Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
9-04-2021, 13:50
576

Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv etdirmək istəyir- Şəhidin həyat yoldaşı dövlət qurumlarından kömək istəyir

 Ötən yazımızda  Rafil Hüseynovun Masallıda icra başçısı olarkən etdiyi əməllərdən, maxinasiyalardan, qadın sahibkardan 10 min manat pul tələb etməsindən, vermədiyi üçün onu döydürməsindən, qədim qəbristanlıq yerində obyekt tikdirməsindən, tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsindən, polis işçisi olan oğlu Şəhriyar Hüseynzadənin barlarda, gecə klublarında çıxdığı əməllərdən bəhs etmişdik. 
Bugünkü yazımızda  isə  Rafil Hüseynovun Ağcabədinin icra başçısı kimi fəaliyyətinə nəzər  salacağıq. 
Öncə onu qeyd edək ki, Hesablama Palatası Masallıda apardığı yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərcləndiyini ortaya çıxarmışdı. Bu pullarla Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də özü üçün xüsusi istirahət mərkəzi tikdirib. 
Ağcabədidə isə Rafil Hüseynov  100 hektarlarla  münbit torpaqları ələ keçirib, özünün heyvandarlıq fermaları var. 
Əlbəttə, sadaladıqlarımız  əməllər  digər icra başçılarının çoxuna  aiddir. 
Amma elə əməllər var ki, onu heç cür bağışlamaq olmur. Bu əməli məhz Rafil  Hüseynov törədə bilər. 
Təsəvvür edirsiniz Ağcabədinin icra başçısı Rafil Hüseynov birinci Qarabağ müharibəsində  şəhid olmuş  Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir. 
Görəsən icra başçısının məqsədi nədir ?
Şəhid  ailəsi icra başçısına müraciət edərək torpaq sahəsi tələb edir. Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı  Rafil Hüseynov  imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib. Təsəvvür edirsiniz ? 
Sənin oğlun barlarda, gecə klublarında kef edir, amma ləyaqətli kişilərin oğlu Qarabağda şəhid olur, cənab icra başçısı. 
Normal cəmiyyətdə sənin bu hərəkətinə görə, səni daş-qalaq edərdilər..
Sən kimsən şəhidin statusunu ləğv edəsən ? 
Rafil Hüseynov hətta utanmadan-qızarmadan dövlət qurumlarına, Müdafiə Nazirliyinin  Arxiv İdarəsinə və haralara müraciət etmir..?  
Bu şəhid ruhuna təhqirdir, Rafil Hüseynov. 
Şəhidin həyat yoldaşı dövlət başçısına, baş prokurora müraciət edir ki, icra başçısının  bu təhqiramiz hərəkətlərinə  son qoyun. 
Sənin bu hərəkətin bir ailəyə qarşı deyil, xalqımıza  qarşı təhqirdir, Rafil Hüseynov. Bunun cavabını bir gün verəcəksən.


Oxşar xəbərlər

Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
Gəncədə icra başçısı ittiham olunur - GİLEY
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Deputat icra başçılarını tənqid etdi
Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...
Rəmişin ölüm xəbəri yayıldı, həyat yoldaşı təkzib etdi
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Ucar camaatı  Mənsur Məmmədovu  şamla axtarır- İcra başçısını HƏBSƏ APARAN YOL...
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
Saatlıya təyin olunan icra başçısı kimdir?