İqbal Əliyev meşələrə qənim kəsilib-Ekologiya nazirliyi niyə susur ?
12-03-2021, 17:08
2 039

İqbal Əliyev meşələrə qənim kəsilib-Ekologiya nazirliyi niyə susur ?

Hər dəfə qeyd edirik ki, qonşu  dövlətlərlə  müqayisədə Azərbaycanda meşə əraziləri  çox azdır. Ona görə də bir cəmiyyət olaraq  meşələrin qorunmasına daha diqqətli olmalıyıq. 
Çox təəssüf ki, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi  üzərinə düşən işi yerinə yetirmir. Nazirliyin tabeçiliyində  Meşələrin İnkişafı Departamenti  var. Adından göründüyü kimi bu qurum təkcə meşələri qorumalı deyil, həm də inkişaf etdirməlidir.
Bu məqamda adamın yadına bir el sözü düşür. “Balanı istəmirəm balama dəymə “. 
Bəli, bu boyda nazirliyin konkret olaraq meşələrin qorunması və inkişafı ilə bağlı departamenti, üstəlik bir neçə rayonu əhatə edən Regional Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir. 
Belə qurumlardan biri də Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzidir. Bir neçə rayonu, o cümlədən Daşkəsən rayonunu əhatə edən bu mərkəzin direktoru İqbal Əliyevdir. 




Bütün ölkə mediası neçə müddətdir ki, İqbal Əliyevin meşələri qırmasından, meşələrə donuz buraxmasından, meşələri bəzi şəxslərin fermaları üçün örüş yerinə çevirməsindən  dayanmadan yazır. 
Hələ meşələrdəki ağaclar bir çox iş adamları üçün mebel, taxta yeşik istehsalı üçün material olub. Bütün bunların əvəzində İqbal Əliyev milyonlar qazanıb. 
Meşələr məhv olduqca  həmin ərazidə yaşayan heyvanlar, quşlar, bir sözlə, fauna və flora məhv olur. Bütün bunlar İqbalın heç tükünü də tərpətmir. Təki pul gəlsin. 
İqbal Əliyev həm də tabeçiliyində olan meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir.

 
Təsəvvür edirsiniz meşələrə qənim kəsilən İqbal Əliyev Allah qoymasa, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da)  müəllimdir.
Gösərən meşələrə qənim kəsilən İqbal müəllim tələbələrə nəyi öyrədəcək ? 
Meşələri qorumağı, yoxsa meşələri qırmağı ? 
Bir maraqlı məqam da odur ki, İqbal Əliyev heç vaxt  ADAU-ya getmir, onun əvəzindən kimsə jurnalları imzalayır. Görəsən dövlət məmuru olan İqbal Əliyevin əvəzindən maaşı kim alır ? 
İqbal Əliyevin özü üçün Göygöl  rayonunda inşa etdirdiyi möhtəşəm villanın bütün taxta materialları da Daşkəsən meşələrindən gətirilib. 
Bütün bunlar rayon sakinlərinə bəlli olduğu halda görəsən müvafiq dövlət qurumları nə düşünür. 
Niyə Ekologiya Nazirliyinin,  Meşə departamentinin rəhbərliyi ağzına su alıb susur ?


Oxşar xəbərlər

Zəngilanda 1000-dən çox ağac əkildi
Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb
Göygöl Milli Parkınında donuzçuluq təsərrüfatını kimlər yaradıb? – VİDEO
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Oğuzda meşələr məhv edilir, amma nazirlik susur-
Oğuz meşələrindəki ürəkağrıdıcı mənzərələrə bəs nə vaxt son qoyulacaq, Firdovsi Əliyev?
Göygöl Dövlət Qoruğu belə talan edilir - VIDEO + FOTOLAR
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu  və …
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ!
Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
Şamaxıda ağacları kəsib satdılar
Şəkidə əlili incidən kimdir? - GİLEY
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
Lerikdə nə baş verir? - İTTİHAM
Oğuzda qiymətli ağac növlərini kəsən dəstə ələ keçirildi - FOTO
Rövşən Rzayev də təsərrüfata girişib... - Günəbaxan əkir...
ETSN-ə yeni Aparat rəhbəri təyin edilib
Tarix müəllimi necə ticarət naziri, sonra ekonazir oldu ..?- Hüseynqulu Bağırov nazir olanda meşədə heyvanlar da məsti-xumar olurdu...
Açıq meşə sahələrində salınan aqrobağlarda monitorinqlər davam etdirilir - Foto
Qəbələ Regional Meşə Təsərrüfatını kim və necə idarə edir? – ETSN hara baxır?
STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK... – Nazirliklər proqramın icrasını necə təmin ediblər?
Körpə nərə balıqları Kür çayına buraxılıb
27 illik ayrılıqdan sonra Kəlbəcərlə birlikdə nələri qazandıq? - AÇIQLAMA
Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı - Nazirdən açıqlama
Nazirlik işçi axtarır
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO