“Cəhənnəm”ə  gedən Vüqar  Səfərli  “Müşü”nü  arzulayır...-  Vüqar  Səfərlini  “kars”dan  çıxartmaq üçün Müşfiq Ələsgərli qapı-qapı düşüb xahiş edir, pul toplayır...
27-05-2021, 17:34
433

“Cəhənnəm”ə gedən Vüqar Səfərli “Müşü”nü arzulayır...- Vüqar Səfərlini “kars”dan çıxartmaq üçün Müşfiq Ələsgərli qapı-qapı düşüb xahiş edir, pul toplayır...

Gundelik-baku.com-a daxil olan məlumata görə, Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Mətbuat Şurası  Sosial Komissiyasının sədri və ən əsası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF ) Müşahidə Şurasının üzvü  Müşfiq Ələsgərli gizli görüşlər  keçirir. 
Müşfiq Ələsgərli  vəzifəli, nüfuzlu, imkanlı, pullu şəxslərlə gizli görüşlər keçirir və xahiş edir ki,  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri, hazırda həbsxanada olan  Vüqar Səfərlinin həbsdən azad olunmasına  YARDIM etsinlər. 
YARDIM deyiləndə çox şeylər nəzərdə tutulur. Məsələn, imkanlı, varlı adamlardan xahiş edir ki, maliyyə köməyi edin, böyük məbləğdə pul toplayaq, müəyyən yerə çatdıraq və Vüqar Səfərlini bayıra çıxardaq. 
Görəsən, Müşfiq Ələsgərli başa düşmür ki, bayıra pulla çıxmırlar, gərək günahsız olduğunu məhkəmədə sübut edəsən. 
Müşfiq  Ələsgərli   deputatlardan, nüfuzlu şəxslərdən xahiş edir, hətta yalvarır ki, Vüqar Səfərliyə kömək edin, rəhbər şəxslərdən xahiş edin, rica edin. 
Deputatlardan biri  deyir ki, soruşdum ki, ay Müşfiq, niyə bu qədər xahiş edirsən, az qala yalvarırsan, səbəb nədir ? 
Müşfiq Ələsgərlinin  cavabı nə olsa yaxşıdır. 
Vüqar Səfərli bunlara  xəbər göndərib ki, partlayıram, dayana bilmirəm, məni bayıra çıxarın, bayır  istəyirəm, yoxsa...
Bax, əsas məsələ də bu zəhrimar YOXSA-dadır...
Bəli, Vüqar xəbər göndərib ki, məhkəmədə  açacam sandığı, tökəcəm faktları, hamınızı baqaja qoyacam, əlli-ayaqlı gedəcəksiniz. 
Vüqar Səfərli xəbər göndərib ki, əə, mən təkcə KONTRABASDA çala bilərdim, birləşib çalmışıq, indi azğınıza alımısınız suyu, susursunuz, mən də burada gecə səhərəcən KİRPİ jurnalı oxuyuram...
Səfərli xəbər göndərib ki, jurnalistlərin binasında ev alanlar təkcə mənim qohumlarım, aşnalarım deyil e, həm də sizinkilərdir, açım deyim indi...
Vüqar Səfərli keçmiş dostlarına xəbər göndərib ki, əə, oturmusuz  bayırda  Qaragilə  mahnısına qulaq asırsınız , vurursan bos sudan, mənim də burada ciyərim yanır.  Vüqar Səfərli xəbər göndərib ki, sən öl qardaşın İsa ilə bağlı bildiklərimin hamısını  məhkəmədə açıb deyəcəm. 
Sözün qısası, Vüqar Səfərlinin  göndərdiyi ultimatium bayırdakı dostlarını əsməcəyə  salıb. 
Əslində  Vüqar Səfərlinin dediklərində həqiqət payı az deyil. 
Çünki Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  Juranlistlər binasında 411 mənzillə bağlı araşdırma aparıb. 
Heç bir nüfuzu olmayan qəzetlərə 100 min manatlarla dövlətin vəsaiti ayrılıb. Təkcə ziyafətlərin  keçirilməsinə 105 min manat xərclənib. 
Obrazlı  desək, Vüqar Səfərli məclisdə 105 min manatı tək necə yeyə bilərdi ? Bunun da bir qarnı, bir ağzı var də. 
Bəs Müşfiq Ələsgərli və digərləri nə qədər yeyib ? 
Onlar niyə  bayırda qalmalıdır ? 
Axı, KİVDF  bir nəfərdən, yalnız  Vüqar Səfərlidən ibarət olmayıb. 
Bu qurumun neçə nəfərlik Müşahidə Şurası,  İdarə Heyətinin üzvləri, Həmkarlar Təşkilatı olub. 
Hər kəs öz cinayətinə görə, cavab verməlidir.

Oxşar xəbərlər

Vüqar Səfərlinin istintaqı çox müşfiqləri aparacaq-  KİVDF-nin üzvü Müşfiq Ələsgərli niyə məsuliyyətə cəlb olunmur ?
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli YAP-dan çıxarıldı
Reketliklə məşğul olan “media rəhbəri”  Vüqar Səfərli  həbsxanadan xəbər göndərib.-   O, KİVDF  Müşahidə Şurası və İdarə Heyəti üzvlərini “türməyə”  çağırır ...
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Vüqar  Səfərlinin dəstək verəni Müşfiq Ələsgərli niyə həbs olunmur ? - Həbs edilən icra başçılarının məddahları niyə cəzasız qalıb ?
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların bir qismini qaytarıb
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA
SON DƏQİQƏ! Vüqar Səfərlinin həbs müddəti artırılır
Prokurorluqdan Vüqar Səfərlinin cinayət əməli ilə bağlı YENİ AÇIQLAMA
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub, 5 nəfər ölüb - Müşfiq Ələsgərli
Vətən Müharibəsində döyüşən jurnalistlərimiz
Əli Həsənov Azərbaycana gətirildi