Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
29-04-2021, 16:28
653

Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu- 1 ildə icra başçısı nə iş görüb ?

İcra başçısı kənd icra nümayəndəsinin müavinini niyə işdən çıxardı ?  


Düz  iki  həftədən sonra  35 yaşlı  Azər Qocayevin Kəlbəcər rayonuna icra başçısı təyin olunmasının 1 ili tamam olur. 
Bəziləri deyə bilər ki, 1 il nə müddətdir ki, icra başçısından hesabat tələb edək. Qoy bir neçə il işləsin görək nə bacarır, nə bacarmır. Həm də cavandır, idarəetmə təcrübəsi yoxdur, qoy bir “razqon”  götürsün, görək  xalqa necə qulluq edir…
Əslində bütün bu deyilənlər boş mənasız söhbətlərdir. 
Birincisi, bütün dünyada nəinki icra başçıları, hətta prezidentlər 100 gündən sonra xalqa hesabat verir. Çiynində böyük problemləri daşıyan dövlət başçısından söhbət gedir e, hansısa balaca icra başçısından yox.
Əgər dövlət başçıları  100 gündən sonra hesabat verirsə, Kəlbəcərin icra başçısını niyə 1 il, hətta 3-4 il gözləməliyik ? 
1 ildir bu adam Kəlbəcərin icra başçısı təyin olunub. 1 ildə Qarabağ azad olunub, Kəlbəcər erməni işğalından qurtarıb. 
İcra başçısı isə 1 ildə girib rahat kabinetində oturub 2 sərəncam verib: köməkçisini azad edib, təzə köməkçi götürüb özünə, bir də müavinini işdən azad edib. 
İcra başçısının 1 ildə  gördüyü işlər budur. Başqa iş görübsə, desin bilək. 
Vallah ayıbdır e, sənə etimad göstəriblər, buyur işlə, çalış, etimadı doğrult də. 
Digər tərəfdən, bəziləri deyir ki, hələ cavandır, qoy bir az təcrübə toplasın. 
Cənablar !

 100-150 min əhalisi olan rayonlar sizin üçün təcrübə sınaq məntəqəsi-zad deyil e. 
Bu keçəl  başda dəlləklik öyrənmək deyil, siz xalq ilə işləyirsiniz. 
Azər Qocayev icra başçısı təyin olunanda cənab Prezident İlham Əliyev onu  videoformatda qəbul edərkən  bəzi icra başçılarının həbsi, korrupsiya ilə mübarizə tədbirlərinə dair çıxış etdi və təzə icra başçısına tapşırıqlarını verdi: “ Əhali ilə işləmək, insanların sosial problemlərinin həllinə çalışmaq, neqativ əməllərə yol verməmək lazımdır. Məmurlar səmimi, işgüzar və təmtəraqsız  olmalıdır. Xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də”.
Bir ildir cənab başçının işgüzarlığından xəbər yoxdur. Təmtəraq söhbətinə gələndə isə…Təzə icra başçısı təzə kabinetindən foto paylaşmaqdan başqa nəsə etmir. 
İcra başçısı bu günədək Kəlbəcərə ayaq basmayıb. Ayaq basanları isə işdən qovur.
Bəli, Azər Qocayev  bu yaxınlarda rayonun ərazi icra nümayəndələrindən birinin müavinini ( Çıraqkənd ) işdən azad edib ? 
Niyə ? Ərazi icra nümayəndəsinin müavini polislərlə Kəlbəcərə gedib. Və buna görə, məhkəmənin qərarı ilə 200 manat cərimə olunub. 
Artıq məhkəmə qərarını verib. Bəs Azər Qocayev niyə kiçik məmuru işdən azad edib ? 
Azər Qocayev bu günədək bir şəhid ailəsinə baş çəkməyib. 
Bir sözlə,  Azər  Qocayev  Prezidentin etimadını doğrultmur.

Oxşar xəbərlər

Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Prezident icra başçısını işdən çıxardı
Onlar qapılarında "qara maskalıları" görməyənə qədər ağılllanmırlar... - Nə işdirsə...
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İcra başçısından yeni təyinat
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
İcra başçısı hələ də azad olunan rayonuna getməyib
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Nabranda sahibkarlar imdad diləyir- obyektlər buldozerlə uçurulur
Prezident icra başçısını işdən çıxartdı - Yeni təyinat
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR