DGK  sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF  direktorunun əlvan metal biznesi
21-04-2021, 15:53
228

DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi

Mövzuya qısa giriş üçün qeyd edək ki, ATEF şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən  mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib. 
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur. 
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. 
Oxucuda şirkətlə bağlı aydın təsəvvür yaratmaq üçün bunları qeyd edirik. 
Şirkət özəl olsa da dövlət tərəfindən  ATEF-ə milyonlarla vəsait ayrılıb. 
Bəs ATEF-in direktoru, əslində şirkətlər qrupunun Müşahidə Şurasını sədri  Talıb Əlixanbəyov nə edir ?
Yuxarıda zavodların siyahısını, istifadə olunan metalların, əlvan metalların kütləsini qeyd etməyə ehtiyac görmədik. 
Şirkətin zavodlarının istehsal prosesində min tonlarla əlvan metal yaranır. 
Kimin şübhəsi varsa, buyurub şirkətin zavodlarına gedə bilər. 
Bəli, Dövlət Gömrük Komitəsinin  sədri Səfər  Mehdiyevin  dostu olan Talıb  Əlixanbəyov həmin əlvan metalları  hazır məhsul adı ilə xaricə ixrac edir. Yəni həmin metallar xammal kimi deyil, DGK-da  hazır məhsul kimi sənədləşdirilir. Və arada yaranan külli miqdarda pul ATEF-lə DGK arasında bölüşdürülür. Qazanan Səfər Mehdiyev və Talıb Əlixanbəyov, itirən isə Azərbaycan dövlətinin büdcəsi olur. 
Digər bir vacib məsələni də qeyd edək. 
Deməli, ölkə başçısının birbaşa göstərişi ilə ölkədən valyuta axınının qarşısını almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ATEF Şirkətlər Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətini ciddi  çəkildə yoxlayıb. Və məlum olub ki, şirkət böyük məbləğdə  valyutanı ölkədən çıxarıb. Yəni avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində  ölkəyə heç nə idxal olunmayıb. Bu maxinasiyalar ATEF-də hər zaman olub. 
Şirkətdə daha  bir ciddi qanunsuzluq baş verir. 
İşçilərlə əmək müqaviləsi bağlanılmır, ya da iş müddəti az göstərilir, ancaq işçilər daha çox işlədilir. İşçilərə məzuniyyət pulu verilmir, əmək hüquqları kobud şəkildə pozulur. 
Bütün bunlar azmış kimi, indi də bəlli olub ki, ATEF-in şefi Talıb Əlixanbəyova  37 min avro atıblar. 
Bir sözlə,  o boyda zavodların işlədiyi şirkətlər qrupunda qanunsuzluqlar baş alıb  gedir. Görəsən, hüquq-mühafizə orqanları, İqtisadiyyat Nazirliyi, Vergilər Xidməti hara baxır ? 
İndi də İşğaldan azad olunmuş Qarabağın ərazisinin transfarmatorla təmin olunması “ATEF”ə həvalə olunub. Həə, işlər düzəldi. 
Şirkətlə bağlı araşdırmamız  davam edir.

Oxşar xəbərlər

İlqar Qurbanov vəzifəsindən azad edildi
“ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır - NARAZILIQ!
Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Gəncə Alüminiüm zavodu iflas olub? - QALMAQAL
Mədət Quliyev onu vəzifəsindən azad etdi
Şirkət direktoru vəzifəsindən azad edildi
Sabiq nazirin şirkəti 1 milyonluq tenderin qalibi oldu
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu
Məşhur iş adamı “Azərişıq”ı MƏHKƏMƏYƏ VERDİ
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər BAĞLANIR
Qaradağ sement zavodunun direktoru ilə bağlı İLGİNC İDDİA - Frederikin kef məclisi
Biznesmen deputatın oğlu şirkəti adını dəyişdi
Balababa Rzayevin işıq biznesi…-  “Qoy işığı söndürüm..”  Rzayevin həyat prinsipidir
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
İSTEFA-ya gedirsənmi, cənab Səfər Mehdiyev ?- Getməsən, İSTEFA-ya deyil, səni başqa yerə göndərəcəklər
"Toyota" zavodlarını bağlayır - SƏBƏB
“Biz torpaqlarımızı ala-ala irəlilədikcə, düşmən təşvişə düşürdü” - Video
Çindən Rusiyaya ixrac edilən quş ətində koronavirus tapıldı
Qubanın “asfaltyeyən”  başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu-  Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi
Azərsu-da dəhşətli faktlar
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