Əziz Əzizovun HƏBSİ an məsələsidir...- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri, avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri...
30-06-2021, 20:02
1 411

Əziz Əzizovun HƏBSİ an məsələsidir...- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri, avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri...

Həmkarlarının  aqibəti  Əziz  Əzizovu da gözləyir...

Arpa satan icra baçsının qızının gözəllik salonu...

İcra başçısı arpa satandırsa, hüquq şöbəsinə də sürücü rəhbər olacaq...


Günümüzün  reallığı budur ki, rayonlarımız idarə edən icra başçılarının bir çoxu  kafedə ofisiant, toylarda zurna çalan, tramvay sürən, ən yaxşı halda xırda sahibkar, arpa satan, “metallom”  satan olublar. 
Ona görə də  rayonları köhnə peşələrinə uyğun idarə edirlər. 
Belə icra başçılarından biri də  Suraxanının indiki icra başçısı  Əziz  Əzizovdur.
Əziz  Əzizovun  ilk işi tramvay parkında “mastr” olub. Sonra 90-cı illərdə Cənub zonasında arpa satmaqla tanınıb.  
2006-cı ildə bu “mastr-arpa satanı”  Cəlilabad boyda rayona  icra başçısı təyin ediblər. 
Və 12 il Cəlilabadı özü istədiyi kimi satıb talayıb. 
Adi arpasatan olan bu adamın biznesi icra başçısı olandan sonra bir neçə rayonu əhatə edib. 
Konkret olaraq Neftçalada mal-qara ferması, əkin sahələri, araq sexləri fəaliyyət göstərib. 
Cəlilabadın ən münbit torpaqlarını satan Əziz Əzizov  bu illər ərzində milyonlar qazanıb. Bakıda mənzilləri, Cəlilabadda  fermaları, əkin sahələri, üzümlükləri, ticarət və iaşə obyektləri var. 
Cəlilabadan sonra Əziz Əzizov bir müddət Yasamalın icra başçısı oldu. Həmən vaxtda Yasamalda xeyli obyektləri oldu. Yasamalda plana düşən evlərə ayrılan pulların azı 20 faizi icra başçısına çatırdı. Evləri sökülən vətəndaşlara verilən kirayə haqqını da Əzizov məmimsəyirdi, tikilən binaların 1-ci mərtəbəsini özününkülərə  verirdi. 
Məsələn, Yasamalda keçmişi arpasatan olan Əziz Əzizovun qızının “Papanin” adlanan yerdə BEAUTY adlı gözəllik salonu fəaliyyət göstərir. 
Bu salon kimlərə və hansı xidmət göstərir ? 
Salon sahibi hər ay vergidən necə yayınır ? 
Bu başqa bir yazının mövzusudur. 
Əziz Əzizov hazırda Suraxanının olub-qalan torpaqlarını satmaqla, fərdi ev tikintisi üçün 10 min manat almaqla, keçmiş icra başçısı İlqar Abbasovdan qalma küçə ticarətini ələ keçirməklə məşğuldur. 
Təsəvvür edirsiniz, Əziz  Əzizov vaxtilə makler olduğu üçün tikilən fərdi evlərə özü gəlib baxır və qiymət qoyur. İndi özünüz təsəvvür edin bu adam rayona necə rəhbərlik edir. 
Əziz Əzizov üçün dövlət qulluğu da arpa satmaq kimidir. Ona görə də öz sürücüsü olan qohumunu icra hakimiyyətində hüquq şöbəsinə işə götürüb. 
Məntiqlə belə də olmalıdır. Çünki icra başçısı arpa satandırsa,  hüquq şöbəsinə də sürücü baxmalıdır. 
Ancaq Əziz Əzizov unudur ki, bir zaman qılıncının dalı-qabağı da kəsən icra başçılarına indi həbsxanada  ifadə almaq üçün nələr  edirlər.
Eyni aqibət səni də gözləyir, Əziz Əzizov.




Oxşar xəbərlər

Suraxanının icra başçısı Əziz Əzizov da həbs olunur ?- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri,avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri ..
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
İcra başçısına yeni müavin təyin edildi
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?