Baba Rzayev Bakının bir addımlığında OD-la oynayır..- Mehdiabadın girişində  neft quyusu  üstündə elektrik yarımstansiyası tikilir
12-08-2021, 18:00
651

Baba Rzayev Bakının bir addımlığında OD-la oynayır..- Mehdiabadın girişində neft quyusu üstündə elektrik yarımstansiyası tikilir

Bir neçə il əvvəl Mingəçevir  SES-də baş verən qəza zamanı  bütün ölkə  zülmətə qərq oldu. Ölkənin ən strateji qurumları, dövlət binaları işıqsız qaldı, hər şey bir anda iflic oldu. Və nəticədə ölkə iqtisadiyyatına təxminən 1 milyarda yaxın ziyan dəydi. 
Bəs fərdi sahibkarlara, özəl sektora, konkret olaraq vətəndaşlara nə qədər ziyan dəydi ? 
Bu barədə danışan olmadı. Bəli, əgər qəza baş veribsə, vətəndaşın elektrik avadanlıqları  sıradan çıxıbsa, qurum ziyanı ödəməli idi. 
Ancaq  qurumun ozamankı prezidenti  Etibar Pirverdiyevin heç tükü də tərpənmədi, sadəcə vəzifəsilə vidalaşmalı oldu. 
Bir şeyi başa düşmək lazımdır ki, vəzifə ilə vidalaşmaq problemdən çıxış yolu deyil. 
Bunları yada salmaqda məqsədimiz nədir ? 
Etibar  Pirvediyevin əməllərini bu gün  “Azərişıq” ASC-nin sədri Balababa Rzayev davam etdirir. 
Görəsən, Mingəçevirdə  baş verənlər  Baba Rzayev kimilərə dərs olmadı ? 
Axı, anlamaq lazmıdr ki, işıq və enerji məsələsi dövlətin canıdır, ürəyidir. Ürəyi dayanmış insan nədirsə, elektrik sistemi çökmüş dövlət də elədir. İraq olsun Mingəçevirdə baş verənlər bir də təkrar olsa, onda Baba Rzayev Etibar Pirverdiyev kimi canını  qurtara bilməyəcək. 
Görün vəziyyət nə həddə çatıbsa, Baba Rzayevin qurumu  Abşeronda, daha dəqiq desək, Mehdiabad qəsəbəsinin girişində  neft quyusunun üstündə yarımstansiya  tikdirir. 
Təsəvvür  edirsiniz, neft quyusu fəaliyyət göstərir, hər gün tonlarla neft çıxarılır və üzərində elektrik yarımstansiyası inşa edilir. 
Baba Rzayev, sən başa düşürsənmi, nə edirsən ? 
Xırda bir qığılcım böyük yanğına səbəb ola bilər. Özü də harada ? 
Paytaxt Bakının bir addımlığında. 
Onsuz da bu gün dünyada yanğınlar böyük fəlakətə səbəb olur. Sən isə göz görə-görə, odla oynayırsan. Daha doğrusu, bir ölkənin talehi ilə oynayırsan. Bu məsuliyyətsizliyi sənə kim rəvac verib.
Görəsən həmən neft quyusunun üzərində  elektrik yarımstansiyası tikən  icraçı-podratçı  “Aran” MMC-nin müdriyyəti də başa düşmür ki, hansı fəlakətə səbəb ola bilərlər ?
Düzdür, icraçı qurum olan  “Aran” MMC yaxasını kənara çəkib deyə bilər ki, mənə sifariş veriblər, mən də tikirəm. 
Bəli, hüquqi cəhətdən belədir. Bəs, sizin məsuliyyətiniz, bəs sizin vətəndaş borcunuz ? 
Mingəçevirdə baş verənləri unutdunuz. Bəs bir neçə il əvvəl  Bakıda binada baş verən yanğın zamanı ölən uşaqları nə tez unutdunuz ?
Bəlkə, bu məsələlərə də cənab Prezident şəxsən nəzarət etməlidir ? 
Bəs onda sizlər, yüksək vəzifə daşıyan şəxslər nəyə lazımsınız ? 
Bəlkə ələkçinin qıl verənlərisiniz ?
Xeyr, siz qıl verənlərə qəti oxşamırsınız. Sizin başınız öz şəxsi bizneslərinizə qarışıb. Ona görə də fikriniz-zikriniz olur öz biznesinizdə və dövlət işlərini unudursunuz. 
Bəli, Baba Rzayevin, başı açılır ki, bilsin, görsün Mehdiabadda nə tikirlər. 
Baba Rzayevin şəxsi biznesini idarə etməyə böyük komanda lazımdır. 
Komanda demişkən, Baba Rzayevin qardaşı Emin Rzayev “Azərişıq”  üçün görülən işlərin pullarını yığır, tenderlərin talehini həll edir. 
Bir sözlə, Azərişığın  qara kassası  Emin Rzayevdir.  
Baba Rzayev icraçı qurumlara yalvarır ki, qurban olum, tez işləyin, Prezidentimiz açılışa gələcək…
İş başa çatır, Prezident açılışa gəlir və razı qalır. Amma..
Bəli, açılışdan sonra Baba Rzayev “qeyb olur” podratçı qurumlar onu tapa bilmir, milyonlarla pullarını ala bilmirlər. 
Bəli, Baba Rzayev ən böyük korrupsionerdir. Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan şirkətlərin saibləri Baba Rzayevin ailə üzvləridir. 
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
Bəli, ər-arvad  Lenin demiş, Azərbaycanı elektrikləşdirməklə  məşğuldur. 
Allah xalqımızı neft  quyuları üzərində tikilən yarımstansiyalardan, daha doğrusu, Baba Rzayev kimi məmurlardan qorusun.

Oxşar xəbərlər

İlham Əliyev yarımstansiyaların açılışında - FOTO (Yenilənib)
Pakistan qaranlığa qərq oldu
Baba Rzayevin ŞOK TALAN ŞƏBƏKƏSİ... - İTTİHAM
Baba Rzayev təkcə "Aznerji"dən QAZANMIR... - İLGİNC FAKTLAR
Baba Rzayev HƏBS OLUNUR? - İLGİNC İDDİA
Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurdu
İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında - FOTOLAR
Suqovuşandakı SES-lər işə salınıb - RƏSMİ
SON DƏQİQƏ! İranın Atom Elektrik Stansiyasında qəza olub
İran elektrik ixracatını dayandırır
Bu rayon işıqsız qaldı – Səbəb
İran qonşu ölkəyə elektrik ixracını dayandırdı
Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çökdü
İlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında - FOTOLAR
"Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR... - GİLEY
Bakıda qəza tıxaca səbəb oldu - FOTO
Suqovuşandakı elektrik stansiyalarının təmirinə başlanıldı - Video
Balababa Rzayevin işıq biznesi…-  “Qoy işığı söndürüm..”  Rzayevin həyat prinsipidir
Xankəndidə həyəcan siqnalı verilir - Şəhər zülmətə qərq oldu (VİDEO)
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib
ABŞ-da güclü tornado binaları dağıtdı - VİDEO
ABŞ-a görə 70 min pakistanlı öldü – İmran Xan
Bərdə sakinləri yolu bağlamaq istəyir - Baba Rzayevə müraciət
İranda aksiyalar başladı: Əhali küçələrə axışdı
Rusiya İranda 1,4 milyard avro dəyərində elektrik stansiyası tikir