"Sığorta üç ilə yaxındır ki, bizi süründürür" - Ağsuda NARAZILIQ
19-12-2020, 10:26
108

"Sığorta üç ilə yaxındır ki, bizi süründürür" - Ağsuda NARAZILIQ

Ağsudakı mərkəzi bazardan onlarla adam ailəsinə çörək aparır. 2018-ci ilin aprelində bazarda yanğından sonra onların bir qismi bu imkanı itirib. Yanğın nəticəsində dəymiş ziyanın ödənməsindən ötrü üçüncü ildir ki, sığorta şirkəti ilə çəkişirlər.

DİA.AZ xəbər verir ki, Ağsu bazarı "AzSığorta" tərəfindən icbari şəkildə sığortalanıb. Bazarın təsisçilərindən Varis Nəzərov bildirib ki, yanğından dərhal sonra hadisə barədə sığorta şirkətinə xəbər verilib, nümayəndə gəlib yerində araşdırma aparıb. V.Nəzərovun sözlərinə görə, bina sığortalansa da, içindəki daşınar əmlak sığortalı deyildi: "Biz daşınmaz əmlak üzrə 150 min manata qədər ziyan hesablamışdıq. Amma sığorta şirkəti bu rəqəmlə razılaşmadı. Axırda 76 min ziyan saydılar".

V.Nəzərovun sözlərinə görə, həm təsisçilər, həm də bazarda işləyənlər sığorta ödənişini gözləmədən toplaşaraq, öz hesablarına yanan tikililəri bərpa ediblər. "AzSığorta" deyilən məbləği ödəməkdən imtina edib: "Dedilər ki, cəmi 15 min manat ödəniş hesablanıb. Müxtəlif dövlət orqanlarına şikayət elədik. Bundan sonra 27 min manata qaldırdılar. Ona görə məhkəməyə verdik".

Bazarda işləyənlərdən Nizam Nəhmədov bildirib ki, borc götürərək işlədiyi yeri bərpa etdiriblər: "Fikirləşdik ki, sığorta pulu ödəniləndə borcu qaytararıq. Çünki gözləmək mümkün deyildi. Oradan nə qədər adam ailəsinə çörək aparır. Evdə uşaqlara demək olmur ki, "gözləyin, sığorta şirkəti pulu verəndə bərpa eləyib işləyəcəyik". Sığorta da üç ilə yaxındır ki, bizi süründürür".

Bu mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim məhkəmənin gedişində dəymiş ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib. Ekspertlər 75 min manatlıq ziyan müəyyənləşdirib. Hakim Səbinə Nuriyeva bu məbləğin ödənilməsi barədə qərar çıxarıb.

"AzSığorta" bu qərardan narazı qalıb və apellyasiya şikayəti vermək niyyətindədir. Şirkətin nümayəndəsi məhkəmədə də bildirib ki, Ağsu bazarında yanğın baş verən hissələr (çörək və şirniyyat bişirilən hissə, mühasibatlıq, ofis və s.) sığortalı olmayıb. Şirkət təmsilçisinin sözlərinə görə, bazarın yalnız meyvə-tərəvəz satılan, talvar hissəsi sığortalanmışdı.

Bazarın təmsilçiləri isə bu arqumentlə razılaşmır: "Bir var, sadəcə əmlak, bir də var, əmlak kompleksi. Bazar əmlak kompleksidir, ora daxil olan bütün hissələr sığortalıdır. Bazarın sığortası da icbaridir. Əgər sığortalanmasaydı, o zaman inzibati qaydada məsuliyyətə cəlb olunardıq".

Oxşar xəbərlər

Yanan Ağsu bazarına görə niyə sığorta pulu ödənilmir? - Şikayət
"Azsığorta" ödəniş etmək istəmir - Sahibkardan şikayət
Mərkəzi Bank “Azsığorta”nın qarşısında aciz qalıb? - NARAZILIQ...
“QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Azərbaycanda sığorta şirkəti təyyarəyə görə milyonluq ödəniş etdi
"Qala Sığorta" işi dövlətin boynuna yıxmaq istəyir? - Çəkişmə...
"Qala sığorta"nın daş kimi susqunluğu... - GİLEY
Erməni işğalının sığorta bazarımıza vurduğu ziyan
"Azsığorta" vətəndaşı niyə narazı salır? - GİLEY
Azərbaycanda daha bir neçə sığorta şirkəti BAĞLANA BİLƏR
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
"AzSığorta" vətəndaşın haqqına girir... - NARAZILIQ...
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
“Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR
“Günay Sığorta”da yeni TƏYİNAT
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Azərbaycanda 800 milyonluq sığorta bazarı? - “Ödənişlər də artır”
“Atəşgah” sığorta Bakı sakinini aldadıb? - “Pulu alıb, çıxıb gediblər, 7-8 aydır, ev “havadadır”
Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO
“Atəşgah” da dövlətə meydan oxuyur: - Tanınmış sığorta şirkəti Qarabağ əlilini niyə “süründürür?”
Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi
"AzSığorta"nın rəhbər şəxsi vəzifəsindən AZAD EDİLDİ
“Sığorta bazarına güvən yoxdur” – Yüz milyonlarla vəsait toplanan bazar böhrandan niyə çıxa bilmir?
"İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." - GİLEY
Mərkəzi Banka yeni səlahiyyət verildi
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..