Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
4-03-2021, 18:41
821

Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev NİTQ söyləyir…-Vətən üçün kimlər ölümə getdi…

Bu gün  Milli Məclisin  üzvü  Ülvi Quliyevin  uzun-uzadı müsahibəsinə nəzər salanda bir məsələ diqqətimi cəlb etdi.  
Cənab deputat deyir ki, gənc nəsildə vətən sevgisi daha güclüdür, torpaqlarımızı gənc nəsil  erməni işğalından azad etdi. 
Bir sözlə, Ülvi Quliyev vətən sevgisindən, şəhidlikdən, vətəndaş məsuliyyətindən xeyli danışır, yəni NİTQ SÖYLƏYİR. 
Bu məqamda yadıma böyük türk şairi Orxan Vəlinin “ Vətən üçün Kimlər ölümə getdi, Kimlərsə NİTQ SÖYLƏDİ” misraları düşür. 
Bəli, Ülvi Quliyevin dedikləri, yazdıqları, verdiyi müsahibələr NİTQ-dən başqa bir şey deyil. 
Adamdan soruşarlar ki,  torpaq sevgisindən, vətən uğrunda vuruşmaqdan belə danışırsan…bəs niyə oğlun vətən qarşısında borcunu yerinə yetirmədi ..? 
Bəs niyə sənin oğlun vuruşmadı vətən uğrunda ? 
Hansısa məmurun, nazirin, icra başçısının oğlu yaralandımı döyüşdə ? 
Bəlkə, bircə fakt göstərəsiniz, cənab Ülvi Quliyev. 
Pafoslu çıxış etməyə, şeir söyləməyə, müsahibə verməyə nə var ki? 
Vəzifəli şəxslərin hamısı övladlarını döyüşdən çox qabaq ölkədən çıxarmışdı…
Siz də eləcə, möhtərəm deputat. 
19 yaşlı oğlunuz  Orxan Quluzadənin sorağı Londondan, Parisdən gəlir. 
Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev ? 
Bəlkə, oğlunuzun Rusiyadakı biznesindən, restoranlarından danışaq ? 
Bəs, Qarabağda şəhid olan gənclərin nəyi var idi ? 
Çoxu kasıb daxmalarda böyüyən uşaqlar idi. 
Onların vətən, millət sevgisindən danışmağa haqqı var. 
Sənin ki isə şair demişkən, “ nitq söyləməkdir “.
Oğlun Orxanın 1 illik təhsil haqqı 40 min dollardır. Bu pulları haradan alırsan, cənab Quliyev ? 
Axı, sənin işin apteklərə dərman paylamaq idi. Özü də necə, hansı keyfiyyətdə, hansı qiymətə dərmanlar…
Müsahibəndə deyirsən ki, insanda əsas ruhdur…
Sağlam ruhu olan insan, nəinki öz soydaşlarını, ümumiyyətlə, Allahın yaratdığı heç nəyi pula görə zəhərləməz. 
Sizlər üçün vətən də, torpaq da, din də, iman da puldur, sərvətdir. 
Ona görə, bu uzun-uzadı nitqlərini  özünə saxla…
gundelik-baku.com



Oxşar xəbərlər

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Deputat  Ülvi  Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
Beyləqan "komissarı" ittiham olunur - ŞOK İDDİA
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
"Şəhid ailələri və qazilərə azad edilmiş ərazilərdə torpaq verilməlidir" - deputat
Şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradıldı
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ
Təhsil şöbəsinin müdirindən şəhidlərimizə hörmətsizlik
Xızıda təhsili kimə həvalə ediblər? - İDDİA
Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video
Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - ADLAR
Qazimiz niyə müalicə olunmur?
Şəhid komandirin son çıxışı: Ya qalib, ya şəhid, ya qazi olmalıyıq (VİDEO)
VAQONDA YAŞAYAN QAZİMİZ MÜHARİBƏDƏ YAŞANAN ELƏ HADİSƏLƏRDƏN DANIŞDI Kİ... - VİDEOREPORTAJ
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
“Hər gün məşq edirəm - müharibəyə  hazırlaşıram”- 61 yaşlı keçmiş alay komandiri...
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - VİDEO
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
İndi haradasan, əsgər?..
Xəzər rayon İcra baçısı iki oğlu Vətən savaşında iştirak edən ailənin evini sökdürdü- Prezidentə şikayət edilib FOTO/VİDEO
Toyuna hazırlıq gedirdi, amma şəhid oldu - VİDEO
Hulusi Akardan Azərbaycanın Vətən Müharibəsi ilə bağlı AÇIQLAMA