Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
10-02-2021, 13:37
68

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Füzuli Suvarma Sistemləri İdarəsi “Sevinc-96” MMC ilə maliyyə dəyəri 29 milyon 933 min 995.74 AZN olan müqavilə imzalayıb.

Gundemxeber.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət “2021-ci il üçün nəzərdə tutulmuş sair torpaq, tikili və avadanlıqların cari təmiri”ni həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxıyevdir.
20 manatlıq şirkətlə 30 milyonluq müqavilə bağlanması şübhələrə səbəb olduğundan internet üzərində “Sevinc-96” MMC ilə bağlı araşdırma apardıq. Bəlli oldu ki, şirkət əsasən suvarma sistemləri idarəsinin tenderlərinin qalibi olur. Eyni zamanda ayrı-ayrı rayonların yerli qurumları da “Sevinc-96”ya tez-tez üz tutur.
Məsələn, ötən il Salyan Rayon İcra Hakimiyyəti sözügedən MMC ilə 1 milyonluq müqavilə imzalayıb. Müqavilədə abadlaşdırma işləri nəzərdə tutulub.

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə


Mətbuatda yayılan məlumatlara görə, “Sevinc 96” MMC əslində iş adamı Qurban Abbasova məxsusdur. İddia edilir ki, “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lər də adıçəkilən iş adamına məxsusdur. Bu şirkətlərin illik dövriyyəsinin 50 milyon manata yaxın olduğu bildirilir. Məlumatlarda həmçinin qeyd edilir ki, bu şirkətlər vergidən yayınır.

Oxşar xəbərlər

Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
BNA 2.8 milyonluq “zapçast” alır
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib
Nazirlik 48 min manata bayraq aldı
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Keşmiş nazir yarım milyonluq tender “uddu”
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT