Əvvəli müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalov-  Allah göydən baxmır, Camalov, hər yerdən  görür
20-04-2021, 17:03
1 167

Əvvəli müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalov- Allah göydən baxmır, Camalov, hər yerdən görür

Vallah bu icra başçılarının, ümumiyyətlə, iri məmurların tərcümeyi-halları komediya mövzusudur. 
Bu yazımızda hazırda Zərdabın, bundan əvvəl isə Şirvan şəhərinin icra başçısı olan Mərdan Camalovun ömür yoluna nəzər salaq. 
Mərdan Camalov  1978-ci ildə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib  və həmən ildə təyinat üzrə  Sabirabad rayonu  Ağacanlı kənd məktəbində müəllim işləyib. 3  ildən sonra Mərdan Camalov gecə yuxuda nə görübsə, məktəbdən çıxıb və Əli Bayramlı şəhər ( indiki Şirvan ) dəri zavodunda çilingər işə düzəlib. 
Vallah, bu normal ağıla, məntiqə sığmır e. Ali təhsilli müəllim necə oldu ki, gedib çilingər işinə düzəldi, özü də dəri zavodunda. Sonra yenə ixtisasını dəyişib və çilindər peşəsindən dönüb olub Əli Bayramlı istehlak cəmiyyətinin sədri. Çilingər hara, istehlak cəmiyyəti hara, özü də birbaşa sədr ee…
Sonra Mərdan Camalov qəfldən “pavarot” eləyib və olub Qaz idarəsinin müdiri və…sonda olub Şirvan şəhərinin icra başçısı. 
Bax, özünüz də gördünüz ki, bu adamın həyat yolu, fəaliyyəti məntiqə sığmır. Müəlimlikdən, çilingərliyə, sonra qaza, sonra ticarətə, sonra ..
Deməli, Şirvan şəhərinə icra başçısı təyin olunan  kimi rayon ərazisində olan 3 min metr qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə  hamı məşğul olub, amma Mərdan müəllimin heç tükü də tərpənməyib. Hətta Azəriqaz da heç nə edə bilməyib. 
Təsəvvür edirsiniz, adam rayon ərazisindəki 3 min metr qaz turbalarını kəsdirib satdırıb. 
Bunu ağlı başında olan adam edə bilməz. 
Amma bu ağılın sahibi düz 14 il Şirvan şəhərinə rəhbərlik edib. Rayondakı bütün idarələrdən hər ay  “töycü” yığan Mərdan Camalov az vaxtda milyonçuya çevrilib.
Əlbəttə, Mərdan Camalovun açıq-aşkar belə meydan sulamasına səbəb, qardaşı, mərhum Yavər Camalovun Müdafiə Sənayesi naziri  olması idi. 

İndi də Yavər  Camalovun  yeznələrinə  məxsus  Montenapaleonebaku  restoranında Mərdan Camalovun oğlanları kef məclisləri qurur və 44 günlük müharibə zamanı bu kef məclisləri sosial şəbəkələrdə böyük REZONANS doğurmuşdu.
Mərdan Camalov  ayda aldığı rüşvətin  miqdarını müəyyən etmək üçün birbaşa  rayondakı xəstəxanaya gedib  xəstələri sayırmış və vururmuş konkret rəqəmə və aylığı hesablayırmış. 
Belə bir rüsvayçı adam  rayona necə rəhbərlik edə bilər ? 
İndi isə Mərdan Camalovun  Zərdabdakı fəaliyyətinə nəzər salaq. 
Mərdan Camalov abadlıq, yol tikintisi adı altında öz qohumlarını adına açılan şirkətlər vasitəsilə dövlətin milyonlarını mənimsəyir. Hətta o qədər həddini aşıb ki, rayon ərazisində faəliyyət göstərən müxtəlif nazirliklərin rəhbərlərinə deyir ki, mənimlə hesablaşmalısınız, öz nazirinizlə yox. 
Bərəkallah, Camalov. 
Hələ bu harasıdır e..
Deməli, 44 günlük Qarabağ savaşında ordumuza kömək edən, maddi dəstək olan yerli sahibkarlara deyib ki, mənə də pul verməlisiniz, orduya kömək edirsinizsə, deməli imkanınız var…
Daha yazmağa, deməyə adam söz tapmır.
Amma, Mərdan  Camalovun sonuncu açıqlaması və saytlara qəzəbinə fikir verin: “ Bunlar pis işlərə sevinirlər. Allah göydən baxır, Allah başınıza gətirsin”. 
Camalov, Allah göydən baxmır, uca Allah hər yerdən baxır. Həm də ordumuza dəstək olanlardan pul istəmək, qaz turbalarını kəsib satmaq və s yaxşı işdirmi ? Bunları edən sənsən ee, jurnalistlər yox. 
Darıxma, Mərdan Camalov , Allah səni də dostlarının yanına göndərəcək.

Oxşar xəbərlər

Zərdabda başçının qəbuluna niyə gedən olmur? - NARAZILIQ...
"Mərdan Camalov Zərdabdan qaçıb?" - Sakinlər onu axtarır...
Mərdan Camalov müharibə şəraitində də pul qazanır... - Zərdabda hələ də Mehdiyev ab-havası hökm sürür...
"Torpaq sahəsini Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar" - Şəhid atasından ŞİKAYƏT
Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Mərdan Camalov üçün sakinlərin dərdi dərd deyil... - GİLEY
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Baksol yolunda yerləşən ’’Hafizin aqlay sexi’’ vergidən necə yayınır?-SEX ATMM-nin rəisi Mərdan Əliyevin HİMAYƏSİNDƏDİR?
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Əməkdar müəllim vəfat edti - FOTO
Tarix  müəllimi, polis rəisi,  deputatlığa namizəd və  Qobunun icra nümayəndəsi ...-FAİQ KƏRİMOVUN KORRUPSİYA ƏMƏLLƏRİ
Azərbaycanın daha bir professoru vəfat etdi - FOTO
Altıağacda mağazadan oğurluq edildi
Kafedra müdiri koronavirusdan vəfat edib
İcra başçısına xanım müavin təyin olundu - FOTO
”Avromed”in sahibi, DEPUTAT Cavanşir Feyziyevin MASKA MANAPOLİYASI-Tərcüməçi, dərman taciri, deputat, filosof...
“Aylardır müraciət etmədiyim təşkilat qalmayıb” - NARAZILIQ!
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Qubadlı uğrunda şəhid olan müəllim
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO