204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi  Laçının  sabiq başçısı Akif Səlimovun oğludur
16-03-2021, 18:40
380

204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi Laçının sabiq başçısı Akif Səlimovun oğludur

Azərbaycan möcüzələr ölkəsidir. 
Təsəvvür edin ki, Laçının Qarıqışlaq kənd  daş karxanasında işləyən Akif Səlimovu bir gün gətirib qoyurlar polis şöbəsinə rəis. Və bir neçə rayonda polis rəisi işlədikdən sonra gedir bizneslə məşğul olmağa. 6 il bizneslə məşğul olduqdan sonra...
Bir gün kiminsə yadına düşür ki, Akif Səlimovu Laçına icra başçısı göndərək. Beləcə Akif müəllim xeyli müddət erməni işğalında olan rayonun icra başçısı işləyir. 
Həmin dövrdə mətbuatda Akif Səlimovun oğlu Sənan Səlimovun Ağ Göl Dövlət Qoruğunda ov ovlamağı, quş quşlamağı barədə çox xəbər yayılıb. Deməli, qadağan olunmuş qoruqda icra başçısının oğlu Sənan ov keyfi çıxardır. 
Buna başa salan yoxdur ki, ay adam, bura qoruqdur, özü də dövlət qoruğu. 
Həmən  Sənan indi də Bakı şəhərində 204 saylı marşrutun sahibidir. Koroğlu metrosundan Sabunçu-Ramana istiqamətində işləyən marşrut barəsində  mediada nələr yazılmayıb. Sürücülərin qaydaları pozması, sərnişinlərlə kobud rəftar, şirkətin vergidən yayınması bu marşrutda adi hal olub. 
 Dəfələrlə Bakı Nəqliyyat Agentliyi xəbərdarlıq etsə də marşrutun sahibi Sənan Səlimovun heç qılı da tərpənmir. 
Elə bilir ki, dədəsi yenə icra başçısıdır. 
Düzdür Sənanın dədəsi icra başçısı olmasa da qardaşı Səlim Səlimov əvvəllər Binəqədi RPİ-də 5-ci bölmənin rəisi olub və hazırda Xəzər RPİ-də əməliyyatçıdır. 
Bəli, Sənan Səlimovun sahibi olduğu 204 saylı marşrutun sürücüsü idarə etdiyi   10  TG 014 saylı avtobusla Mercedes markalı avtomobili 67 saylı məktəbin qarşısında vurub. Və sonra düşərək bildirib ki, bu marşrut keçmiş icra başçısı Akif Səlimovun oğlu Sənan Səlimovundur və əlavə edib ki, narahat olmayın problemi həll edəcəyik. Lakin zərəçəkən nə qədər gözləsə də heç bir xəbər çıxmayıb. 
Zərərçəkən məcbur olub Sənanın qardaşı Səlim Səlimovun oğlu Akiflə ( babası Akifin nəvəsi balaca Akif ) əlaqə saxlayıb. O da bildirib ki,  narahat olmayın  problemi həll edəcəyik. 
Amma yenə nəticə olmayıb. Bu dəfə böyük Akiflə, yəni sabiq icra başçısı ilə əlaqə saxlayıb problemi çatdırıblar. 
Sabiq icra başçısı and-aman edib ki, məsələni həll edəcəyik. Amma yenə ortada nəticə yoxdur. 
Görəsən, adamın atası icra başçısı, qardaşı bölmə rəisi olanda kasıb-kusubu basıb əzərmi ? 
Məlumat üçün qeyd edək ki, Səlim Səlimovun oğlu, babasının adını daşıyan Akif 41 SS 041 nömrəli son model X5  idarə edir. 
Zərəçəkən isə  Qarabağ köçkünüdür və qəza nəticəsində 1000 manat ziyana düşüb. 
Qarşı tərəfin mövqeynin dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR
Şuşanın yeni rəisi Akif Əlinin oğludur
"Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!" - ETİRAZ
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
Sabiq baş memarın həbs müddəti uzadıldı
Akif Çovdarov da əfv edildi
Şirkət direktoru axtarışa verildi
Rusiyada bazar sahibləri arasında atışma: Akif Şıxəliyev həbs edildi
“Dedilər oğlun tapılıb və Şuşaya polis rəisi təyin edilib...”
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Vilayət Eyvazov şəhid övladına VƏZİFƏ VERDİ
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
Nazir kapitana yüksək vəzifə verdi
Lerikdə  Asif-Akif İmanov qardaşları  200 manata su satır-LERİKDƏ ÖZBAŞINALIQ
“Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
Adil Vəliyevin umrunda deyil ki... - GİLEY
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...
Balababa Rzayevin işıq biznesi…-  “Qoy işığı söndürüm..”  Rzayevin həyat prinsipidir
Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - Rəsmi
Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO