Həbs olunan icra başçısı Ceyhun Cəfərov  “ziyanın bir hissəsini ödəyib”  azadlığa çıxmaq istəyir ?-   Deyəsən yeznə-qayın,  Vidadi Zeynalov-Ceyhun Cəfərov və Əli Abbasov Avropaya səyahətə gedəcəklər...
28-04-2021, 16:55
976

Həbs olunan icra başçısı Ceyhun Cəfərov “ziyanın bir hissəsini ödəyib” azadlığa çıxmaq istəyir ?- Deyəsən yeznə-qayın, Vidadi Zeynalov-Ceyhun Cəfərov və Əli Abbasov Avropaya səyahətə gedəcəklər...

Ramiz Mehdiyevin məsləhətçisi Əli Abbasovun  yolunu isə həbsxanada gözləyirlər   


Bir neçə gün öncə mətbuatda rəsmi xəbər yayıldı ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərovla bağlı cinayət işinin istintaqı  zamanı VURULMUŞ MADDİ ZİYANIN BİR HİSSƏSİNİN  ÖDƏNİLMƏSİ  TƏMİN  EDİLİB. 
Məsələyə məhz bundan başlamaq istəyirik.
Cənablar, söhbət avtobusda cibə girəndən, qonşunun toyuğunu oğurlayandan, at oğrusundan, it oğrusundan getmir e, yüksək rütbəli dövlət məmurundan, 100 minlik rayonun rəhbərindən gedir. Həm də rayon rəhbərliyinin mütəşəkkil şəkildə korrupsiya əməllərindən gedir. Başa düşürsünüz ? 
Bu adam qatı cinayətkardır. 
Necə yəni dəyən ziyan ödənib ? 
Həm də bir hissəsi...
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq materiallarından göründüyü kimi...
Rayonun başçısı Ceyhun Cəfərov  birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil  və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
Biz hələ Yaşıllaşdırmanın müdirini, rayondakı Mərkəzi Xəstəxananın direktorunu, rayon Təhsil şöbəsinin müdirini və digərlərini demirik ee. 
Bunların hamısını cinayətə qoşan Ceyhun Cəfərov olub. Yəni söhbət mütəşəkkil cinayətkar dəstədən- BANDA-dan gedir. 
Bütün bunlar ortada olduğu halda  Ceyhun Cəfərov dəyən ziyanı qismən ödəyib azadlığa çıxmaq istəyir həə..??
Sonra da getsin Çexiyada kef eləsin. 
 Bəli, Ceyhun Cəfərovun  yeznəsi Vidadi Zeynalovla Çexiyada ortaq biznesləri var. 
Söhbət  Rabitə Nazirliyinin həbs edilən və sonra azadlığa çıxan  Aparat rəhbəri Vidadi Zeynalovdan gedir. 
Bu iki yeznə-qayın  Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi  yaradıblar, Çexiyada məşhur istirahət mərkəzi Karlovı Varıda torpaq sahələri, villaları var. Həmin biznesi  Ceyhun Cəfərovun qohumu idarə edir. 
Bundan əlavə  Vidadi Zeynalovun paytaxtın Nəsimi rayonunda 400 kvadrat metrlik böyük bir obyekti var kirayə verilib, paytaxtda 30-a yaxın lüks mənzilləri, Nabranda torpaq sahəsi və daha nələr. 
İndi deyirsiniz  dövlətə yüz milyonlarla ziyan vuran bu bandit dəstəsi  dəymiş ziyan adı altında qəpik-quruş,  dilənçi payı ödəyib azadlığa çıxmalı və Avropanın göbəyində kef eləməlidilər?
Eyni cinayətkar dəstənin  başçısı – “qlavarı”, keçmiş nazir Əli Abbasov hazırda AMEA-da Ramiz Mehdiyevə məsləhət verir, müşavirlik edir.
Cinayətkar dəstənin başçısı nə məsləhət verə bilər, onun elmə nə faydası ola bilər ? 
Təsəvvür edirsiniz, sabiq nazir Əli Abbasov hər ay ən azı  400 min dollar paket alıb. 
Bu adam necə azadlıqda ola bilər ? 
Bəs Əli Abbasov nə vaxt dövlətə vurduğu ziyanı ödəyəcək ? 
Bizə  elə gəlir ki, Əli Abbasovun həbsinə ciddi ehtiyac var.

Oxşar xəbərlər

Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyuldu
İcra başçısının həbs müddəti artırılır
Ceyhun Cəfərov məhkəməyə gətirildi
İcra başçısı həbs edilən rayonda bu məmurlara da cinayət işi açıldı
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Sabiq icra başçısı məhkəmədə cavab verəcək - Tarix
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri - Video
Əhmədzadənin işçisi Zakir Quliyevin AİLƏ BİZNESİ... - İDDİA
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Prezident Kürdəmirin icra başçısını vəzifədən uzaqlaşdırdı