Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
7-04-2021, 13:43
373

Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...

Rayon qəzetində korrektor kimi fəaliyyətə başlayan gənc Rafil Hüseynov yatsa yuxusuna da girə bilməzdi ki, nə vaxtsa icra başçısı olacaq. 
Bəli, Rafil Hüseynovun keçmişini  bir kənara qoyub, onun icra başçısı olduqdan sonrakı əməllərinə nəzər salaq. 
2012-ci ildə  Rafil Hüseynov Masallıya icra başçısı təyin olundu. Həmin gündən Masallı camaatının qara günləri başladı.
Rafil Hüseynov Masallıda qədim, 2500 illik qəbristanlığı  sökdürüb yerində obyekt tikdirməklə  gündəmə gəlib. Təsəvvür edirsiniz, mədəniyyət abidəsi kimi qorunan  sahəni buldozerə vermək istəyən Rafil Hüseynovdan nələr gözləmək olar. Yaxşı ki, rayon sakinlərinin, jurnalistlərin ciddi etirazından sonra proses dayandı. 
Jurnalist demişkən, Rafil Hüseynov Masallıda həm də jurnalistləri hədələməklə, onları məhkəməyə verib 5000 manat təzminat tələb etməklə yadda qalıb. Özü də hansı iddia ilə : 
“İcra başçısının  işgüzar mənafeyinə mənfi təsir”  göstərdiyini əsas gətirərək  xüsusi ittiham qaydasında ...
Bu adam Allah qoymasa  3 ali təhsil alıb, Prezident Administrasiyasında  baş məsləhətçi olub, amma  başa düşmür ki, hüquqi şəxs olaraq onun belə bir iddia qaldırmaq səlahiyyəti yoxdur.
Əlbəttə, Rafil Hüseynovun məqsədi onun fəaliyyəti ilə bağlı tənqid yazanları susdurmaqdır. 
Bu gün də Masallıda Rafil Hüseynovun kifayət qədər kommersiya obyektləri var.  Rafil  Hüseynov Masallıda ''torpaqsatan'' kimi ad çıxarıb
Bircə fakta nəzər salaq. Masallı sakini bildirir ki, 1998-ci ildə kommersiya məqsədilə rayon İcra Hakimiyyətindən aldıqları ərazidə yarımçıq qalmış obyekti tikib başa çatdırmaq və ölkə başçısının məlum tapşırığından sonra sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyiblər. Ancaq Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov onlara əngəl yaradıb. Belə ki, İcra Hakimiyyətinin Baş memarı Abbas Mikayılov onunla görüşərək 10 000 manat pul tələb edib. Bu pulun isə Rafil Hüseynova çatacağını bildirib. Qadın sahibkar  məbləği verməkdən imtina etdiyi üçün icra başçısının göstərişi ilə təzyiqə məruz qalıb, döyülüb. 
İndi özünüz fikirləşin  qadını döydürən icra başçısından hansı yaxşı əməli gözləmək olar ? 
Bu Masallıda baş verən çoxsaylı faktlardan biridir. 
Bunlar Rafil  Hüseynovun Masallıda törətdiyi əməllərdir.
Məlumdur ki, Rafil Hüseynovun polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin  gecə barlarında, bahalı gecə klublarında şəkilləri yayılandan və vətəndaşa qarşı hörmətsiz hərəkət edib onu şalvarsız vəziyyətdə aparandan sonra  vəziyyət dəyişdi. Və icra başçısı PA çağırılaraq ciddi tənbeh olundu. Oğlu Şəhriyar isə nazir tərəfindən vəzifəsindən azad edildi.  
Cəmiyyət də haqlı olaraq soruşdu ki, oğlunu tərbiyə edə bilməyən adam rayonu necə idarə edə bilər. 
Bütün bunlar Rafil Hüseynovun Masallıda icra başçısı olduğu dövrə aiddir. 
Növbəti yazımızda Rafil Hüseynovun Ağcabədidəki əməllərindən bəhs edəcəyik. Ağcabədinin yanında Masallı toya getməlidir. 
Bizi izləyin.






Oxşar xəbərlər

Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...
Nəsimi Rayon İcra Hakimiyyətində yeni şöbə müdiri TƏYİN EDİLİB
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
İcra başçısı məhkəməyə verildi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Həbs təhlükəsi olan İcra başçıları quda oldular
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Saatlıya təyin olunan icra başçısı kimdir?
13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİ
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmələrə necə təsir edir? - GİLEY
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB