Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
27-04-2021, 18:00
1 125

Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...- Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...

Xətai  Rayon İcra Hakimiyyətnin başçısı Rafiq Quliyev haqqında xeyli vaxtdır mediada ancaq mənfi informasiyalar yayılır. 
Birincisi, ondan başlayaq ki, icra başçısının tərcümeyi-halında qeyd edilir ki, o, 1992-ci ildə Ağdərədə döyüşüb, Qarabağ veteranıdır. 
Çox gözəl. Olsun. Amma Qarabağ veteranı olmaq o demək deyil ki, sən insanların hüquqlarını pozmalısan, rüşvət almalısan, paytaxt Bakıda fermer təsərrüfatı saxlamalısan. 
Bəli, məhz fermer təsərrüfatı. İcra başçısının Bakıda qoyun saxlamağından, dana bəsləməyindən o qədər yazırlar ki…
Həqiqətən də, görünür icra başçısı başa düşmür ki, bura kənd deyil e, şəhərdir, həm də dövlətin paytaxtı olan Bakı şəhəri.
Bura qoyun saxlamaq, dana otarmaq yeri deyil, cənab icra başçısı. 
Uzun illər rayonun keçmiş icra başçısı Razim Məmmədovun “əlindən su içən”  Rafiq Quliyev gənclik illərindən Xətai icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 1-ci müavin olanda artıq oliqarx kimi tanınırdı. 
Bir gün Razim Məmmədova  Rafiq Quliyevin rayondakı biznesi ilə bağlı xəbər verəndə inanmayıb. 
Və sonda obyektləri gəzib  hər şeyi  öz gözü ilə görən, Razim Məmmədov dəhşətə gəlib ki, bu “uşaq”  onun yanında nələr qaynatmayıb. Və həmin gün Razim Məmmədov Rafiq Quliyevi kabinetindən qovub. Amma artıq gec idi, Rafiq Quliyev məsələni həll etmişdi. 
Rafiq Quliyev rayona icra başçısı təyin olunan  kimi  ilk növbədə 5-6 avtoyuma məntəqəsi, çay evləri açdı, ağacları qıraraq yerində obyektlər  tikdi, yol qırağındakı meşəlikləri məhv etdi. 
Hətta sakinlər Rafiq Quliyevin çay evlərində baş verənlər, gecələr olan səs-küylər, içkili qadın səsləri, dava-dalaş barədə haralara yazmadılar. Rafiq Quliyevin qohumu Afət xanım barədə də çox yazdılar. Amma nəticə olmadı. 
Rafiq Quliyevin rayondakı qoçusu İntiqam barədə də mediada çox yazılıb. 
Son vaxtlar Rafiq  Quliyev Əhmədli ərazisindəki yaşıllıqları məhv edərək kafe-restoran tikdirir. 
Bu işdə ona dəstək olanlardan biri də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevdir. Ramin Abdullayev hər dəfə icra başçısı Rafiq Quliyevin tikinti ilə bağlı məktublarına  “Məqsədə uyğundur “ dərkənarını qoyub, cavabını yazır. 
Bu adam başa düşmür ki, az qala 100 yaşı olan şam ağaclarını kəsmək, yaşıllıqları doğramaq və yerində Rafiq Quliyevə çay evi tikmək cinayətdir.  
Ramin Abdullayev  konkret olaraq Ulu Öndər Heydər Əliyevin və onun Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətinin  əleyhinə gedir. 
Sonda onu qeyd edək ki, bu yazdıqlarımız Xətai rayon icra hakimiyyətində baş verənlərin və Ramin Abdullayevin əməllərinin cüzi bir hissəsidir. 
Ümid edirik ki, Baş prokuror  yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hər iki qurumla bağlı ciddi yoxlamalara başlayacaq.

Oxşar xəbərlər

Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Şəmkirdə əməliyyat: icra başçısı saxlanıldı
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısından yeni təyinat
İcra başçısının həbs müddəti artırılır
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
İcra başçısına yeni müavin təyin edildi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
İcra başçısı onu özünə birinci müavin təyin etdi
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video