Vüqar  Səfərlinin dəstək verəni Müşfiq Ələsgərli niyə həbs olunmur ? - Həbs edilən icra başçılarının məddahları niyə cəzasız qalıb ?
1-04-2021, 18:48
230

Vüqar Səfərlinin dəstək verəni Müşfiq Ələsgərli niyə həbs olunmur ? - Həbs edilən icra başçılarının məddahları niyə cəzasız qalıb ?

1977-ci ildə, yəni  tələbə  olduğu vaxt  Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexində çeşidləyici işləyən Vüqar Səfərli  7 ədəd  ( biri 15 qəpik x 7 = 1 man 05 qəpik  ) “Kirpi”  jurnalı .... köşkə satdığına görə, onun üzünə  nələr deyildiyini yəqin ki, həbsxanada xatırlayar. 
Bəli, Əli Həsənovun  təqdimatı ilə  Vüqar Səfərli  2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 
Yəni  yüzlərlə qəzet, jurnal, saytlar və digər  media vasitələrinə dövlətin dəstəyini Vüqar Səfərliyə həvalə ediblər. Ortada milyonlarla vəsait. 
Hələ üstəlik jurnalistlərə dövlət hesabına mənzillər  tikib vermək. Böyük maxinasiya sahəsi, qanunsuzluqlar, cinayətlər. Və nəticədə Vüqar  Səfərli  2020-ci idə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. 
14 Yanvar , 2021-ci ildə isə  mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırdığı üçün Vüqar Səfərli həbs olunub. 
Yaxşı, həmin cinayətlər baş verəndə bu barədə yazanları, vaxtında tədbir görülməsini tələb edənləri  “reket” elan edirdiniz, həbs etdirirdiniz. İndi kimlərin reket, cinayətkar olduğu bəlli olur. 
Axı, söhbət bir fərdin cinayətindən getmir, ortada mütəşəkkil cinayətkar dəstə var, yəni bu boyda cinayətləri Vüqar Səfərli istəsə belə təkbaşına edə bilməzdi. 
Bəs Vüqar Səfərlinin yan-yörəsində qulbeçəlik edənlər, onun qıl verənləri, Dəyirmi Masalar təşkil edib həqiqəti deyənləri gestapo kimi cəzalandırmağı tələb  edən Müşfiq Ələsgərlilər, Yadigar Məmmədlilər  noolsun ? 
Bəs onlar niyə həbs olunmur ? 
Bəs, Vüqar Səfərlinin “quyruqları”  olan, onunla rayonlara səfər edib icra başçılarından tərifli yazı hazırlayanlar niyə cəza almır ? 
Axı, sizlərin təriflədiyiniz  icra başçılarının çoxu həbsxanada cəzasını çəkir. Bəs siz niyə cavab verimirsiniz?
Axı, indi həbsxanada olan icta başçılarını o zaman haqlı olaraq tənqid edənləri siz  reket elan edirdiniz ? 
Həm də həmin cinayətkar icra başçılarının “zakazı” ilə baş redaktorları şərləyib  tutdururdunuz. 
Bəs indi niyə susursunuz..?  Axı, zamanında siz həmin icra başçılarını  müdafiə edirdiniz. Deməli, cinayətlərinə də şərik olmusunuz. Məntiqlə cəzanızı çəkməlisiniz. 
Katibələrə, aşnalara, sürücülərə, qohumlara mənzil veriləndə Jurnalaistlərin Həmkarlarının sədri Müşfiq Ələsgərli niyə ağzına su almışdı..? 
Bəs, Vüqar Səfərlinin  təltif etdiyi, fəxri adlar verdiyi şəxslərin günahını nə ilə yuyaq..? 
Sizlər - Vüqar Səfərlinin dəyənəyi-zopası ilə oturub-duranlar, onun işarəsi ilə qərar qəbul edənlər guya media ilə məmur korpusu arasında KÖRPÜ rolunu oynayırdınız. Amma əslində siz  azad medianın üzərindən özünüz üçün KÖRPÜ kimi istifadə edib, öz çirkin məqsədlərinizə doğru irəliləyirdiniz. 
İndi zaman dəyişib. O vaxtlar kimlərə  reket, qara media damğası vurmadınız. İndi sizə ad verməyin zamanı gəlib. Sizin adınız nədir, ey moşenniklər, dələduzlar, medianın üz qaraları...

Oxşar xəbərlər

Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərlinin istintaqı çox müşfiqləri aparacaq-  KİVDF-nin üzvü Müşfiq Ələsgərli niyə məsuliyyətə cəlb olunmur ?
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
Vüqar Səfərli YAP-dan çıxarıldı
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
"Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların bir qismini qaytarıb
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Vüqar Səfərli ilə Müxalifət Partiyasının sponsoru Mehrac Babayevin işbirliyi- Mehrac Babayev niyə həbs olunmadı ?
Əli Həsənov və əlaltıları həbs edilə bilər
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Əli Həsənov Azərbaycana gətirildi
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
"Vüqar Səfərli İŞİ"ndə daha kimlərin başı ağrıya bilər... - ŞOK İDDİA
Vüqar Səfərli ev dustaqlığına buraxılacaq? - Məhkəməyə müraciət edildi