Fətullah Gülənin MADOSU…- MADO-nun sahibi: “İnsanın iki vətəni olur. Biri  DOĞULDUĞU yer, biri də DOYDUĞU  yer”
24-11-2021, 18:45
165

Fətullah Gülənin MADOSU…- MADO-nun sahibi: “İnsanın iki vətəni olur. Biri DOĞULDUĞU yer, biri də DOYDUĞU yer”

Fətullah Gülənin  “MADO”su niyə karantin qaydalarını pozur, vergidən yayınır ? 


Biz Gundəlik-Bakı olaraq  türk düşməni  Fətullah Gülənin Azərbaycandakı  şəbəkəsindən çox bəhs etmişik. 
Hətta  Azərbaycanda fəaliyyət göstərən Ziraat Bankın “patronu”  Avni Dəmirçinin  əməlləri, çirkli pulların yuyulmasında rolu, Türkiyənin ölkəmizdəki səfriliyinin  dəvətini qəbul etməməsini, rəsmi tədbirlərə qatılmamasını, amma  FETO-çuların  Sumqayıtdakı məclislərində məmuniyyətlə iştirak edib alovlu çıxışlar etməsini, Fətullahı tərfiləməsini qeyd etmişik. 
Bu dəfə  redaksiyamıza daxil olan məlumata görə, Avni Dəmirçinin  sorağı MADO restoranlar şəbəkəsindən gəlir.  
Bəli, Ziraat Bank kimi, MADO da Fətullah Gülənin şəbəkəsinə aiddir. 
2010-cu ildə  Bakının mərkəzində  fəaliyyətə  başlayan MADO restoranlar şəbəkəsi  barədə bəlkə də çoxları çox şey bilmir. 
Məlumat üçün qeyd edək ki, MADO türk dilində MA-raş şəhərinin ( şirkətin  əsası 1850- ci ildə ilk dəfə bu  şəhərdə qoyulub) adından  və DO-ndurma  sözündən götürülüb. Bu gün dünyada MADO-nun  300-dən artıq ticarət mərkəzi var. 
2010-cu ildə Bakıda fəaliyyətə başlayan MADO-nun paytaxtın mərkəzi rayonlarında  xeyli filialı var. Səhər yeməklərindən tutmuş, türk mətbəxinə və dondurmaya qədər hər şey verilir.  
FETO məsələsinə keçməzdən öncə onu qeyd edək ki, Azərbaycanda  karantin qaydalarına görə keçirilən monitorinqlərin başında, 1-ci yerdə  həmişə MADO-nun adı olur. 
Adama deyərlər ki, sən mənim hökumətimin qoyduğu qaydalara hörmət qoymursansa, əksinə qanunvericiliyin  tələblərini  pozursansa, sənin burada nə işin var ? 
Niyə  camaatımızı karonavirusa yoluxdurursan ? 
Ötən yazımızda qeyd etdiyimiz kimi MADO-da əcnəbiləri hörmətlə, nəzakətlə qarşılayırlar, bizim vətəndaşlara qarşı isə sayqısızlıq var,  daha dəqiq desək, dindar  müştərilə bir cür, dindar olmayanlara fərqli xidmət göstərilir. 
Sən kimsən, ay MADO, ölkəmizdə ayrı seçkilik  yaradırsan ? 
 Adama deyərlər, sən  gəmidə oturub gəmiçi ilə dava edirsən..?  
Həə, deyəsən  gəldik mətləb üstünə...
Görəsən,  burada etdiklərinizi niyə Çində  edə bilmirsiniz, cənab MADO ? 
Məlumat üçün  qeyd edək ki, Çində uyqur  türklərinə qarşı olan işgəncələrlə bağlı  illərdir  ki, dünya  bağırır.
Amma Fətullah Gülənin dostu, MADO-nun sahibi deyir:
“İnsanın iki vətəni olur. Biri  DOĞULDUĞU   yer, biri də DOYDUĞU  yer. Mən bu gün Çində qarnımı doyururamsa, deməli vətənim Çindir və  mən Çinliyəm”. 
İndi aydın oldumu ki, MADO üçün vətən, millət qarın doyurmaqdır. 
Ən maraqlısı odur ki, Fətullah Gülənə məxsus olan o boyda Qafqaz universitetini  bağlama mümkün olduğu halda MADO-ya,  ZİRAAT Banka hətta nəzər salan yoxdur. Niyə, nə üçün ? 
Sözün düzü, bu məsələ bizim üçün də maraqlıdır.

Oxşar xəbərlər

MADO  vergidən  yayınır ?-  Fətullah Gülənin “obyekt”ı  niyə bağlanmır ?
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
“Ziraat Bank”  məhkəmələrdən təzyiq vasitəsi kimi istifadə edir…- Avni Dəmirçi  ölkə mediasını susdurmaq istəyir ?
Fətullah Gülənin qadın qohumu tutuldu - FOTO
''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah  Gülənin bankı  bağlana bilər…
Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur
FETÖ lideri Gülənin son halı - FOTO
HƏBSİ qaçılmaz olan Avni Dəmirçinin Əli Həsənovla əlaqələri- Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ?
Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
Fətullah Gülənin qardaşı oğlu saxlanıldı - FOTO
Fətullah Gülən zəhərlənərək ölüb?
Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi-  Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…
“Ziraatbank” Fətullah Gülənə məxsusdur- FETÖ-çü  Avni Dəmirçi niyə həbs olunmur ?
Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
Hrant Dinkin qətliylə bağlı son qərar AÇIQLANDI
“Ziraatbank”ın  FETO-çu  “patron”u AVNİ DƏMİRÇİ niyə məsuliyyətə cəlb olunmur ?- SENSASİON FAKTLAR
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
Mübariz Mənsimov məhkəmədə hansı sirləri açdı? - VİDEO
FETÖ ittihamı ilə həbs edilən AXCP üzvü azadlıqda
"Mado"da nöqsanlar AŞKARLANDI - FOTO
“Ziraat Bank Azərbaycan” Türkiyə vətəndaşını - MƏHKƏMƏYƏ VERDİ
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
“Mado”, “Cafe City” kafeləri,“Özsüt Gənclik Mall” və “Şəki” restoranı cərimələndi