Ülvi Quliyev  “Diaspora komitəsi”nin  sədri olmaq istəyir- Müharibə vaxtı oğlu LONDONDA kef edən deputatın OLİQARXİYASI...
6-05-2021, 15:45
577

Ülvi Quliyev “Diaspora komitəsi”nin sədri olmaq istəyir- Müharibə vaxtı oğlu LONDONDA kef edən deputatın OLİQARXİYASI...

44 günlük Vətən müharibəsində diasporamız əməlli-başlı fəaliyyət göstərdi.

Bəs, siz və oğlunuz nə etdiniz, cənab deputat ? 

Sözün düzü, deputat Ülvi Quliyev ilə bağlı mövzuya təkrar-təkrar qayıtmağımız  onun personasına qarşı xoş olmayan niyyətimizdən, yaxud xüsusi bir səbəbdən  irəli gəlmir. 
Sadəcə, Ülvi Quliyev  “qələm-klaviatura”  üçün daha çox material verir. Və bu da onunla bağlı daha çox  yazmağa stimul verir. 
Öncə onu qeyd edək ki, Ülvi Quliyevin istək və arzuları bitib-tükənmək bilmir. 
Bu adam indi də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmaq eşqinə düşüb. Hər yerdə  deyir ki, yaxın  zamanda Diaspor Komitəsinin sədri olacam. 
Əlbəttə, biz kiminsə arzusunun qarşısını almaq istəmirik. Və məşhur ifadə var ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. 
Amma  sənə göstərilən etimadları nə qədər doğrultmusan ki, indi də komitə sədri olmaq istəyirsən. 
Adi aptek biznesi ilə məşğul olduğun halda sənə Dövlət Gömrük Komitəsində Qaçaqmalçılıqla mübarizə idarəsində rəhbər vəzifə etibar etdilər. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi oldun.Qaçaqmalçılıq bilirsən də nədir ?
Narkotiklər, apteklər mövzusu da yəqin sizə yad deyil.
Bu vəzifədə nələr etdin, nələr qabağa düşdün, hamıya bəllidir. Hətta az vaxtda  sənə polkovnik rütbəsi də  verdilər. Cəmiyyət bundan nə qazandı ? Heç nə. Qazanan sən özün oldun. 
Sonra  səni Nəsimi rayonundan deputat elədilər. Bəli, elədilər. Çünki Nəsimi rayonunda sənə vətəndaşlar niyə səs verməli idi ? 
Hətta demişdin ki, Nəsimidə orta məktəbi bitirmişəm. Nolsun, Nəsimi rayonunda minlərlə məktəb bitirən var. Bircə dəfə Nəsimi sakinlərinin problemlərini parlamentdə qaldırdınmı ? 
Nəsimi rayonu ərazisndə  minlərlə ağaclar kəsildi bir dəfə səsiniz çıxmadı. Nəsimi rayonunda ev sahibinin çölə pəncərə açmasının qiymətini  hamı bilir. Sən bilmirsən cənab deputat ?
Yasamaldan 5 il deputat oldun. Sökülən evlərin sahibləri  tikinti şirkətlərindən nə qədər şikayət elədi. Niyə bircə dəfə parlamentdə onların  dərdini səsələndirmədin ? 
İndi də 3-cü dəfə deputat olmusan. Bütün bunlar sənə azlıq edir ki, indi də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmaq istəyirsən. Axı, bu sahədə sənin heç bir təcrübən yoxdur. Pis-yaxşı Fuad Muradov 3 ildir bu sahədə mümkün olanları etməyə çalışır. İnsaf naminə qeyd edək ki, 44 günlük Vətən müharibəsində  diasporamız əməlli-başlı fəaliyyət göstərdi. 
Bəs, 44 günlük savaşda siz nə etdiniz, cənab deputat ? 
Oğlunuz bəlkə erməniyə bircə  güllə atdı ? 
Yaxşı erməniyə güllə atmırdı, barı xaricdə bircə tədbir keçirərdi. Onu da etmədi. İndi diaspora qurmaq istəyirsən. 
Amma oğlunuzun biznesi Avropanı fəth edir. 
Müharibədə iştirak etməyən gənc oğlun   Orxan Quluzadə Londonda mülklərə sahibdir. Britaniya krallığında 5 mülkə sahibdir: 
1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk 
5.Londonda 600 min funt sterlinq..
Cəmi  6 milyon…


20  yaşlı gənc 6 milyonu  necə qazandı, Ülvi Quliyev ?

Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir. 
Bütün bunlar sizə bəs etmir, cənab deputat ? 
Bəlkə diasporanı da öz biznesinizə qatmaq istəyirsiniz ? 
Amma unutmayın ki, “bir çayda iki dəfə çimmək olmaz”. 
Sizin qatarınız gedib. Və sizin xahişlərinizi daha Maliyyə Nazirliyində də “dəftərə yazan” yoxdur. 
Artıq tamah baş yarar, çalış əlindəki qoru, cənab deputat.


























Oxşar xəbərlər

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Deputat Ülvi Quliyevin 3000 şəhidimiz yaşında oğlunun milyonluq villası - VİDEO və FOTOLAR
Deputat  Ülvi  Quliyev indi də komitə sədri olmaq istəyir- Susmağı  sevən deputatın  biznesi Avropanı fəth edir
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Deputat  Ülvi  Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO
Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Ülvi Quliyevin oğlu Vətən müharibəsinə niyə getmədi ?- Deputat oğlunun  Avropadakı  topdağıtmaz biznesi
Ülvi Quliyevin vətən sevgisi quru divara palçıq vurmaqdır- Deputatın  biznesmen oğlu niyə orduda qulluq etməyib ?
Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."
Oliqarx Deputat Ülvi Quliyev Idman Və Gənclər Naziri Olacaq?-Şayiələr Gəzir
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
"Deputat Eldar Quliyev tez-tez əxlaqsızlıq yuvalarına gedir" — Partiya sədrindən ŞOK İDDİA
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Daha 12 qazimiz Türkiyəyə göndərildi
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq
Azay Quliyev Müşahidə Şurasının sədri, müavini isə bu şəxs oldu
Şəmkirdə özbaşınalıq... - NARAZILIQ!
Sərt karantin gəlir: Başqa yol qalmayıb
"Biabırçılıqdır, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan pullar dayandırılmalıdır...”
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Fuad Qarayev "ASAN Xidmət"ə aparat rəhbəri təyin olundu - ƏMR
İlham Əliyevdən yeni TƏYİNAT
Tanınmış azərbaycanlı müğənni koronavirusa yoluxdu (FOTO)