Rayonda binalar tikən  Nərimanov ESTATE MMC  özünü jandarm kimi aparır- “Premium Resedence”nin şərikləri Toğrul, İbrahim kimdir ?
28-04-2021, 17:08
613

Rayonda binalar tikən Nərimanov ESTATE MMC özünü jandarm kimi aparır- “Premium Resedence”nin şərikləri Toğrul, İbrahim kimdir ?

Böyük pullar özü ilə bərabər böyük problemlər, hətta fəlakət gətirir. 
Əslində  böyük pullar quruculuğa, abadlığa sərf olunanda  cəmiyyət də razı qalır. 
Amma böyük pul sahibi olan məmurlar vətəndaşları incidəndə, onların hüquqlarını pozanda, mülkiyyətlərini qəsb edəndə cəmiyyətdə  ciddi etiraz yaranır. 
Bəli, bu gün bir çox  məmurlar ( həm indiki, həm də sabiq ) birləşərək xalqdan oğurladıqları milyonları  biznesə yatırır, qaz vurub qazan doldurmaq istəyirlər. Bu məqsədlə vətəndaşları illərlə sahib olduğu mülkdən məhrum edir, vətəndaşın obyektini buldozerə verir, “get hara əlin çatırsa, şikayət elə” deyir, hətta....
Bəli, gecələr  tülkü kimi xəlvət gəlib obyekti uçurdur, hətta gecə kiminsə mülkünü yandırırlar, guya yanğın olub ( bu barədə yazacağıq). 
Yəni son illər Bakı şəhərində  pilot layihə adı altında elə cinayətlər baş verir ki, adam dəhşətə gəlir. Şirkət rəhbəri obyekt sahibini razı salmadan bezdirib  öz yerindən çıxarmaq istəyir. 
Belə şirkətlərdən biri də “Nərimanov ESTATE”  MMC-dir. 
Bu MMC-nin direktoru  Əzizov Ruslan Şahin oğludur. 
ESTATE MMC şəhərdə hündürmərtəbəli binalar tikmək üçün Premium Rezidence MTK-nı yaradıb. Və əsas işləri paytaxtda binalar tikib satmaq və pul qazanmaqdır. 
Şirkətin bir neçə şəriki var. Onlardan biri Toğrul adlı şəxsdir. O, Şirvan Şəhər Polis İdarəsinin, Nərimanov RPİ-nin, sonra Xətai RPİ-nin polis rəisi olmuş, polkovnik Muradəli Babayevin yaxın qohumudur. Cənab rəisin adı avtoş  oğluna görə, mediada  çox hallanıb. Nərimanov rayonu ərazisində xeyli obyektləri var.
Şirkətin sahiblərindən biri də İbrahim  müəllimdir. İbrahim müəllimin  mərhum  atası  Goranboy rayonunda prokuror işləyib. 
Toğrul müəllim özü isə əvvəllər Nazirlər Kabinetində çalışıb. 
İndi isə tikinti biznesi ilə məşğuldur. 
Fikir verdinizmi  şəriklərin hamısı dövlət məmuru olub. Yəni öz vəzifə  səlahiyyətlərindən istifadə edərək, özlərinə biznes qurublar. 
Bu gün isə həmin məmurlar, Nərimanov rayonu ərazisində bina tikmək  üçün vətəndaşların qanuni mülklərini sökmək, onlardan sənəd tələb etmək, hətta vətəndaşın qanuni hasarını gecə xəlvət sökmək kimi əməlləri törədirlər. 
Təsəvvür edirsiniz,  vətəndaşı razı salmaq üçün ona obyektin qanunsuz olduğunu başa salmağa çalışırlar. Adama deyərlər, sən kimsən ki, vətəndaşın sənədlərinin qanuni, yoxsa qanunsuz olduğunu tələb edirsən. 
Bir sözlə, Nərimanov  ESTATE  MMC  özünü jandarm kimi aparır. 
Araşdırmamız davam edir.

Oxşar xəbərlər

"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur - NARAZILIQ!
“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
Nərimanovda köhnə qəbristanlıqda  MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
Prokurorluq sistemində AKKORD dövrü  bitib-Baş prokuror  Kamran Əliyev ciddi islahatlar aparır
Məleykə Əsədova ərə gedir? - “Böyük sevgi yaşayacaq“
“MOYKA”lar gün ərzində nə qədər SU sərf edir?- “Azərsu”, Nəsimi Rayon İcra Hakimiyyəti hara baxır ?
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
Qızıl alverini Əhaliyə Vətəndaşlıq Xidməti Trest rəisliyinə dəyişən Anar Tağıyevin hər iki halda əli “qızılla oynayır”.
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
"Baku Electronics"in  soyuducuları   soyutmaq əvəzinə  qızdırır...-    Avadanlıqların  səsindən evdə oturmaq olmur...
Rövnəq  Abdullayev  HƏBS-xananın  kandarında… -Prezident millətin qazını, işığını, suyunu kəsənlərin KƏNDİR-ini kəsir-VİDEO
Qubanın “asfaltyeyən”  başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu-  Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
“Yaşıl Bazar”da  8 martda od qiymətinə güllər-  Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
Eldar Əzizov Moskva Univermağında qızıl satan şəxsi əmisinin yerinə trest rəisi qoyub
“Kontak Home” şirkətinin saxta  reklamları-İstehlakçı aldığı  keyfiyyətsiz malı niyə geri qaytara bilmir?
Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?.. - Yeni islahat dalğasının ANONSU VERİLİB
Bakıda TİKİNTİ ÖZBAŞINALIĞI: - “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir?
Ziya Məmmədov xalqı dolayır... - Görünəni budur...
RED BULL şirkəti iflasa uğrayıb?-   Şirkət  böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
Alıcılar  “Neptun Market”i  Allaha həvalə edir- Vergi Xidməti marketdə baş verənləri görmür ?
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
“Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“ - Proqnoz
Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB? - Həbs qorxusu, yoxsa pulsuzluq?