Könül  Nurullayevanın seçicilərlə  “çarşaflı”  görüşü ...- Xanım deputatın  Ermənistan dövlətinə  “qayğısı“
4-03-2021, 12:42
1 005

Könül Nurullayevanın seçicilərlə “çarşaflı” görüşü ...- Xanım deputatın Ermənistan dövlətinə “qayğısı“

9 fevral 2020-ci ildə  Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində  xeyli sayda  sürpriz deputatlığa namizədlər oldu  və deputat seçildi. 
Bunlardan biri, bəlkə də birincisi  Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat  seçilən Könül Nurullayevadır. 
Təsəvvür edirsiniz, 34 yaşlı cavan, cəmiyyətdə tanınmayan, siyasi təcrübəsi olmayan bir xanım  Milli Məclisə üzv seçilir. 
Əlbəttə, gənclərə etimad göstərmək  lazımdır. Ancaq görəsən gənclər bu etimadı doğrulda biləcəkmi ? 
Könül xanımın deputat kimi “siftəsi”  çox uğursuz və rüsvayçı oldu. 
Məlumdur ki, erməni faşistləri 30 ildir torpaqlarımızı zəbt edib, sərvətimizi talayıb, abidələrimizi dağıdıb, meşələrimizi qırıblar və beynəlxaq hüquq normalarına görə Ermənistan bizə külli miqdarda  təzminat ödəməlidir. Bu barədə hətta ölkə rəhbərliyi dəfələrlə  fikir  bildirib. 
Ancaq Könül xanım deyəsən fil qulağında yatıb. Türkiyə TV kanalına açıqlamasında deyir ki, ermənilər və Ermənistan dövləti çox kasıbdır, ona görə də bizə təzminat verməli deyil. 
İndi özünüz düşünün. Bu ağılın sahibini kim(lər), hansı yolla parlamentdə  otuzdurub. Bu adam sabah hansısa Avropa ölkəsində elə bir siyasi səhvə yol verər ki, altından çıxa bilmərik. 
Məsələ o dərəcədə ciddiləşdi ki, Milli Məclis öz üzvü olan Könül Nurullayevaya töhmət verdi. 
Belə gəncin nəyinə etimad göstəriblər ? 
Düzdür, Könül Nurullayeva Azərbaycan xalqından üzr istədi. Amma kimə lazımdır belə üzr istəmək? Və üstəlik  xanım deputat  az qala dediyi (audio-video var ) sözləri inkar elədi, guya internet bağlantısı zəif olduğu üçün fikrini axıradək ifadə edə bilməyib. Vallah sadəcə ayıbdır. 
Yaxşı, Türkiyə kanalına müsahibə verəndə internet zəif olub. Bəs, imkansız ailənin evinə  ayaqqabı ilə girib utanmadan poz verməyi, özünü reklamı kimin ayağına yazaq ? 
Sənə deməyiblər ki, evə  ayaqqabı ilə girmək olmaz ? 
Yaxşı Nizami rayonunun Keşlə qəsəbəsindəki insanlarla görüşə az qala çarşabda, çadrada getməyinə nə ehtiyac var idi? 
Biz hər insanın geyim-libas azadlığının tərəfindəyik. Amma görüşdən çıxan kimi çarçabını tullamaq nədir ? 
Siz kimi aldadırsınız, Könül Nurullayeva ?

Oxşar xəbərlər

Deputat vəzifəsindən azad edildi
Milli Məclisin müəmmalı deputatı - O, mandatı necə qazanıb?
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Deputat Ramil Həsən bu paylaşımı ilə özünü güldürdü - FOTOFAKT
Paşinyanın parlament fraksiyası dağılır
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı
“Həddindən çox yaralı əsgərimiz var” - Erməni deputat həyəcan təbili çaldı
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
“ Mən demirəm ki, günahım yoxdur” – Paşinyan danışdıqca batır
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
"Rafael Cəbrayılov işi"ndə açar fiqur - Oqtay Əsədovu keçmiş deputata bağlayan biznes
Milli Məclis deputata TÖHMƏT VERDİ
Kəlbəcərə komendant təyin edilib
2021-ci ildə yenidən seçkilər keçiriləcək? - Milli Məclisdə boş qalan yerlər...
ŞOK! Milyonluq biznes planında AÇAR FİQUR İFŞA EDİLDİ-“Şefim OQTAY ƏSƏDOVDUR”
Deputat icra başçılarını tənqid etdi
Deputatdan şəhid ailəsinə qarşı hörmətsizlik... - Bunun başqa adı yoxdur...
Tarix  müəllimi, polis rəisi,  deputatlığa namizəd və  Qobunun icra nümayəndəsi ...-FAİQ KƏRİMOVUN KORRUPSİYA ƏMƏLLƏRİ
Erməni deputat Paşinyanın fraksiyasından istefa verdi
Daha bir kəndin adı dəyişdirilir
Aqil Abbasın etirazına spikerdən dəstək
Xanım deputat yenə qəzəb yaratdı FOTO
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı
Deputat parlamentə Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim etdi
Daha iki deputat koronavirusa yoluxdu
Qardaşı ayı saxlayan, özü obyekt tikdirən deputat: Afət Həsənova hekayəsi…
Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə