“Azərcell”in   fəaliyyəti  “tilova keçirilmiş  soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...
28-06-2021, 18:57
472

“Azərcell”in fəaliyyəti “tilova keçirilmiş soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...

4,5 milyon müştəridən xəbərsiz  10-15 qəpik pul tutsan  bu  500 min manatdan çox pul edir...

“Azercell”  şirkəti vergidən yayınırmı ? 

Azercell   Azərbaycan mobil rabitə şirkəti haqqında nələri bilirik ?  


Azercell Telekom MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı olan  mobil operatorudur.
Şirkətin ilk təsisçiləri Türkiyənin “Türkcell”  şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
“Azercell Telekom”  BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 
1 aprel 2008-ci ildən etibarən “Azercell Telekom” MMC adlanmağa başlayıb.
Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub.
Hal-hazırda Azercell ölkə əhalisinin 99,8 faizini  əhatə edir.
Şirkətin uzun müddət  prezidenti Vahid Mürsəliyev olub. Hazırda şirkətin prezidenti Zarina Zeynalovadır. 
Ümumiyyətlə, şirkətin özəlləşdirilməsi zamanı böyük qanun pozuntuları olub. 
Hətta  İsveçin TeliaSonera qrupu 2008-ci ildə Azercell şirkətinin özəlləşdirilməsi zamanı yüz milyonlarla dollar vəsaitin mənimsənilməsini “narahatedici əməliyyat” adlandırıb. 
Şirkər  hər zaman müştəri məmuniyyətindən danışsa da şirkətlə bağlı xeyli narazılıqlar və şikayətlər var. 
Bu narazılıqlar dəfələrlə  Milli Məclisdə deputatlar tərəfindən, eyni zamanda tanınmış şəxslər tərəfindən səsləndirilib. 
Azərbaycanın tanınmış şəxslərindən biri deyir ki,  Azərcell-in  fəaliyyəti  “tilova keçirilmiş  soxulcana bənzəyir”, yəni müştərini tora salmaq üçün hər oyuna gedir. 
Bir sözlə şirkətlə bağlı şikayətlər bitib tükənmək bilmir. 
Abonent şikayətlərinə görə “Azercell” mobil operatoru yeni nömrə alan müştərilərinin icazəsi olmadan və xəbərdarlıq edilmədən onları ödənişli kampaniyaya cəlb edir.
Ödənişli kampaniya olan bu xidmət qarşılığında isə abonentin balansından əlavə məbləğ tutulur. Bu durum müştərilərin haqlı narazılığına səbəb olub. Yəni müştərinin xəbəri olmadan onun balansından pul çıxılır. 
Təsəvvür edirsiniz  4,5 milyon müştəridən  10-15 qəpik pul tutsan  bu 500 min manatdan çox pul edir. 
Digər tərərəfdən “Azercell”in şəbəkəsində tez-tez problemlər yaşanır. Səbəbini soruşanda “Bizə yazılı müraciət edin” deməklə  sualdan yayınırlar. 
Məgər  5 milyon civarında müştəri yazılı müraciət etməlidir ? 
Şirkətin 211-lə başlayan mobil nömrələri yüksək vəzifəli məmurlara, onların övladlarına, biznesmenlərə çox baha qiymətə satması da hamıya məlumdur.
Azercell mediaya  cüzi pul  ayırmaqla  müstəqil medianın  ağzını yumur.  
Yəni  Azercell şirkəti qurumda baş verən neqativ halları, qanunsuz əməlləri cəmiyyətdən gizlətmək üçün media qurumları ilə şifahi və yazılı bazarlığa gedirlər. 
Təsəvvür edirsiniz şirkət   Azercell-ə  məxsus  777-77-77 nömrəsinin 70000 ( yetmiş min  ) manata satışa çıxarır. 
Azercell  bu bahalı nömrələri sataraq milyonlar qazanır. Bəs dövlət büdcəsinə nə ödənir ? Heç nə.
Görəsən, müvafiq qurumlar,  “Azercell” şirkətində niyə yoxlama apara bilmir ? 
Səbəb nədir ? Şirkətin özbaşınalığına son qoyulacaqmı ? 
Bu və digər suallar cəmiyyəti düşündürür.


Oxşar xəbərlər

Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək
Azercell  051-777-77-77  nömrəsini 70 min manata satır
Azercell koronavirusa görə MEDİA-nın pulunu kəsdi- Daha saytlar şirkətdən “aylıq” almayacaq
“Azercell”in şəbəkəsində problemlər yaşanır - SƏBƏB?
Azercell  indi  də aylıq  abunəçilərə “kontur atır”-  Şirkət  müştərilərini məhkəmə ilə hədələyir
Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir
Bitməyən şikayətlər:“Azercell” müştəriləri necə tora salır? – ŞİKAYƏT VAR
"Azercell"in Müştəri və Səyyar Müştəri xidmətləri işini fasiləsiz davam etdirir
Tükənməyən şikayətlər silsiləsindən: Tanınmış müğənni “Azercell”dən şikayət etdi: “Mümkün deyil şərləyəsiniz...”
Azərcell-in nömrə MONOPOLİYASI- Qarabağ qazisi dərman pulu tapmadığı bir vaxtda Azercell   70 min manata mobil nömrə satır...
Dövlət kasıblara, Azərcell də varlılara güzəşt edəcək.
"Azercell” Mübariz Mənsimovun şirkətini məhkəməyə verdi
Koroğlunun 7777 dəlisi və Azercell-in 70 min manatlıq  777-77-77 nömrəsi...
“Bakcell” Bərdə sakinlərinə dəstək göstərdi
Mobil operatorlardan qəribə mesaj: “Sizin diliniz uzundur”
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Ölkə əhalisinin sayı açıqlandı
ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur
ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib
Yeni nazir nələr edəcək? – Rabitə problemləri…
Milyondan çox borcu olan deputatdan İLGİNC ADDIM - Telefonunun nömrəsini satır
“Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
İlham Əliyev Rusiya ilə imzalanmış sazişi TƏSDİQLƏDİ
“Xəstəxanada koronavirusdan vəfat edən ərimin telefonu qaytarılmır”
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti fəaliyyətini dayandırır
Banklarda kredit verilməsi prosesi sadələşir