Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş  nazir niyə həbs olunmur ?
8-04-2021, 17:30
387

Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş nazir niyə həbs olunmur ?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun  həbsi bir çox nazirləri ciddi qorxuya salıb.
Onlardan biri də Səlim Müslümovun ən yaxın dostu Heydər Əsədovdur. 
Sovet Ticarət Texnikumunu bitirən bu adam hər şeyə “tacir-tüccar”  kimi yanaşır. 
Uzun müddət maliyyə nazirinin müavini, sonra Hesablama Palatasının sədri, daha sonra Kənd Təsərrüfatı naziri və hazırda Dövlət Dəniz Akademiyasının rektoru işləyən Heydər Əsədovun əməlləri heç də dostu Səlim Müslümovun əməllərindən az deyil, əslində daha çoxdur. 
İlk sualımız budur ki, köhnə ticarətçi, sonradan  mühasib olan Heydər Əsədovun  Dəniz Akademiyasına nə aidiyyəti ola bilər ?  
Heydər Əsədov uzun müddət Hesablama Palatasının sədri olub. Hesablama Palatası bütün dövlət qurumlarını yoxlayır, dövlət vəsaitinin düzgün xərclənməsini araşdırır və nəticəni birbaşa Baş prokurorluğa göndərir. 
Bəs onda ortaya suallar çıxır. Hazırda nazirlər, icra başçıları və digər qurumların rəhbərləri məhz külli miqdarda yeyintiyə görə həbs olunurlar. Bəs, görəsən, Heydər Əsədov neçə ildə hara baxırmış ? 
Əlbəttə, Heydər Əsədov həmin məmurlarla şərik idi. 
Sonra Heydər Əsədov Kənd Təsərrüfatı naziri oldu. Axı, bu adamın aqrar sahəyə heç bir dəxli yoxdur. Bu bilirsiniz nəyə oxşayır ? Zootexniki Metropolitenə rəis qoymağa. 
Heydər Əsədov nazir  olduğu dönəmdə aqrar sahəyə, sahibkarlara, fermerlərə ayrılan milyonlarla dövlət vəsaitini talayıb. 
Konkret olaraq  subsidiyalarla bağlı məsələ bu gün də araşdırılsa, Heydər Əsədovu həbs gözləyir.
Hətta müşavirədəki  çıxışında cənab Prezident İlham Əliyev məhz  subsidiyalar məsələsini dönə-dönə vurğulamışdı. 
Heydər Əsədovun oğlunun Londonda milyonluq mülkləri, bahalı avtomobilləri və üstəlik vətəndaşlığı. 
Bunları cavan oğlan nə ilə əldə edib ? Əlbəttə, Heydər Əsədovun korrupsiyadan qazandığı milyonlarla. 
Bəs onda Heydər Əsədov niyə həbs olunmur ? 
Niyə, Heydər Əsədova və onun qudası keçmiş nəqliyyat naziri Ziya Məmmədova qarşı cinayət işi açılmır ? 
Yəqin ki, yaxın zamanda  bu suallara cavab tapılacaq.

Oxşar xəbərlər

Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
Sabiq məmurlar haqda şok ittihamlar... - Onlar niyə azadlıqda qaldı?..
Səlim Müslümovun həbs xəbəri yayıldı
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümov haqda ilginc iddialar - Sən demə...
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi
Keçmiş nazirin “sağ əli” də həbs olundu
Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı (Foto)
Səlim Müslümovun "sağ əli" kimi tanınan Əjdər Ol da saxlanıldı
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - İLGİNC İDDİALAR...
Həbs sırası ona da çatdı
Növbə sabiq məmurlara çatdı - Səlim Müslümovun həbsi son deyil
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
“Heydər Əsədov Səlim Müslümovun əməllərini təkrarlayırdı” – sabiq nazir
AMEA-da yoxlamalar zamanı cinayət tərkibli əlamətlər aşkarlandı
Deputat icra başçılarını tənqid etdi
Səlim Müslümovun naziri olmuş şəxsdən sensasion açıqlamalar
Keçmiş naziri Səlim Müslümovdan danışdı: “Dəfələrlə “dur” demişəm”
Səlim Müslümov bu vəzifəsindən AZAD OLUNDU
Hesablama Palatasında yüksək vəzifələrə namizədlər AÇIQLANDI
Azərbaycanda 4 yüksək vəzifəli şəxs eyni anda istefa verdi
Səlim Müslümovun əsas “əsabəsi” də istintaqa çağırılıb – Fuad Əlizadənin vazkeçilməzliyi