Qazaxda səhiyyə sistemi can üstündədir və ya Qazax səhiyyəsində iki Sevda tandemi.... İTTİHAM
9-12-2020, 10:46
173

Qazaxda səhiyyə sistemi can üstündədir və ya Qazax səhiyyəsində iki Sevda tandemi.... İTTİHAM

Yalana o qədər öyrəşmişik ki, düz söz deyəndə insanlarımız təəccüblənir və şübhələnir. Bax elə bədbəxtçiliyimiz də bundadır. Hər bir ölkə özünün təhsili, elmi, mədəniyyəti və səhiyyəsi ilə tanınır. Bu proses yerlərdə də belədir. Hərçənd ki, Qazaxda səhiyyə sistemi yox dərəcəsindədir. Səhiyyənin bütün sistemlərində rüşvətxorluq baş alıb gedir. Necə deyərlər, yığan yığanındır. Qəribədir ki,nazirlik və TƏBİB bu əməliyyatı bilə-bilə, görə-görə görməməzliyə vurur. Bu ancaq sadə vətəndaşları “sarımaqdan”, ölkə başçısına yalan danışmaqdan başqa bir şey deyil.
Teref.az xəbər verir ki, bunlar poçtumuza daxil olan məqalədə yazılıb.Daha sonra müəllif yazır:
Bu günlərdə uzun müddətdi Qazax səhiyyəsində çalışan, 2-ci Qarabağ savaşında şəhid ailəsi kimi status almış əzcaçı Füzuli Vəlizadənin ürək dağlayan, barıt qoxulu sözlərini dinləyəndə adam özünə hakim kəsilə bilmir. Ağır ürək xəstəsi, yaşı 60-a yaxın olan Vəlizadə, bu günə kimi səhiyyənin müdiri (Qazax Rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi Şəxsi Sevda Məmmədova) Sevda Məmmədova ilə bir ailəli kimi yaşayan, Səhiyyə Həmkarlar Təşkilatı Qazax Rayon Komitəsinin sədri, həm də təcili təxirəsalınmaz tibbi yardım stansiyasının baş tibb bacısı vəzifəsində işləyən Sevda Həsənovadan dincəlmək üçün heç bir yerə göndəriş ala bilməməsi əsl faciədir. Füzuli Vəlizadə müsahibə verdikcə bu yaşda gözlərindən süzülən nifrət yaşları, sanki həmkar Sevda Həsənovanın xəstəxanaya gəldiyi yollara çilənirdi. Onun “putyovkaları” necə satdığını, Qazaxın Qarapapaq kəndində aldığı mülkləri, Bakıda qurduğu dəbdəbəli şəraiti, həmkarların hesabında olan küllü miqdarda vəsaiti əsası olmayan yerlərə xərclənməsini, yardım etdiyi səhiyyə işçiləri ilə yarbayarı iş görməsini, həyat yoldaşı Məhərrəm Həsənovun xəstəxanada 2 ştatda otuzdurulmasını (həm bağban, həm də xəstəxananın baş həkimin müavininin sürücüsü), “Çinarın dibi” deyilən yaşadığı məhəllədə ailə üzvlərinin hər birinin minik avtomobillərinin olamsını dilə gətirdikcə, xəyallara dalmalı olursan. Yəni bu qədər dağıntılar edən adicə bir həmkar, özündən başqa kimi düşünməliydi ki? Bəstəboy bir qadına, orta ixtisas təhsilli bir tibb bacısına bu qədər səlahiyyət verən kimlər olub? Görəsən, Sevda Həsənova həmkarlar təşkilatının nizamnaməsindən xəbəri varmı ki, həmkar sözü nə deməkdir, və kimlərin qayğısına qalınmalıdır? Kimlərin haqqı müdafiə edilməlidir? Və yaxud, bu qadının bu günə kimi hər vaxt baş həkim Sevda Məmmədovanın təzyiqlərinə məruz qalanlardan kimləri müdafiə edib? Əsla, inana bilmərik ki, müdafiə də edə... Çünki, baş həkimlə bir yatmaqları ayrı olan Sevda Həsənova Sevda Məmmədovanı qoyaraq, bir haqqı tapdananı müdafiə etməyə haradan cürət tapa bilərdi? Yaxşı olardı ki, bu suala Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Mehbalıyev cavab verəydi... ( Bu barədə cənab Mehbalıyevə rəsmi sorğu da ünvanlanacaq).
Yazı çapa gedərkən Sevda Məmmədova ilə Sevda Həsənovanın həyat yoldaşları ilə birgə, bu yay Qəbələdə dincəlməkləri xəbərini də aldıq. Deyilənə görə, həmin dəstə ötən il Ukraynanın səfalı yerlərindən birində olublar.
... Qazax Mərkəzi Xəstəxanası istifadəyə veriləndən bir neçə ay sonra, Qazaxda olan TƏBİB-in sədri Ramin Bayramlı, haqlı olaraq Sevda Məmmədovanın yaşla əlaqədar ərizəsini verməsini dilə gətirib. Bədbəxtçiliyimiz bundadır ki, ölkədə hər bir adamın pis-yaxşı adamı var. Sonradan bu söhbət müəyyən səbələrdən uzanıb. Adicə bu karantin dövründə Qazax vətəndaşlarının səhiyyənin xətti ilə Bakıya getmələri yoxlanılsa, yalnız səhiyyənin əsassız yerə verdiyi arayışların hesabına nə qədər sakinlərin Bakıya üz tutması müəyyən olunar. Təəssüflər ki, əlaqədar orqanlar bu işlə məşğul olmurlar. Həmin xəstə adı altında Bakıya gedənlərə arayışlar heç də elə - belə verilməyib.
Baş Nazir cənab Əli Əsədovun sərəncamı ilə koronavirusla bağlı əlaqədar səhiyyə işçilərinə ayrılan vəsait Qazax səhiyyəsində Sevda Həsənovanın göstərişi ilə ciblərinə axıdılır. Aidiyyəti olanlardan çox, aidiyyəti olmayan tibb işçilərinə əlavə pullar yazılaraq dövlət vəsaiti dağıdlıb və mənimsənilib. Yuxarıda adını qeyd etdiyimiz əzcaçı, şəhid ailəsi Füzuli Vəlizadə bildirir ki, “necə olur ki, mən də xəstəxananın əzcaçısıyam, Şaiq Nəsibov da. Mən bu il əlillərə, koronavirusa tutulanlara, veteranlara və sairə kimilərinə dərman buraxmaqla 800 xəstə ilə təmasada olduğum halda, əzcaçı Şaiq Nəsibov və onun “sanitarkasına” korona ilə bağlı əlavə pul verilir, mənə yox? Yaxud, xəstəxananın sürücülərindən bir neçəsinə əlavə pul verilir, digərlərinə yox? Necə olur ki, Sevda Məmmədova korona ilə əlaqədar sürücüsü Zahid adlı şəxsə əlavə pul yazdırır, mənə yox?”
O da vurğulanır ki, Sevda Məmmədova bütün işləri Sevda Həsənova ilə birgə həyata keçirir. Xəstəxanada vətəndaşların müayinəsindən və müalicəsindən söhbət gedə bilməz. Hər iki qadın xəstəxanaya gəlir mənbəyi kimi baxır. Sevda Məmmədovanın Qazaxın “Əriklik” deyilən yerdə göz oxşayan hələlik dəyəri 50 min manat vəsait tələb edən villasının tikintisi də, belə bir tikintinin heç də maaşla başa gəlmədiyndən xəbər verir.
Koronavirusla bağlı xəstəxana “hakimiyyətinin” dövlət tərəfindən ayrılan vəsaitin necə talan edilməsinə diqqət çəkilməli, günahkarlar cəzalandırılmalıdır. Təəssüflər ki, hansı səbəbdənsə hələ ki, bu məsələyə toxunulmur.
Qazax Mərkəzi Xəstəxanasında bu günə kimi işçilərin əmək haqqının verilməsi də müşkülə dönüb. İşçilər haqqını tələb edən kimi, mənasız hədə-qorxularla üzləşirlər. Səhiyyənin baş mühasibi Məhəmməd adlı şəxs isə əməkhaqqının verilməməsində Qazax səhiyyəsinə hələ ki rəhbərlik edən Sevda Məmmədovanı günahlandırır. Əslində isə bunun baş mühasib Məhəmmədlə Sevda Məmmədovanın öz oyunlarının olması kimi danışılır. Fakt ondadır ki, səhiyyə işçiləri əmək haqqılarını ala bilmirlər.
Vəli Kosayev
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!

