Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
24-11-2020, 17:34
124

Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM

Xocavənd rayonunun səhiyyə sistemində anormal bir durum hökm sürür. Rayon sakinləri rayon səhiyyə sisteminin kimin tərəfindən idarə edilməsini aydınlaşdırmaq istəyirlər. Səhiyyə Nazirliyinin bu məsələyə aydınlıq gətirməsi lazımdır.
Belə ki, rayon icra başçısı Eyvaz Hüseynovun kadrı və yaxın adamı kimi tanınan Nurəngiz Bəşirova vaxtı ilə korrupsiya maxinasiyaları ilə gündəmdə idi. Onun haqqında ölkə mətbuatında sislsilə yazılar dərc olunurdu. Xocavəndin o vaxtkı baş həkiminin adı həmçinin bir çox qalmaqallarda hallanırdı. Son qalmaqaldan sonra onu Rüfət Səfərov əvəz etdi.Ancaq Rüfət Səfərov baş həkim vəzifəsinə təyin edilsə də rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirova idarə edirdi.
Rayonun Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan N.Bəşirova Rüfət Səfərovun kabinetində əyləşirdi. Xəstəxananı idarə edən Nurəngiz Bəşirova həm də bütün maliyyə işlərinə nəzarət edirdi. Maraqlıdır ki, baş həkim Rüfət Səfərov onun kabinetini və səlahiyyətlərini “işğal” edən Bəşirovaya qarşı tam səssiz idi. Bu da təbiidir, çünki 30 illik başçı Eyvaz Hüseynovun sözündən sonra o nə karə idi ki?..
N.Bəşirova Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova da faktiki olaraq vəzifəsini icra etməyə imkan vermədi. Fövzi Tahirov Ağcabədi Xəstəxanasının baş həkimi təyin edildikdən sonra bu ilin əvvəlində Xocavənd icra başçısı Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq Nürəngiz Bəşirovanın baş həkim təyinatına müvəffəq oldu. Sonunda TƏBİB-in rəhbərliyi E.Hüseynovun uzun israrından sonra 2 il əvvəl çox ciddi səbəblərə görə işdən azad olunan Nürəngiz Bəşirovanın Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinatına razılıq verdi.
Amma yenə də heç nə dəyişmədi. Vəziyyət əvvəlkindən də acınacaqlı hal alıb. İddialara görə, Xocavənd Mərkəzi Xəstəxanası faktiki olaraq pullu xidmətə keçib. İcra başçısı Eyvaz Hüseynov N.Bəşirovanı o qədər arxayın salıb ki, 44 günlük Vətən Müharibəsində qanları bahasına torpaqlarımızı geri alan şəhid və qazi ailələrinə belə pulsuz kömək göstərməkdən imtina edir.
Bildirilir ki, döyüşlərdə əlil olmuş qazilərimiz və şəhid olmuş əsgərlərimizin valideynləri xəstəxana qapılarında süründürməciliyə məruz qalaraq bilərəkdən incidilir. Dövlətin ayırdığı dərmanlar belə onlara pulla satılır. İndiki məqamda bu stastusda olan ailələri dövlətdən incik salmaq təbii ki, Prezidentə qarşı çıxmaqdır. Ölkə başçısı əlillərin, şəhid ailələrinin, və əsgər valideyinlərinin dövlətin nəzarətində və və onun səxsən himayəsində olduğunu vurğulayıb. Bə onda E.Hüseynova arxayın olan N. Bəşirovanın rəhbərliyi altında olan Mərkəzi Xəstəxanada nə baş verir? Baş həkimi xəstəxanada rüşvət və özbaşınalığa nə vadar edir?
Qeyd edək ki, bu barədə növbəti yazıda şikayətçilərin diliylə çox mətləblər işıq üzü görəcək. Görəsən, onda da xanım baş həkim yenə də mətbuata elçi salıb dost axtarışına çıxacaqmı?
Xatırladaq ki, bir neçə il əvvəl Ağcabədi Rayon Prokurorluğunda Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirova və xəstəxanının bir neçə əməkdaşı barəsində cinayət iş açılıb. Cinayət məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilən N.Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı. Bu barədə Baş Prokurorluğun məlumatında da qeyd olunub.
“Aktualxeber.az”-a göndərilən müraciətlərdə, həmin qanunsuz halların yenə tüğyan etdiyi, baş həkimin Vütün Müharibəsində, həmçinin Xocavəndin azad olunması uğrunda canını, qanını vermiş övladlarımıza biganə olmasından bəhs olunur.
Qarşı tərəfi də dinləməyə hazırıq!

Oxşar xəbərlər

Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Vilayət Eyvazov Bayram Səfərovun oğlunu işdən çıxardı
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
Azərbaycanda koronavirusa yoluxan qadının əri həkimlərə hücum etdi — YABA İLƏ
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR - Şok telefon danışığı...
Masallı səhiyyəsində acınacaqlı mənzərə - GİLEY
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Mədəniyyət Nazirliyində kadr təyinatı
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
“Düz Elmarın yanına gəldim, silahı çəkdim, açılmadı...”
"Bayram Səfərov əraziləri işğal edib!"
Qonşu ölkədə şok olay: 7 həkim xəstəxanadan qaçdı
Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı
Ramin Bayramlıdan yeni təyinat
Azərbaycanda həkim COVID-19-dan vəfat edib
Xankəndidən qaçan erməni həkimdən şok sözlər: - Hər yerdə ölü və yaralı əsgər...
Qarabağ qazisini öldürən biznesmen oğluna vəzifə verildi - Fotofakt
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
Azərbaycanda baş həkim COVID-19-a yoluxub
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü