İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
15-03-2021, 16:32
942

İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu

İcra başçılarının bir qisminin tərcümeyi-halı sözün həqiqi mənasında əsl  “komediya”  mövzusudur. 
Belə icra başçılarından biri də  keçmişdə Tramvay parkında usta işləyən Əziz Əzizovdur. 
Təsəvvür  edirsiniz, tramvay təmir edən, dövlətdən cüzi  maaş alan birisi  birdən işini dəyişir və peyda olur sahibkarlıq sektorunda, başlayır  biznes qurmağa. Özü də  arpa, taxıl satmaqla məşğul olur. 
Adama deyərlər tramvay düzəltməy hara, arpa satmaq hara..? 
Hələ bu harasıdır ? Əsl komediya tramvay ustasının, apra satanın  Cəlilabad boyda rayona  icra başçısı təyin olunmasıdır. 
Bol  taxıl məhsulları olduğu üçün  həmişə Cəlilabad rayonuna Azərbaycanın Ukraynası deyiblər. Bəli, Əziz Əzizov düz 12 il Cəlilabad rayonunun icra başçısı oldu. Və rayonda daşı-daş üstə  qoymadı. Əlinə nə keçdi satdı, taladı.  
Rayonda yüz hektarlarla  üzüm sahələrini Əziz Əzizov  özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı. 
Cəlilabadla kifayətlənməyən  Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun  sürüləri, heyvandarlıq  fermaları və daha nələri. 
Neftçalanın ozamankı  icra başçısı, hazırda məhkum həyatı yaşayan  İsmayıl Vəliyev  az qala özü Əziz Əzizova çobanlıq edirdi. 
Bəli, Əziz  Əzizov  Cəlilabadı  “abad” eləyəndən sonra Allah qoymasa üz tutdu Bakının ən böyük rayonu olan Yasamala. 
Yasamalda da az “işlər” görmədi cənab başçı. Adi JEK müdirlərini dəyişməyin  qiymətlərini qaldırdı. Bir də öz şoferi olan bacısı oğlunu hüquq şöbəsinə təyin etdi. 
Bəli, tramvay ustası icra başçısı olanda, sürücü də hüquq şöbəsində çalışmalıdır. 
Nəhayət Əziz Əzizov paytaxtın ən torpaqlı, ən məhsuldar rayonu olan Suraxanıya icra başçısı təyin olundu. Və ilk əmri əvvəl şofer, sonra “hüquqçu” olan bacısı oğlunu özünə köməkçi təyin etdi. 
Əziz Əzizov rayonlara  öz dədə-baba malı kimi baxır, elə bilir ki, rayonu “arendaya” götürüb. 
Hələ Əziz Əzizovun macəralarından danışmırıq. Dostu Kamillə qohum olmağı başqa bir komediyanın mövzusudur. 
Yəqin diqqətli oxucular bilir ki, vətəndaşı “tumançaq”  aparan polis əməkdaşını bu günlərdə cənab Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov vəzifəsindən azad etdi. 
Söhbət Suraxanı Rayon Polis İdarəsinin  kapitan Şəhriyar Hüseynzadədən gedir. O, xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxartmadığına görə tutdugu vəzifədən azad edilib.
Bəli, söhbət  Əziz Əzizovun kürəkəni Şəhriyar Hüseynzadədən gedir. 
Təsəvvür edirsiniz,  qaynata rayonun icra başçısı, kürəkən RPİ-də polis  zabiti.  Hələ bu harasıdır?
Əziz Əzizov  Şəhriyarın atası, Ağcabədinin icra başçısı Rafil Hüseynov ilə  quda imiş. 
Qaynatası Əziz Əzizova  arxayın olan polis zabiti Şəhriyar  Hüseynzadə “Şalvar geyinməsin, elə belə aparın” deyərək vətəndaşı təhqir etmişdir. 
Hə, cənab Əzizov, bir gün bu rüsvayçılıqlar  özünüzə qayıdacaq. 
Cəmiyyətimiz “Qara maska” komediyasına baxacaq...
Növbəti yazıda icra başçısının “şərikli”  geniş biznes şəbəkəsindən bəhs edəcəyik.

Oxşar xəbərlər

Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var
Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Prezident icra başçısını işdən çıxardı
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
İcra başçısına yeni müavin təyin edildi
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Cəlilabad rayon icra hakimiyyətində məmur özbaşınalığı davam edir
Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?