“Azərsu”nun sədr əvəzi Köçərli Həsənov abonentləri İSTİSMAR edir- Köçərli Həsənov İSTİNTAQDA cavab verəcək…
10-07-2021, 00:47
215

“Azərsu”nun sədr əvəzi Köçərli Həsənov abonentləri İSTİSMAR edir- Köçərli Həsənov İSTİNTAQDA cavab verəcək…

Köçərli Həsənovun  saxta podratçı  şirkətləri…


“Azərsu”dan söhbət  düşəndə həmişə  rəhmətlik  xeyriyyəçi Hacı Zeynalabdin  Tağıyevi  xatırlayıram. Rəhmətlik Hacı öz cibinin pulu ilə, tək canı ilə Bakıya Şollar suyunu çəkdi. 100 ildən sonra da bu təmiz, sərin sudan istifadə edirik. 
Ancaq  müstəqilliyinin 30 ili tamam olan Azərbaycanda “Azərsu”ya  gah Oqtay Əsədov  rəhbərlik etdi, sonra Nizaməddin gəldi, indi də Allah qoymasa, Köçərli Həsənov rəhbərlik edir. Bəli, 1 ay öncə baş nazirin müavini Yaqub Eyyubov Köçərini kollektivə təqdim edib. 
Yeri gəlmişkən, “Azərsu”nun saytından  bəlli olur ki, bu qurumda  5 müavin var: Köçərli Həsənov müavinlər sırasındadır.
Hazırda isə Köçərli həm də sədrin səlahiyyətlərini  icra edir. 
Sözümüzün canı odur ki, heç nazirliklərdə, komitələrdə bu sayda müavin yoxdur. Buna nə ehtiyac var ? Bunlar hamısı dövlət vəsaiti deməkdir. Hər müavinə xidməti maşın, sürücü, katibə, köməkçi, Allah qoymasa  daha nələr. 
Bu qurumda olan korrupsiyanı  təsəvvür etmək üçün  strukturuna baxanda adam dəhşətə gəlir. 
Gəncə boyda şəhərdə normal kanalizasiya sistemi yoxdur, amma qurumda 5 müavin var. Hələ üstəlik  qurumun adı zırıltı elmi institutu var – “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu.
   “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. 
Digər vacib məsələ odur ki, istənilən qurumda müavinlərin  konkret  sahəsi olur və bu aydın şəkildə yazılır.  Azərsu-nun saytında heç bir müavinin kuratsiya etdiyi sahə bəlli deyil. Özümüz  başqa mənbədən öyrəndik ki, Köçərli Həsənov uzun illər məhz  sədrin istismar üzrə müavini  olub və hazırda sədri əvəz edir.   
Digər bir vacib məqam odur ki, Azərsu hansısa məntəqəyə  su çəkəndə həmin ərazinin  yollarını  xaraba günə qoyur  və ərazini yarımçıq tərk edir. Yəni qaş düzəldən yerdə  gözü də çıxardır. Bütün bunlara görə, sədrin İSTİSMAR üsrə müavini Köçərli Həsənov məsuliyyət daşıyır. Əslində  asfaltı dağıdan, kanalizasiya çəkən  podratşı şirkətlər sonradan asfalt örtüyünü bərpa etməlidirlər. Amma nə faydası. 
Çünki podrtaçı şirkətlərin çoxu Köçərli Həsənovundur. Və bu şirkətlərin heç biri  kriteriyalara cavab vermir. Ancaq pul qazanmaqla məşğuldur.  Elə onun nəticəsidir ki, çəkilən su və kanalizasiya xətləri əksər rayonlarda işlək vəziyyətdə deyil, ayrılmış vəsaitin isə böyük bir hissəsi  Köçərli  kimilərin cibinə  gedir. Onu da bilmək lazımdır ki,   görülən işlərə, çəkilən su və kanalizasiya xətlərinə, eləcə də dağıdılan asfalt örtüyünə birbaşa cavabdeh Köçərli Həsənovdur.
Digər vacib məsələ odur ki, “Azərsu”  Dünya bankından milyonlarla kredit götürüb, ancaq zamin duran Azərbaycan dövlətidir. Kreditləri isə Köçərli Həsənov kimi məmurlar sağa-sola xərcləyib. Bəs kreditləri kim qaytaracaq, ay Köçərli ? 
Köçərli Həsənov su və kanalizasaiya çəkmək üçün lazım olan “texniki şərt”lərdən milyonlar qazanır.  
Məlumat üçün bildirək ki, bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”ləri bəzi obyektlərdə 150 min manatı aşır. 
Digər  rüşvət mənbəyi  yaşayış binalarına “texniki şərt” deyilən sənədin verilməsidir ki, buna görə alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. 
Sözsüz  bütün bunlara görə, Köçərli Həsənov və onun şəbəkəsi  istintaqda cavab verəcəklər. 
Konkret Köçəri Həsənovun özü isə bağında FETÖ-çuların toplantısına və Ərikli bağındakı olaya görə, mütləq cəzasını alacaq.



Oxşar xəbərlər

"Azərsu" ASC Köçərli Həsənova həvalə edildi
“Azərsu”nun rəhbəri   Köçərli Həsənov kimdir ?-   FETÖ-nün  adamlarının gizli  Bakı toplantısı Həsənovun bağında keçirilirmiş...
Köçərli Həsənov, ƏHALİ susuz qalıb,su ver... - Sona xanımın qohumu Fərmayıl Vəliyev  sudan milyonlar qazanır...
Azərsu vitse-prezidenti aldatdı
Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi - FOTO
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Nazirliyə tabe qurum “Azərsu”nu məhkəməyə verdi
“Azərsu”da bu vəzifəli şəxslər həbs oluna bilər: SİYAHI
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Yevlax-Xankəndi dəmiryolunun bir hissəsi yenidən qurulur
“Azərsu” ASC qəzanı aradan qaldırmaq üçün içməli suyu yollara axıtdı - VİDEO
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Vasif Talıbovun sələfi vəfat etdi - FOTO
“Əli və Nino“ kitab mağazasının işçiləri qarət olunub - Video
Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi - Çəkişmənin kökündə nə dayanır?
Əli Həsənov bu vəzifələri icra edəcək
Əli Həsənovun Bakıdakı buyruqqulusu kimdir? - İDDİA
Sabiq deputat: “Sən müalicə olunma, Əli Həsənov, onsuz da ölmüsən...”
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Paytaxtda su kəsintisi ilə bağlı məsələyə “Azərsu”dan CAVAB
Əli Həsənov Azərbaycana gətirildi
Bu qurum “Azərsu”nu məhkəməyə verdi - Böyük məbləğdə borc yaranıb
Eldar Həsənov özünə yeni vəkil tutdu
Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi
“Azərsu” havaların istiləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi
Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?