Bir  ayağı rayonda, o biri ayağı  Bakıda olan  gənc  icra başçısı Seymur Orucov- İcra  başçısı  etimad limitini bitirib
29-03-2021, 11:48
204

Bir ayağı rayonda, o biri ayağı Bakıda olan gənc icra başçısı Seymur Orucov- İcra başçısı etimad limitini bitirib

Gənclərə etimad göstərmək, yüksək vəzifələrə, böyük  rayonlara icra başçısı  təyin etmək təqdir  olunmalıdır. Ancaq gənc icra başçıları da bu etimadı  doğrultmağa çalışmalıdır. 
Təsəsvvür edirsiniz  35-36  yaşlı cavanlar rayonlara icra başçısı təyin olunur. Bu icra başçılarının xanımları Bakıda  müxtəlif  vəzifələrdə çalışırlar, uşaqları orta məktəblərdə oxuyurlar. Və bu səbəbdən icra başçılarının bir ayağı icra başçısı olduğu rayonda, bir ayağı isə Bakı şəhərində olur. Yəni gənc icra başçıları Bakı ilə rayon arasında qalırlar. Yəni bunların vaxtının çox hissəsi Bakıda keçir. Belə icra başçılarından biri də  Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovdur. Seymur Orucovun problemi təkcə bu deyil. Bu şəxs haqqında  ''Gündəlik Bakı'' olaraq dəfələrlə yazmışıq. 
Yazmışıq ki, icra başçısı dəyəri  350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir. Ancaq avtomobil İcra başçısının qardaşı Vasif  Orucovun adına sənədləşdirilib. Hətta deyilənə görə, avtomobil zirehlidir. Görəsən  Orucovlar ailəsi kimdən və nədən ehtiyat edir? Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmi xanım idarə edir. Çeşmi xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. 
Yazmışıq ki, icra başçısı dəyəri 350 min olan avtomobili hansı pulla alıb?
Sonra yazmışıq ki,  Ağstafanın icra başçısı Seymur  Orucov rayondakı problemlərə laqeyd, səhlənkar yanaşır.  
Qısa məlumat üçün bildirək ki, Ağstafa Rayonu İcra Hakmiyyətinin nəzdində olan Ağstafa Mərkəzi stadionu bərbad vəziyyətdədir. 
Sabiq icra başçı Məhərrəm Quliyevin dövründə yəni, 2019-cu ildə stadionun 2 meydançası təmir adı ilə  sökülüb. Hazırda da stadionun meydançaları təmir olunmur, ətraf  məkan çirkab içərisindədir. 
Şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı yeni icra başçısı Seymur Orucova müraciət etsələr də, şikayətə baxan olmayıb. 
Seymur Orucov  deyib ki, bu məsələ məndən qabaqkı icra başçısının vaxtında olub, mənə dəxli yoxdur. 
Çox maraqlıdır ki, özünü bir neçə əcnəbi dildə danışan adam kimi göstərib ancaq ingils dilini bilməyən, ''xaricdə təcrübə keçən'',  dissertasiya müdafiə edən  Seymur Orucov bilmir ki, dövlət idarəetməsində “məndən qabaq, məndən sonra “ yoxdur. 
Bütün baş verənlərə görə, dövlət və dövlətin təmsilçisi məsuliyyət daşıyır. 
Bunu Məhərrəm eləyib, yoxsa Seymur söhbəti ola bilməz. 
Sən icra başçısı kimi  Perzidentin rayondakı nümayəndəsi olaraq bütün problemlərlə bağlı dərhal məlumat verməli və məsələnin həlli üçün çıxış yollarını göstərməlisən. Bunu keçmişin üstünə yıxmaq dövlət tərbiyyəsində  yoxdur, cənab Orucov ! 
Bunu sənə dayın Həmkarların sədri Səttar Mehbalıyev, ya da qaynatan keçmiş rektor Şəmsəddin Hacıyev  başa salmayıb ?
Axı, siz gəncləri icra başçısı təyin edəndə möhtərəm Prezident İlham Əliyev cənabları sizi başa saldı ki, siz xalqın xidmətçisiniz, gedin xalqa qulluq edin. 
Siz isə başçılıq etdiyiniz, rəhbəri olduğunuz rayonda 1 həftə dayana bilmirsiniz. İki gündən bir Bakıya qaçırsınız. 
Axı, siz  Bakının deyil, Ağstafanın rəhbərisiniz, Seymur müəllim ! 
Cənab prezident sizin  kimi 34  yaşlı gəncə etibar edərək Ağstafa kimi rayona icra başçısı təyin edib. Bundan böyük etimad olarmı ? 
Amma siz etimadı itirə-itirə gedirsiniz. 
Bu günlərdə  YAP  Gənclər Təşkilatının sədri  kimi  mühüm vəzifənizi itirdiniz. Artıq  partiyanın Siyasi Şurasının üzvü də deyilsiniz. Bunlar sizə nəsə demir ? 

P.S. Hörmətli  Seymur müəllim ! 

Bir media olaraq bizim hədəfimiz reallıq və aşkarlıqdır. Bu yolda məqsədimiz Prezidentimizin haqq işinə dəstək olmaqdır. Sizdən yeganə xahişimiz odur ki, bəzi jurnalistlərin sizə görə bizdən xahiş etməsi niyyətində olmayın. Və kabinetinizdə əyləşib gizli nömrədən redaksiyamızın telefonuna zəng etməyin. Öz mövqeyinizi açıq və aşkar şəkildə bizə bildirsəniz, biz onu işıqlandırmağa hazırıq. Buna əmin ola bilərsiniz.

Oxşar xəbərlər

Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Həbs təhlükəsi olan İcra başçıları quda oldular
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısı Seymur  Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq  qızıl-briliyant  tökülər....
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısı onu özünə birinci müavin təyin etdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
35 yaşlı  icra başçısının xanımı 350 minlik avtomobil idarə edir-Çeşmə xanımla Maştağa sakinlərinin çəkişməsinin  səbəbi nədir?-VİDEO
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...
Ağstafada Mərkəzi Stadion söküldü - İcra başçısı laqeyd yanaşır
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi