“Deyirlər, get, müalicə ol…” - GİLEY
22-01-2021, 10:26
85

“Deyirlər, get, müalicə ol…” - GİLEY

“Epilepsiya sağalan xəstəlik deyil, yaşa dolduqca daha da ağırlaşır. Əvvəllər gündə, həftədə iki-üç dəfə qıcolma tutması olurdusa, indi 5-6 dəfə olur. Ancaq əlillik təyin etməkdən imtina yazıblar. Yazıblar ki, get, müalicə olun. Azərbaycanda həkim istəyirəm, 29 ilin epilepsiya xəstəsini müalicə etsin, sağaltsın”. Bunu Xaçmaz sakini Mehman Babayev deyir.

Mehman Babayev deyir ki, 7 ildir 2-ci qrup əlil statusu var idi, ancaq 2 aydan çoxdur əlilliyi ləğv edilib. Əlilliyin təyinatı üçün qanunvericiliyin tələb etdiyi bütün prosedurlardan keçsə də, ona imtina cavabı gəlib.

“15 yaşından epilepsiyadan əziyyət çəkirəm. Uzun illər əvvəl Rusiyaya köçdüm, orda yaşadım, müalicələr aldım, ancaq sağalmadım. Azərbaycana qayıdandan sonra yenə bir neçə dəfə İrana getdim, müalicələr aldım. Nəhayət, bu xəstəliyin mənimlə ömürlük dost olacağını anlayandan sonra 7 il əvvəl əlilliyin təyin edilməsi üçün aidiyyəti qurumlara müraciət etdim. O vaxt da məni çox incitdilər, şikayətlərimdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən komissiya gəldi, onların yoxlamalarından sonra mənə əlillik təyin olundu. Bilirsiz ki, əvvəllər əlillik 1 iiliyə təyin olunurdu. İki dəfə 1 illik, üçüncü dəfə 5 illik təyin edilmişdi. Bu yaxınlarda 5 il tamam oldu, əlilliyin təyin edilməsi üçün növbəti dəfə müraciət etdim. Xəstəxanada müalicə aldım, xəstəlik tarixçəsini də digər tələb olunan sənədlərə əlavə edib, Xaçmaz rayon Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim etdim. Ancaq mənə imtina cavabı gəldi. Halbuki, 15 yaşından epilepsiya xəstəsiyəm, artıq 29 ildir yəni… Deyir: “Get, müalicə al, sağal…””, – şikayətçi danışır.

Mehman Babayev deyir, Xaçmazda, Qubada noyabr ayından başlayaraq əlillər əlilliyin təyinatına görə əziyyət çəkir: “100 nəfərdən 80-nə imtina cavabı gəlir, yazırlar ki, get müalicə ol… Vaxtilə özləri rüşvətdən alıb əlilliyi olmayanlara da əlillik təyin ediblər. İndi hamının əlilliyi ləğv olunur, ortada zərbə gerçək əlillərə dəyir. Onları da saxtaların gözünə qatıb əlillik təyinatından imtina edirlər. Müalicəsi olmayan mənim kimi xroniki xəstələrə də yazırlar ki, müalicə ol, əlillik düşmür”.

Mehman Babayevin ünvanlı sosial yardımı da kəsilib. İndi o, həm əlillik pensiyasından, həm də ünvanlı sosial yardımdan məhrum olub. Deyir ki, bu, onsuz da ürəkaçan olmayan dolanışığını daha da çətinləşdirib.

Quba sakini Elyanə Yaqubova deyir, 57 yaşlı bacısı Müstəqimə Yaqubova uzun illərdir xəstədir, ancaq Quba TSEK-i onun əlilliyin təyin olunması üçün müraciətinə imtina cavabı verib: “Gözləri iki dəfə əməliyyat olunub, yenə də görmür. Bədəninin sağ tərəfi iflicdir, sol tərəfi qismən işlək vəziyyətdədir, Yeriyə, danışa bilmir. Şəkəri, təzyiqi var. Qardaşım baxırdı ona, həyətdə nə qədər mal-qara, heyvan vardı, satıb, onun müalicələrinə xərclədi. Ancaq sağlamlığı bərpa olunmur, çünki xəstəlikləri xronikidir. Bununla belə, Quba TSEK bacıma əlilliyin təyin olunmasından imtina edib. Artıq qardaşım da ona baxa bilmir, çünki ona baxmaqdan özü də xəstəlik tapıb”.

Xaçmaz TSEK-dən bildirilib ki, Mehman Babayevin əlilliyin təyini üçün təqdim etdiyi sənədlərə uyğun olaraq qərar qəbul edilib və ona imtina cavabı verilib. Hər hansı narazılığı varsa, komissiyaya rəsmi müraciət edə bilər. Qiba TSEK-dən isə Müstəqimə Yaqubovayla bağlı komissiyaya daxil olan məlumatların yarımçıq olduğu bildirilib.

3 ay əvvəl əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev KİV-ə bildirib ki, dövlət büdcəsi üçün illik maliyyə yükü 35 milyon manatdan çox olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. İddialara görə, bu proses zamanı gerçək əlillərin də təyinatı ləğv olunub.

Oxşar xəbərlər

Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
"50 manat pul üçün imtina cavabı gəlib" - GİLEY
Təzə başçı da köhnə üsullarla hərəkət edir - İmişlidə yenə narazılıq var...
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
“Bu şikəst ayağımla məni gəzdirir, problemi bir-birinin üstünə atırlar” - GİLEY
Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
DSMF-nin işi-gücü narazılıq yaratmaqdır... - GİLEY
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY
Siyahıda adı olanda kart olmur, kart olanda adı siyahıdan çıxmır... - GİLEY
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
"DOST İş Mərkəzi məni aldadıb" - GİLEY
Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY
"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...
Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
Şəki sakini kimlərdən narazılıq edir - GİLEY
“Lotereya oynayıb, Bakıda ev aldım" - Xalq artisti
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
"Koronavirus testi vermişəm, rəsmi cavabı indiyə qədər gəlməyib" - GİLEY
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına