƏBİB-dən evdə müalicə olunan COVİD-19 xəstələrinə XƏBƏRDARLIQ
İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR
Azərbaycanda növbədə gözləmə qaydaları AÇIQLANDI
Azərbaycanda 236 390 nəfər koronavirusa yoluxub - Nazirlər Kabineti açıqladı
"Koronavirusa yoluxan ailə evdə çürüməlidir?" narazılığına - Rəsmi REAKSİYA
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
TƏBİB onlayn sifariş edənlərə müraciət etdi - Diqqət!
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
Ramin Bayramlıdan yeni təyinat
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
TƏBİB-dən koronavirus xəstələrindən pul istəyənlərlə bağlı AÇIQLAMA
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
Dövlət xəstəxanalarında “özəl qiymətlər”: - Travmatologiya İnstitutu rentgenə niyə pul alır?
“Bu qışı karantin rejimində keçirəcəyik” - TƏBİB rəsmisi
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
161 koronavirus xəstəsi reanimasiyadadır - RƏSMİ