Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...-  Əsas olan  DGK-da rüşvət və korrupsiyadır
1-04-2021, 16:24
220

Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...- Əsas olan DGK-da rüşvət və korrupsiyadır

Dövlət Gömrük Komitəsi demək olar ki, yarandığı gündən rüşvət və korrupsiya mənbəyi olub. 
Yəqin  1994-cü ildə Ulu Öndər Heydər Əliyevin müşavirədə DGK-nın o zamankı sədri Tahir Əliyevə dedikləri yaddan çıxmayıb: “ Tahir, deyirlər  orda dövlət rüsumu əvəzinə  rüşvət alırsan, pullar yığırsan...”. Və həmin iclasdan sonra DGK sədri vəzifəsindən qovuldu. 
Bunu nə üçün yada saldıq. DGK-nın rüşvət və korrupsiya mənbəyi olması barədə, təkcə mediada deyil, hətta  dəfələrlə Milli Məclisdə məsələ qaldırılıb və bu qurumun ləğv edilməsi, İqtisadiyyat Nazirliyinə birləşdirilməsi məsələsi vurğulanıb.  
Ancaq çox təəssüf ki, Səfər Mehdiyev  DGK sədri olandan sonra qurumda vəziyyət daha da dözülməz olub. 
Düzdür, bəzi  “aylıq”  alan media  orqanları  az qala Səfər Mehdiyevdən islahatçı-reformator, korrupsiyaya qarşı mübarizə aparan məmur  imici düzəltəməyə çalışırlar. 
Onlar unudur ki, Səfər Mehdiyev  2004-dən 2006-cı ilin fevral ayına qədər DGK  sədrinin müavini, 2006-cı ilin fevral ayından 23 aprel 2018-ci ilədək  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. Və de-fakto işləri o aparıb. Yəni DGK-da rüşvət və korrupsiyanın çiçəklənməsində baş rolda  Səfər Mehdiyev olub. Əlbəttə, Səfər Mehdiyev gedib gömrük postlarında, keçid məntəqələrində oturub pul yığmır. Onun “qara kassa”ları, pul yığanları var. 
Deyirlər ki, belələrindən biri də  Rəşad Babayevdir. (biz demirik, deyirlər(red))

Rəşad Babayevdən söhbət düşmüşkən, onunla bağlı mediada DGK-nın rəsmi açıqlaması var. Açıqlamada qeyd edilir ki, Rəşad  Babayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu deyil və Rəşad Babayev heç vaxt Qərb Ərazi baş Gömrük İdarəsinin rəisi olmayıb. 
Təsəvvür edirsiniz DGK bu məzmunda açıqlama verir və 30-40 sayt bunu tirajlayır. 
Birincisi, Rəşad Babayevin Sahil Babayevin əmisi oğlu olub-olmamasının məsələyə nə dəxli var. Lap tutaq ki,  DGK sədri Səfər Mehdiyevin xalası oğludur. Nəsə dəyişirmi ? Lap Həsənağanın qohumu olsun. 
Söhbət Rəşad Babayevin rüşvətxor və korrupsioner olmasından gedir. 
İkincisi, DGK öz rəsmi açıqlamasında xüsusi olaraq vurğulayır ki, Rəşad Babayev heç vaxt DGK-da rəis olmayıb, həmişə rəis müavini olub. 
Gəlin Rəşad Babayevin tutduğu vəzifələrə baxaq.   
Rəşad  Babayev  Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Sonra  Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Daha sonra daha böyük qurumda Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib. 
Bəli, deyilənə görə Qərb zonasında rəis müavini  işləyərkən Gürcüstan vasitəsilə ölkəmizə gələn vətəndaşların, sahibkarların başına o qədər oyun açıb ki, ölkə başçısına yüzlərlə şikayət məktubları gedib. Avtomobil ehtiyat hissələrinin Azərbaycana gətirilməsi üçün 10000  dollar rüşvət alınıb. Məsələnin qəlizləşdiyini görən, DGK sədri Səfər Mehdiyev təcili “qara kassası”Cənub Ərazi Baş Gömrük İdarəsinə rəis müavini göndərib. 
Bu qədər sadə və bəsit. 
İndi özünüz deyin, Rəşad Babayev  Tovuz Gömrük İdarəsində rəis olmayıb ? Bəs, rəis necə olur ? 
Lap tutaq ki, siz deyən kimi rəis olmayıb. Bununla nəsə dəyişirmi ? Deyirlər ki, bu adam rüşvətxordur. Əsas budur, sənab Səfər Mehdiyev. 
Bu adamın kimin dayısı oğlu, kimin əmisi oğlu, kimin sağdışı-soldışı, yaxud  rəis, yoxsa rəis müavini olmasının cəmiyyət üçün mənası yoxdur, cənab Mehdiyev.

Oxşar xəbərlər

Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
Səfər Mehdiyevin özü getmək istəyir... - İDDİA
Səfər Mehdiyev varidatını xaricə köçürür... - İDDİA
“Hər iki mafiya vaxtilə Ramiz Mehdiyev tərəfindən yaradılıb”
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA
Səfər Mehdiyevin yeni inhisarçı komandası... - DGK sistemi nədən dəyişə bilmir?
BROKER  şefinin  əməlləri-Əbülfəz Məlikov da həbs edilə bilər.....
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Səfər Mehdiyev, sayılı günlər qalıb, hazır ol-700 milyon kəsiri kim ödəyəcək, cənab DGK sədri?-VİDEO
5-ci kalonun gömrükdəki görünməz siması deyilən Səfər Mehdiyev YOLA SALINDI – SON DƏQİQƏ
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
DGK-da 700 milyon manat kəsir aşkarlanıb: General Səfər Mehdiyevin sonu yaxınlaşır
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Şəhid anası dövlətin ayırdığı 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq - İDDİA
"Səfər Mehdiyev niyə orduya yardım etmədi?" - ETİRAZ
Prezident Tahir Budaqova yeni VƏZİFƏ VERDİ
“2021-ci ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək” - Vüsal Qasımlı
Gömrük Komitəsində 700 milyon manat kəsir aşkarlandı: Yoxlama başladı...
Cəlilabadda Heydər Əliyevin fotosunun yerinə mebel reklamı vurdular-RƏZALƏT…
Səfər Mehdiyev SƏFƏRBƏRLİKDƏN KƏNARDA... - Bizdən biri deyilmiş...
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Səfər Mehdiyev də bacarmadı, köhnə niyyətə QAYIDIŞ... - İLGİNC MƏQAM
Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM