Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC Kredit”də nələr baş verir ?-   Görəsən, Elman Rüstəmovun  “TBC”  BOKT-dan xəbəri varmı ?
1-06-2021, 12:56
178

Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC Kredit”də nələr baş verir ?- Görəsən, Elman Rüstəmovun “TBC” BOKT-dan xəbəri varmı ?

  Azərbaycanda  1999-cu ildə  fəaliyyətə başlayan “TBC Kredit” MMC  bank olmayan kredit təşkilatıdır. 
Əslində çoxları  bilməsə də  bu bank olmayan kredit təşkilatı xarici bankın ölkəmizdəki törəməsidir. 
Daha də    qəqiq desək, qonşu Gürcüstanda fəaliyyət göstərən, qərargahı Tbilisi  şəhərində yerləşən universal gürcü bankı olan TBC-nin törəməsidir. 
1992-ci ildə yaradılan TBC Bank-ın adı da Tbilisi Bank Mərkəzi ( Tbilisi Bank Center) ilə əlaqəlidir. 
Azərbaycandakı  TBC Kredit Azərbaycan bazarında 1999-cu ildən  fəaliyyət göstərir və kiçik və orta müəssisələrin rəqabətə davamlığını artırmaq üçün imkan yaratmaq və daha güclü biznes praktikasını inkişaf etdirmək, orta gəlirli şəxslərin yaşayış standartlarını yaxşılaşdırmaq üçündür. 
Və  2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankının lisenziyasını almışdır.
TBC Kredit biznes kreditləri (mikro və kiçik müəssisələr), ipoteka kreditləri, ev şəraitinin yaxşılaşdırılması kreditləri, istehlak kreditləri  təklif edir. 
TBC Kreditin Azərbaycanda baş direktoru  uzun müddət  gürcü Spartak Tetraşvili olub. 
2 ay öncə  onu birinci müavini Əjdər Əliyev əvəz edib. Yəni hazırda baş direktor Əjdər Əliyevdir. 
Əjdər Əliyev Bakıda Qərb Universitetində Biznes İnzibatçılığı üzrə və Amerika Birləşmiş Ştatlarında Urbana-Şampeyn İllinoys Universitetində Beynəlxalq Maliyyə üzrə Magistr dərəcəsini alıb. O, həmçinin iqtisad elmləri namizədidir.
 “TBC Kredit” BOKT  ( Bank Olmayan Kredit Təşkilatı)  10 milyon dollar  nizamnamə kapitalına sahibdir. 
Sözün düzü, TBC  BOKT-un kütləvi informasiya  vasitələrində uğurlu bir layihəsinə rast gəlmədik. Qurumla  bağlı hansısa bir müsbət fikr, yaxşı rəy yoxdur. Sanki bu qurum neçə illərdir ki, “kölgədə”  fəaliyyət göstərib. 
Yeri gəlmişkən, BOKT-un  ofisi  Çay fabrikinin yanındadır. Və Bakıda qurumun xeyli filialı var. 
TBC-yə müraciət edən şəxslərin fikirlərinə görə, qurum müraciət edənləri günlərlə, bəzən aylarla süründürür, müştəriləri aldadır. TBC-də bəzi azərbaycanlı məmurların,  oliqarxların böyük kapitalı “dövr edir”. 
Görəsən  TBC-nin neqativ fəaliyyəti barədə, quruma 21 il əvvəl lisenziya vermiş Milli Bankın, hazırda Mərkəzi Bankın rəhbəri olan  Elman Rüstəmovun xəbəri varmı ? 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Banklarda kredit verilməsi prosesi sadələşir
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
"Express Bank”da qanun pozuntuları aşkarlandı
Şəhid ailələrinin kreditləri silindi
"Yelo Bank"da yeni baş direktor təyin olunub
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
Azərbaycanda kredit götürmək daha ƏLÇATAN OLACAQ
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Dünya Bankı Azərbaycana yardım edəcək
Rüfət Aslanlının bankı kritik durumda
Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
"AFB Bank"ın depozit və kredit portfeli kəskin azalıb - RƏQƏMLƏR
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Sahil Babayevin Əmək Müfəttişliyinə rəhbər gətirmək istədiyi Vəli Quliyev kimdir? - İLGİNC
"Unibank" Qarabağ qazisini çıxılmaz vəziyyətə salıb - VİDEO
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü