''Gündəlik Bakı'' olaraq ötən yazılarımızda Maliyyə Nazirliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ( “Qaçqınkom”da ) yoxlama aparması barədə məlumat vermişdik.
Məlumat üçün bildirmişdik ki, son bir neçə ildə Maliyyə Nazirliyinin “Qaçqınkom”da ciddi yoxlama aparması heç kimin yadına gəlmir.
Həqiqətən də bütün dövlət qurumlarında zaman-zaman operativ, illik yoxlamalar olduğu halda sanki “Qaçqınkom” toxunulmaz qurum kimi yoxlamalardan kənarda qalırdı. Hətta Milli Məclisin tribunasından bir çox nazirlik və komitələr ciddi tənqid olunsa da “Qaçqınkom”a gözün üstə qaşın var deyən yox idi.
Hansı ki, bu qurum dəfələrlə yazdığımız kimi rüşvətin və korrupsiyanın miqyasına görə ölkədə birinci yerdədir.
Belə olduğu halda “Qaçqınkom” niyə yoxlamalardan kənarda qalmalı idi.
Hətta Rövşən Rzayev komitəyə sədr təyin olunandan sonra qurumda özbaşınalıq, korrupsiya halları birə beş artsa da Maliyyə Nazirliyi bu quruma sanki həmişəlik yaşıl işıq yandırmışdı.
Amma bir müddət əvvəl Maliyyə Nazirliyi “Qaçqınkom”da yoxlamalarla bağlı qərar verdi. Görünür yazılan məqalələr, məcburi köçkünlərin şikayətləri nəhayət yuxarılara yetişmişdi.
Və ölkə rəhbərliyi səviyyəsində məlum olmuşdur ki, başda komitə sədri Rövşən Rzayev olmaqla, müavinləri Fuad Hüseynov, Sabir Əhmədov, Aparat rəhbəri Eldar Zeynalov, Mənzil Departamentinin direktoru Səbuhi Əhmədov və ən əsası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevriliblər. Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
Qoy Maliyyə Nazirliyi hər ay verilən 60 milyon “çörək pulu”nun içərisində “ölü canlar”ın sayını və “summa”sını müəyyən etsin.
Görəsən, bu “ölü canlar”ın qazını, işığını, suyunu kim istifadə edir, yaxud bu pullar kimlərin cibinə gedir ?
Təxminən son 30 ildə qaçqın və məcburi köçkünlərə, onlar üçün tikilən binalara, qəsəbələrə, şəhərciklərə ayrılan milyardlarla dövlət vəsaitini beyninizdən keçirin.
Bu binalardakı mənzilləri satan, şəhərciklərin həyətini ticarət obyekti kimi hərraca çıxardan Departament direktoru Səbuhi Əhmədovu gözünüzün önünə gətirin.
Adam rüşvətin çoxluğundan az qala havalanıb, eşqə düşüb, xaricdəki “söyüş müxalifəti”nə maliyyə dəstəyi verir, məcburi köçkünlərə 5000 manata “kupça” satır. Yəqin ki, Maliyyə Nazirliyinin yoxlama materiallarında bu faktlar öz əksini tapacaq.
Komitənin “rüşvət və korrupsiya dənizi “ hesab olunan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Mahir Abbaszadənin əməlləri də yəqin ki, yoxlama sənədlərində qırmızı xətlə keçəcək.
Bu adam o dərəcədə milyonçuya çevrilib ki, iki həftə əvvəl, daha dəqiq desək, 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) xanımına 420000 yevro dəyəri olan hədiyyə bağışlayıb.
Təkcə bu fakt “Qaçqınkom”dakı rüşvətin və korrupsiyanın miqyasını göstərir.
Biz kiminsə xanımına lap 1 milyonluq hədiyyə bağışlamasının əleyhinə deyilik. Amma qaçqın və məcburi köçkünlərə ayrılan dövlət vəsaiti ilə deyil.
Komitə sədri Rövşən Rzayev deyir ki, maaşımla dolanıram. Bəlkə Səbuhi Əhmədov da, Mahir Abbaszadə də quru maaşla dolanır, cənab Rzayev ?
