Yeni icra başçısı  Azər Qocayev  1 ildə  Kəlbəcər üçün nə iş görüb ?- Sabiq başçı, hazırda isə Kəlbəcərin deputatı Aqil Məmmədov  9 ildə nə iş gördü ?
6-05-2021, 13:20
518

Yeni icra başçısı Azər Qocayev 1 ildə Kəlbəcər üçün nə iş görüb ?- Sabiq başçı, hazırda isə Kəlbəcərin deputatı Aqil Məmmədov 9 ildə nə iş gördü ?

Azər Qocayev, 1 cinayətə görə, 1 dəfə cəza verilir...


1 həftədən sonra, daha dəqiq desək, 13 mayda  Kəlbəcərin yeni icra başçısı Azər Qocayevin 1 ili tamam olacaq. 
Görəsən bu 1 ildə nə dəyişdi..? 
Təzə icra başçısı Kəlbəcər camaatı üçün nə işlər görə bildi? 
Təkrarçılıq olmasın, hamı düşünür ki, guya rəhbər şəxsə bir neçə il vaxt lazımdır ki, özünü təsdiq  eləsin. 
Amma bilənlər bilir ki, bacarıqsız, səriştəsiz kadra 1 il yox e, 10 ildə vaxt versən xeyri yoxdur. 
Əsl kadr  1-ci gün, yəni rəhbər olduğu qurumun binasına daxil olanda hər şey aydın olur. Və hər şey 1-ci gündən başlayır. Mənə 1 ay, 5 ay, 1 il vaxt verin bəhanəsi boş şeydir. 
İndi Azər Qocayevin 1 illik fəaliyyətinə keçməzdən öncə, görək onun sələfi, Kəlbəcərə 9 il rəhbərlik etmiş Aqil Məmmədov camaat üçün nə işlər görüb. 
Deməli, Prezident Administrasiyasının ( PA )  yaydığı rəsmi məlumatlarda dönə-dönə qeyd olunurdu ki, administrasiyaya əhalidən ən çox şikayətlər daxil olan rayonlardan biri də Kəlbəcərdir. Deməli, Kəlbəcər camaatı 9 il Aqil Məmmədovun əməllərindən bezib və yuxarılara şikayət məktubları yazıb. 
Yaxşı bəs onda necə oldu ki, 2020-ci ildə bu adam, yəni Kəlbəcərin icra başçısı həmin rayondan deputat seçildi. Bəs o narazı insanlar Aqil Məmmədova necə səs verdi ? 
Ortada bir məntiq olmalıdır, axı. 
Bax, indiki icra başçısı Azər Qocayev də fikirləşir ki, sələfim Aqil Məmmədov camaata zülm elədi, heç kimin problemi ilə maraqlanmadı və sonda...DEPUTAT oldu. 
Deməli, ən yaxşısı bu yoldur. Və Azər Qocayev də həmən yolu davam etdirir. Təsəvvür edirsiniz, bu günədək təzə icra başçısı bir nəfər kəlbəcərli şəhidin də ailəsinin qapısını açmayıb. 
Əksinə Kəlbəcəri ziyarətə gedən icra nümayəndəsinin müavinini işdən azad edib. Adama deyərlər karantin qaydalarını pozduğuna görə bu adamı məhkəmə dövlətin adından 200 manat cərimə edib. Bəs sən kimsən həmin şəxsi vəzifədən azad edirsən. 
Ay Azər Qocayev, 1 cinayətə görə, 1 dəfə cəza verirlər, başa düşmürsən ? 
İkincisi də bu insan polislərin iştirakı ilə vətəni Kəlbəcəri ziyarət edib.  
Bəs, bu neçə ayda sənin ayağın  Kəlbəcər torpağına dəyibmi ? 
Yazdığımız  yazılara gələn şərhlər də maraqlıdır.
Şərh yazanlar deyir ki, Azər Qocayevin işdən çıxardığı icra nümayəndəsinin müavini, qoy, vəkil Yefremə ( Yeprim)  müraciət etsin. 
Bir də şərhlərdə  ən çox belə fikir səslənir: Kəlbəcəri ermənilər işğal etmişdi, indi isə Ağdabanlılar işğal edib. 
Əlbəttə,  mərd camaat olan Kəlbəcər sakinlərinin nəyi nəzərdə tutduğunu özləri yaxşı bilir.





Oxşar xəbərlər

Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Samuxun icra başçısı bir köşəyə çəkilərək... - İTTİHAM
Heydər Əliyevin adına ayrılan 4 milyonu yeyən icra başçısı
Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Keçmiş icra başçısı dünyasını dəyişdi
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
Səfər Mehdiyevi o əvəz edəcək? - Azər Məmmədov kimdir?
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Kəlbəcərə komendant təyin edilib
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...
Kəlbəcərə yol hansı istiqamətdən olacaq? – Təkliflər
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video