Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və  Bayram Mikayılov-  Cavanşir İsgəndərov nazirə nə üçün 200 min  vermişdi ?
29-04-2021, 16:41
314

Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və Bayram Mikayılov- Cavanşir İsgəndərov nazirə nə üçün 200 min vermişdi ?

 Sabiq  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bir neçə aydır ki, ən ağır ittihamlarla  həbsxana həyatı yaşayır. Minlərlə saxta əlillik, müavinət, saxta taqaüdçü sənədlərində və daha nələrdə ittiham olunan Səlim Müslümovun aqibəti bəllidir. 
Mediada yayılan məlumatlara görə, Səlim Müslümov  2 milyard civarında dövlətə ziyan vurub. 
Təsəvvür edirsiniz, söhbət yüz minlərdən, milyonlardan getmir e, milyardlardan gedir. 
İnsaf naminə qeyd edək ki, Səlim Müslümov hətta dinozavr olsaydı belə o boyda 2 milyardı  “yeyə”  bilməzdi. 
Bəli, bu  nazirlikdə əməlli-başlı korrupsiya sistemi, rüşvət şəbəkəsi olub. 
Bəs onda niyə təkcə Səlim Müslümovun həbsi ilə məsələ yekunlaşmalıdır. 
Axı, söhbət cinayətkar şəbəkədən gedir. 
Nə üçün Cavanşir İsgəndərovu çağırıb soruşmurlar ki, sən Səlim Müslümova 200 mini niyə verdin ? 
Söhbət Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinin  Xətai rayon şöbəsinin müdiri  Cavanşir İsgəndərovdan gedir. 
Cavanşir  İsgəndərovdan  soruşan yoxdur ki, 2014-cü ildə sən hansı dəhşətli  böyük cinayəti törətmişdin ki, nazir Səlim Müslümova 200 min manat rüşvət verdin. 
Cavanşir İsgəndərovdan soruşan yoxdur ki, qohumun  Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru  Bayram Mikayılovla hansı cinayəti törətmişdiniz ? 
Bütün əməllərin sonunda  səni Səlim Müslümov niyə otaqdan qovdu ? 
Yığdığın pulların hesabına indi Sabirabadda taxıl sahələrin, feremer təsərrüfatın, broyler fabrikin və daha nələrin var. Qohumun Bayram Mikayılovla şərikli biznesiniz var. 
Axı, hər ikiniz bu pulları nazirlikdə çalışarkən xalqdan və dövlətdən oğurlamısınız. 
Bu gün Səlim Müslümov layiq olduğu cəzanı çəkir. 
Bəs Cavanşir İsgəndərov niyə kənarda qalıb ? 
Bizə elə gəlir ki, istintaq orqanları hər iki qohumun əməlləri ilə bağlı araşdırma aparmalıdır. 
Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və  Bayram Mikayılov.

Oxşar xəbərlər

Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Səlim Müslümov bu vəzifəsindən AZAD OLUNDU
Keçmiş nazirin “sağ əli” də həbs olundu
Səlim Müslümovun "sağ əli" kimi tanınan Əjdər Ol da saxlanıldı
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
Səlim Müslümovun həbs xəbəri yayıldı
Səlim Müslümov haqda ilginc iddialar - Sən demə...
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Məhkəmə Səlim Müslümovun apelyasiya şikayətinə baxdı - QƏRAR
Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı (Foto)
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümovun əsas “əsabəsi” də istintaqa çağırılıb – Fuad Əlizadənin vazkeçilməzliyi
Səlim Müslümov və oğlanları: 2.5 milyardlıq qalmaqal...
Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC
Tanınmış teleaparıcı yenidən efirə qayıtdı
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş  nazir niyə həbs olunmur ?
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
Səlim Müslümovla Əjdər Olun şok talançılığı – Sensasiya
"Məzun evi"nin direktoru Rza Əhmədov haqda ilginc məlumatlar yayıldı - Heybət İmanova arxalanaraq var-dövlət sahibinə çevrilib