Bəlkə, müavinləriniz, Fuad Hüseynov, Sabir Əhmədov, Aparat rəhbəri Eldar Zeynalov maaş cədvəlinə qol çəkir ?
Bir daha təkrar edirik ki, “Qaçqınkom” böyük rüşvət, korrupsiya və cinayətlər yuvasıdır.
Xarici beynəlxalq humanitar qurumlardan gələn yardımlar haradadır, cənab Rövşən Rzayev ?
Bunu heç bir məcburi köçkün görməyib.
Sözün qısası ümid edirik ki, Maliyyə Nazirliyinin apardığı yoxlama öz müsbət nəticəsini verəcək.
Çünki redaksiyamıza daxil olan məlumata görə, yoxlamanın materialları Baş prokuror yanında Korrupsiyay qarşı Mübarizə İdarəsinə göndərilib.
Məlumatlı mənbənin dediyinə görə, komitə rəhbərliyinin həbsi gözlənilir.
Bəlkə də qohumları Rövşən Rzayevi həbsdən xilas edə bildi, ancaq Səbuhi Əhmədov, Mahir Abbaszadə və digərlərinin həbsi qaçılmazdır.
Maliyyə Nazirliyi “Qaçqınkom”da apardığı yoxlamanın nəticəsini Korrupsiya İdarəsinə göndərdi.- Rövşən Rzayev, Mahir Abbaszadə, Səbuhi Əhmədovu HƏBS gözləyir...
02
iyul
17:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qaçqınkom qurumda yoxlama aparan Maliyyə Nazirliyi ilə “dil tapıb”, razılığa gəldi…- Bu dəfə də komitənin rəhbərliyi həbsdən canını qurtara bildi ?
Maliyyə nazirliyi “Qaçqınkom”da yoxlamalara başladı. - Rövşən Rzayev, Mahir Abbaszadə və digər vəzifəli şəxslər həbs oluna bilər...
“Qaçqınkom”un sədri Rövşən Rzayev gedir...- Ülvi Quliyev komitəyə sədr gəlir
Maliyyə Nazirliyinin QAÇQINKOMU yoxlaması Rövşən Rzayevin HƏBSİ deməkdir- “Qaçqınkom”un “çörək pulu” siyahısında minlərlə “ölü canlar “...
"Qaçqınkom" ləğv edilmir... amma Rövşən Rzayev YOLA SALINIR - Qaramaskalılar da GƏLƏ BİLƏR
AMEA-da aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL
“Qaçqınkom” 42 minə zibilqabı alır
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Qaçqınkom AİLƏ-ləri dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri Səbuhi Əhmədovdan pullarını tələb edir
“Qaçqınkom”dan daha bir şübhəli tender – Videoçarx üçün 40 min manat ayırıb
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
“Qaçqınkom”dan şübhəli tenderlər: büdcədən ayrılan pulları kimlərə ayırır? - TƏFƏRRÜAT
“Qaçqınkom” Qarabağı xarici ölkə sayır? - İLGİNC
“Qaçqınkom”un sədri Rövşən Rzayev maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
- Rafet El Roman “Əsl sevgilər eyni yaşdadır"
- Ağ qadın Afrikada gözəllik müsabiqəsində qalib gəldi
- Ürək sağlamlığı üçün qəhvəyə bu ədviyyatı əlavə edin
- Məşhur aktrisa ağ saçlarını və makiyajsız üzünü göstərdi
- Azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI
- Qarabağın erməniəsilli sakinlərinə bu hüquqlar veriləcək - PA açıqladı
- Müdavimlər də kursant adlandırılacaq
- İran cəmi 2 həftəyə nüvə silahı yarada bilər
- Onların təhsil haqqını dövlət ödəyəcək
- Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqlandı
- Azərbaycanda 1 həftədə 11 nəfər koronavirusdan ÖLDÜ
- Fərhad Babayev vəfat etdi
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Rafet El Roman “Əsl sevgilər eyni yaşdadır"
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Ağ qadın Afrikada gözəllik müsabiqəsində qalib gəldi