RED BULL şirkəti iflasa uğrayıb?-   Şirkət  böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
1-03-2021, 18:35
354

RED BULL şirkəti iflasa uğrayıb?- Şirkət böhrandan çıxmaq üçün satışa çıxarılıb ?

 RED BULL şirkəti 1 aydır satışını sıfırlayıb.

Nə baş verir?

Energetik  içkilər son 20 ildə demək olar ki, Azərbaycan insanını əməlli-başlı “məst” edib. 
Təsəvvür edirsiniz,  səhər, günorta, axşam yolda, avtomobilin sükanı arxasında, məktəbin yanında, kafedə, avtobusda və daha haralarda energetik içki içənlərlə rastlaşırıq. 
İstifadə edənlər də cavan, qoca, yaşlı, məktəbli, qadın, kişi, bir sözlə, geniş istehlakçı  təbəqəsi. 
Oxucuların nəzərinə çatdırım ki, nəinki energetik içkilər, hətta FANTA, COCO COLA kimi adi içkilər  1983- cü ildə Bakıda olmayıb. Yəni SSRİ-nin dağılması ilə bu içkilər elə surətlə süfrəmizə daxil oldu ki, adam şoka düşür. 
Sonra isə energetik içkilər ölkəmizə ayaq açdı, əslində cəmiyyəti zəbt elədi. 
Bu gün Azərbaycanda  energetik içki bazarının 75 faizini RED BUL tutur. 
Bu içkinin zərəri barədə kifayət qədər yazılıb. Sonsuzluğa səbəb olması,  ürək üçün ziyanı, avtoqəzalarda rol oynaması, adamları uçurtması və daha nələr barədə yazılmayıb. Amma nə olsun. 
Bu bir fəlakət kimi cəmiyyəti bürüyüb. Bu barədə dəfələrlərlə ölkə parlamentində də məsələ qaldırılıb. Amma RED BUL-un arxasında dünyadakı  böyük biznes gücləri  dayanır. 
Bəli, yüz minlərlə, bəlkə də milyonlarla  istifadəçini  asılı vəziyyətə salan şirkət  müəyyən müddət içkini əlçatmaz edir. Və bir müddətdən  sonra qiymətləri qaldırır. Bu proses  son bir neçə ildə  dəfələrlə baş verib.   
Gundelik-baku.com-a daxil olan məlumata görə,  son günlər satış məntəqələrində 1 aydır ki, RED BUL defisit olub.

 
Deyilənlərə görə şirkət yenidən qiymətləri qaldırmaq istəyir.
Azərbaycanda onsuz da ən bahalı energetik içki RED BUL-dur. Görəsən bu şirkət Azərbaycanda istifadəçiləri istismar etməkdən doymur ? Axı, nə qədər  süni qiymət qaldırmaq olar ? 
Gundelik-baku.com-un redaksiyasına daxil olan məlumata görə, şirkət dünyada yaranan ümumi böhrandan çıxmaq üçün hətta öz brendini satmağa hazırlaşır. 
İstənilən halda dünyada “öküz sperması” kimi məşhur olan RED BUL-un gənclərimizə vurduğu  ziyan barədə  yenidən düşünmək lazımdır.

Oxşar xəbərlər

Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor təyin edilib
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Koronavirus peyvəndi olunanların nəzərinə: 50 gün spirtli içki olmaz!
Azərbaycanda spirtli içki içən şəxs görmə qabiliyyətini itirdi
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
ABŞ və Avropa istehsalı Çindən çıxarıb aparır - Qloballaşmanın sonudur?
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Gürcüstandan gələn "Opel"də siqaret və spirtli içkilər aşkarlandı
Azərbaycanda bahalaşmanın səbəbi AÇIQLANDI
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
Eldar Həsənovun şəriki də həbs edildi
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Bu sığorta şirkəti ləğv olunur
Peyvənd olunanlar spirtli içki və siqaretdən uzaq durmalıdır?
Nəhəng avtomobil şirkəti müflis oldu
“Köşkü aparıb prokurorluğun qarşısına qoya bilmərəm”
Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı
Azərbaycanda  TOPAZ  kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR?
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
“Yaza qədər Qarabağ “status” almasa, Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik...”
ŞAD XƏBƏR: Martın 1-dən kəskin ucuzlaşma olacaq
“Kontak Home” şirkətinin saxta  reklamları-İstehlakçı aldığı  keyfiyyətsiz malı niyə geri qaytara bilmir?
Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər
Yeddi ay ərzində ölkədə araq və siqaret istehsalı artıb
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edildi