Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
11-11-2020, 10:24
247

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...

Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.

Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.

Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.

Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.

Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:

“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə - Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.

Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.

Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.

Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”. /Dia.az/

Oxşar xəbərlər

İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
Balakəndə ağır qəza: Ölən var
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Azərbaycanda dəhşətli qəza: Ana öldü, qızları yaralandı - VİDEO
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
“İnstagram”da narkotik təbliğ edən şəxs həbs edildi - Video
Şahin Mustafayev oğluna nişan etdi - Foto
Şahin Mustafayev baş katiblə görüşdü
Türk alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı
Bərdədə dünən və bu gün 26 nəfər ölüb - Baş Prokurorluq
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL
Balakəndə narkotacir tutuldu - FOTO
Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır
Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Nazir Çinə səfər edəcək
İki baş inəyə görə iki nəfər saxlanıldı
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı