Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İTTİHAM
8-12-2020, 09:58
226

Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İTTİHAM

“Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə ocağı, hal-hazırda ölkəmizin ən böyük müalicə müəssisələrindən biri hesab olunur. Baş həkim Telman İbadovun nufuzunu ifadə edən xəstəxanada vətəndaş hörməti deyil, pulun varlığı səmimiyyət daşıyır. Elə bu səmimiyyətdən irəli gələn etimatdır ki, hörmətli Telman həkim bütün idarəçiliyi Mahir həkimə etibar edib.

Belə ki, baş həkimin etibarını qaralayıb, etimadını son səviyyəyə endirən Mahir həkim xəstəxanada elə bir idarəçilik həyata keçirir ki, baş verənləri kənardan görüb-eşidən hər kəs, sanki “ah-vay” çəkməli olur. Yəni uzun illərdir ki, bu şəxsin idarəçiliyi altında fəaliyyət göstərən Klinik Xəstəxanada “bazar qanunları” pik həddə çatıb.

Deyə bilərik ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Yəni: liftə minmək, ayaqyoluna getmək, xəstəni qəbul şöbəsinə çatdırmaq, Kompüter Tomoqrafiya müayinəsindən keçmək, analiz vermək, hətta salam vermək belə pullu xidmət hesab edilir. Əgər “əlin cibində” olmadısa, o halda “bəxtin gətirməyəcək”. Adını korona və ya bədxassəli şişin var deyib, evini yıxacaqlar. Çünki, baş həkimin müavini Mahir Babayevin birbaşa diktəsi ilə oturub-duran qəbul şöbəsi və digər əməkdaşları, xəstəyə Qurbanda kəsilən mal olaraq baxırlar. Xülasə, yəni vay halına…

Çoxları bunu zarafat hesab edər bəlkə, amma inanın ki, dediklərim həqiqət və ancaq həqiqətdir.

Bir neçə gün öncə bir yerdə işlədiyim jurnalist həmkarım bərk xəstələnmişdi, hətta nə yeriməyə, nə də ki, nəfəs almağa gücü vardı. Hələ aramızda zarafat edib deyirdim “sən koronasan, ara məsafəsi saxla”. Və, bu münvalla gedib çıxdıq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına. Olub keçənləri gözlərimlə görüb dəhşətə gəldim. İnsanların necə incidilməsi, qiymətlərin süni şəkildə ikiqat artırılması, əlilin, kimsəsizin, kasıbın xəstəxana künclərində zarıması inanın ki, məni dəhşətə gətirdi. Covid-19 meydan suladığı bir vaxtda inanın ki, xəstəxanada puldan başqa heç bir qayda gözlənilmirdi. Həkim və tibb bacısı heyəti görüşdüyü hər bir xəstəyə “qiymətlər belədir, gücün çatar” – deyib xəstəxanaya gələn digər vətəndaşlarla pul anlaşmasına çalışırdı. Bu biabırçılığa şahid olub, həmkarıma – gedək, bura “diri gələn, ölü gedər”, gedək burdan, bura xəstəxana yox, mal bazarıdır. Və sonunda da peşiman oldu.

Mən həmin hadisəni həmkarımın ifadə etdiyi kimi hər kəsə çatdırmaq istəyirəm.

Adını çəkmək istəmədiyim həmkarım xəstəxanada üzləşdiyi anları belə xatırlayır:

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müalicə işləri üzrə müavini Mahir həkimə müraciət etdim. Narahat olduğum xəstəliklə bağlı Kompüter Tomoqrafiya müayinəsi olunmağımı bildirdim. Mahir həkimə pulsuz müayinə olunmaq istədiyimi və malicə yazmağını rica etdim. O cavabında müayinə aparatı tam işlək vəziyyətdə olmadığı yalanı ilə mənə cavab verib başından etməyə çalışdı. Əslində mən əvvəlcədən Kompüter Tomoqrafiya müayinəsində qəbulda olmuşdum, amma qiymət yuvarlaq olduğu üçün Mahir həkimə üz tutdum.

Mən pasiyent kimi tomoqrafiya müayinəsi olunan otağa yaxınlaşıb KT müayinəsindən keçmək istəyimi bildirmişdim. Həkim mənə 70 manat ödəyin, canlı növbə var, həmin dəqiqə müayinə edək – dedi. Həm də xəstəliklə bağlı az vaxta cavab veriləcəyi saat da qeyd edildi. Təkrar Mahir həkimə müraciət edib kompüterin işlədiyini bildirdim, o ənənəsinə sadiqliyini nümayiş etdirərək “mən elə bildim belini tomoqrafiya etdirirsən”. O, mənə təkrar müayinə həkimi Şamilə yaxınlaşmağımı bildirdi. Şamil həkimi necə təlimatlandırmışdısa, mən içəri girən kimi ilk rəftarından biruzə verdi əsəbi olduğunu. Və, ani şəkildə aparat işləmir, çəkiniz çoxdur, stolumuz sınıqdır və s. bəhanələr edərək uzaqlaşdırmağa çalışdı.

Əcabə, bəs onda 10 dəqiqə bundan qabaq mənə “70 manat ödəyin, bu dəqiqə müayinə edək” – deyəndə çəkim artıq deyildi, Şamil həkim….? ”

SÖZARDI: Görünür dövlət xəstəxanasında müayinə olunmaq üçün Mahir həkimin “dabrosu” olmadan səndə nə günah, ay Şamil doktor. Siz həkimliyi yox, vətəndaşı təhqir etməyi daha yaxşı bacarırsız. Deyim biləsiz ki, Paşinyan da vaxt var idi Cəbrayıla yol çəkirdi – NƏ OLDU BƏSS…!?
KAİM.az

Oxşar xəbərlər

Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
Xankəndidən qaçan erməni həkimdən şok sözlər: - Hər yerdə ölü və yaralı əsgər...
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
"Semaşko"nun həkimi ağır vəziyyətdədir - EKMO-ya qoşulması vacibdir
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
Əlcəzair prezidenti koronavirusa yoluxdu
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Ən çox həkim maşınlarına atəş açırdılar - Həkim qazi
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
"Bu ağır dövrdə bazar açıblar..." - GİLEY
Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, dərman alveri-Gömrük Hospitalına giriş kasıblara yasaqdır?
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR - Şok telefon danışığı...
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Qonşu ölkədə şok olay: 7 həkim xəstəxanadan qaçdı
Lalə Şövkətin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA
Yalnış diaqnoz 30 kilo artıq çəkiyə səbəb oldu - "Stimul Hospital" -dan şikayət var
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi - Foto
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto