Rəhmətlik Hacı Əbdülün şallağı və icra başçısının atasının “kiçik toy” məsələsi
14-04-2021, 16:51
429

Rəhmətlik Hacı Əbdülün şallağı və icra başçısının atasının “kiçik toy” məsələsi

Deyirlər, qulaq gündə bir təzə söz eşitməsə, kar olar. 
Amma təzə söz bəzən adamı  lap elektroşok kimi vurur. 
Əsas məsələyə keçməzdən öncə yaxın tariximizdən bir maraqlı məqama diqqət çəkək. 
Yəqin çoxlarının yadında olar rəhmətlik  Hacı Əbdül. 
90-cı illərdə  siyasətə gəlmişdi, ozamankı prezident Ayaz Mütəllibovun tərəfdarı idi. Yəqin yaşlı nəsil xatırlayar. Xırıltılı səslə, şirin Bakı ləhcəsində danışardı. 
Sonralar  siyasətdən uzaqlaşdı və “Tövbə” cəmiyyətini yaratdı. 
Deməli, Hacı Əbdül içkidən, qumardan, narkotikdən, ümumiyyətlə, pis və zərərli vərdişlərdən insanları uzaqlaşdırmaq üçün  öz ofisinə dəvət edirdi. Və orada tövbələtmə prosesi başlayırdı. Hacının ofisində yekə bir ŞALLAQ var idi. Hacı orada tövbəyə gələn şəxsləri möhkəm şallaqlayırdı. 
Hacının maraqlı bir ideyası da var idi. Deyirdi ki, xristian oğlan uşaqlarını gətirib  ofisimdə SÜNNƏT edərək müsəlmanların sayını artırıram, islama dəvət edirəm. Əlbəttə, gülməli olsa da, bu da bizim tariximizdir. Xoşumuza gəlməyə bilər, amma nə etməli, tarixdir. 
Hətta bir dəfə Hacı Əbdül  televizorda dedi ki, rüşvətxor və korrupsioner məmurları gətirib şallaqlayacam. 
Rəhmətlik Hacı Əbdülün bu işlərini nə üçün yada saldıq ? 
Söhbət  pis və zərərli  vərdişlərdən, məmurları şallaqlamaqdan, qeyri-müsəman uşaqları sünnət etməkdən  düşmüşkən...
Bizim məmurların çoxu rüşvətxor, korrupsioner və üstəlik əxlaqsız işlərlə məğul olurlar. Bunu bütün cəmiyyət bilir. Bunları möhkəm şallaqlamaq öz yerində. 
Bu məmurlar təkcə özləri deyil, müftə puldan yeyib qudurmuş yaxınları da, qohumları da, hətta qardaşları və yaşlı ataları da eyni həyat tərzini yaşayırlar. Məmurun, yaxud icra başçısının yaşlı-ahıl atası bir də görürsən, kiməsə sponsorluq edir, eyş-işrət məclisləri təşkil edir, müsəlmana yaraşmayan hərəkətlər edir  və s. 
Beləsini şallaqlamaq azdır. Bu məqamda rəhmətlik Hacının SÜNNƏT məsələsi yada düşür. Bu məqamda çox vacibdir qeyd edək ki, icra başçılarından birinin atasını o dünyadan gətirib bu dünyada  “kiçik toy “ ediblər. Və sonra zurna-qavalla o dünyaya aparıblar. 
Bax, bunu rəhmərlik Hacı Əbdül deyil, başqaları edib. 
Ümumiyyətlə, cəmiyyətdəki pis və zərərli vərdişlərə qarşı mübarizə aparmaq lazımdır.

Oxşar xəbərlər

Hacı Nuran da koronavirusa yoluxdu
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
Ramiz Mehdiyevin daha bir ortağı: Hacı Ramazan... - "İnpeks N" MMC ilə bağlı müəmmalar...
Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurdu
Tanınmış ilahiyyatçı bıçaqlandı
Hacı Zeynalabdinin kötükcəsi Qarabağa gələcək
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı - TƏFƏRRÜATLAR
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib
Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA - VİDEO
Hacı Zeynalabdin Bələdiyyəsindəki bazar... - GİLEY
“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...” - sabiq deputatdan şikayət
Hacı Zeynalabdin nümayəndəsinin "sol əli” də dövlətə meydan oxuyur: - "Bələdiyyə sədri" keçmiş şöbə müdirini niyə “süründürür?”
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
Fəxrəddin Manafov evə buraxıldı - FOTOLAR
Şeyxin bacısı oğlu koronavirusdan öldü
Cəlilabadda axund koronavirusdan vəfat etdi
İlham Əliyev: "Daha 8 kənd işğaldan azad edildi"
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
Paytaxtın məşhur bazarı köçürülür
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
Fəxrəddin Manafova ağır itki üz verdi
Ağdamın cümə məscidinin axundu vəfat edib
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Xətaidə işıqdan milyon qazananlar- Ağaverdi Həsənov və Fərid Əbilov
Sumqayıtda faciə: 45 yaşlı kişi özünü asdı
"Elə bil ki, it damıdır, orada necə yaşayıblar?" - Dövlət başçısı