Oxşar xəbərlər

Beyləqan səhiyyəsində 44 günlük babasil əməliyyatı
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Qazaxda yaşayış kompleksi inşa olunacaq
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Qazaxda 28 yaşlı qadın qaçırıldı
Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları (VİDEO)
“Bu hakimiyyət üçün insanın dəyəri yoxdur” - Erməni mətbuatı
"Vəziyyət belə davam edərsə..." - TƏBİB
Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir
Ocaq yandırdı, partlayışa səbəb oldu
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
Məmur oğlunun özbaşınalıqları
Qazaxıstanda daha 244 nəfər koronavirusa yoluxub
Qazaxıstanda daha 267 nəfər koronavirusa yoluxub
Bələdiyyə sədri cərimələndi
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
“Rəqəmlər bu sürətlə artmağa davam edərsə...” - ÜST təmsilçisindən XƏBƏRDARLIQ
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Məşhur aktyor xəstəxanaya düşdü - Foto
“Sata-sata gedirəm, indi də evimi satışa çıxarmışam...“ - Nadir Qafarzadə
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Əli Həsənovun qırmızı yalanı
Ermənistan bu qədər hərbçisinin öldüyünü AÇIQLADI
Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?
Nazarbayevin 29 yaşlı nəvəsinin ölümü - Narkotik, ifşaedici açıqlama, yoxsa...
Putinin “zəhərli” mədəniyyəti... – Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?