18  il  icra başçısı işləyən  Şahin Məmmədov hansı  “təriqət”in  üzvüdür ?- Ağcabədidə  5  diplomat pul təklif olunan  icra başçısı...
5-04-2021, 14:33
260

18 il icra başçısı işləyən Şahin Məmmədov hansı “təriqət”in üzvüdür ?- Ağcabədidə 5 diplomat pul təklif olunan icra başçısı...

Yazının başlığından da görünür ki, söhbət 15 il sərasər Ağcabədinin icra başçısı işləmiş  Şahin Məmmədovdan gedir. 
İndi Şahin Məmmədovun mübarək avtobioqrafiyasına nəzər salaq: 
1975–1983-cü illərdə "Azelektromontaj" idarəsində müxtəlif vəzifələrdə işləyib.
Şahin Məmmədov, sən 1975-83-cü illərdə  nəinki ali məktəb, heç  texnikum, hətta peşə məktəbini bitirməmişdin. Bəs belə olan halda sən hansı vəzifələrdə işləyə bilərdin ? 
Sən  1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmisənsə,  1983-cü ildə necə Bərdə LKGİ-də ikinci katib işləmisən ? 
Yəni  bu adamın tərcümeyi-halı  suallarla doludur, özü bu suallara aydınlıq gətirməlidir. 
Sonra Şahin Məmmədov  1996–2000-ci illərdə Bərdədə Əmanət Bankda şöbə  müdiri, 2000–2004-cü illərdə isə Universal Bankın Bərdə rayon filialının müdiri olmuşdur.
Yəni köhnə bankirdir. 
Şahin Məmmədov  2004-cü ildə Samuxun, 2005-ci ildə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Şahin Məmmədovla bağlı  Prezidentə  ünvanlanan bir şikayət diqqətimizi cəlb etdi.
Həmin məktubda deyilir: “Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub. Başçı deyib ki, ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etməyib. Belə görünür ki, pulu veriblər. Ona görə Şahin Məmmədov 12 min hektar torpağı satmaq istəyir”. 
Görəsən Prezidentə ünvanlanmış bu şikayət məktubu niyə araşdırılmayıb ? 
Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, şikayət məktublarının çoxunu məndən gizlədiblər, mən sonra bu barədə mətbuatdan xəbər tutmuşam. 
Bəli, Şahin Məmmədovun PA-dakı dostları uzun illər şikayət məktublarını ölkə başçısından  gizlədiblər. 
Şahin Məmmədov uzun illər  prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib. 
Şahin Məmmədov  tender yolu ilə külli miqdarda vəsaitə saxta sənədlər tərtib edərək  həzm-rabedən keçirib.  
Şahin Məmmədov onun barəsində şikayət edən vətəndaşları polis vasitəsilə izlədib, sahibkarları məhkəmə vasitəsilə cəzalandırıb. 
Bu gün Şahin Məmmədovun biznesinin sərhədləri  Batumi, Dubay, Almaniyaya qədər uzanır. 
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında  villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və  obyektləri vardır. 
Şahin Məmmədov  neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb. 
Saymaqla bitən, qurtaran deyil. 
Bəs onda haqlı sual doğur: bütün bunları neçə illərdir hüquq-mühafizə orqanları niyə araşdırmır ?
Amma  cəmiyyət əsas diqqəti Şahin Məmmədovun  keçmişinə, təriqət söhbətinə “fokuslamalıdır”. 
Şahin Məmmədovun ən çox qorxduğu “Axilles dabanı” budur...
Qalanı detallardır.

Oxşar xəbərlər

Keçmiş icra başçısı dünyasını dəyişdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Azərbaycanda icra başçısının 250 min pulu oğurlandı
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
“Yolçu”   Şahin İbadovun  əmlakının siyahısı- Cəmiyyətimizin “qızıl  asfalt”  əfsanəsi
"Atanın ağlı olaydı, ölməyəydi” – Tərtərin başçısı şəhidin qazi oğlunun torpağını əlindən alır
AzTU-nun professoru vəfat edib
İcra başçısı özünə birinci müavin təyin etdi
Şahin Mustafayev NİYƏ HƏLƏ DƏ GÖRƏVDƏDİR... - İLGİNC İDDİA
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
“Yeni silsiləvi viruslara hazır olmalıyıq” - Türkiyəli professor
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurdu
Ərdoğan Şahin Mustafayevi qəbul edib
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Azərbaycanda daha bir həkim koronavirusundan öldü - FOTO
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Yeni mədəniyyət naziri kimdir? - DOSYE