Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsində nələr baş verir?
12-08-2021, 17:36
1 423

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsində nələr baş verir?

Bir “otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı 7500 manatdır 

Qardaşın biri Qubada, o biri isə Xidmətdə bazar açıb 

Vaxtilə “Azvoyenkom” olan qurum bir neçə il əvvəl  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çevrildi. 
Ümumiyyətlə, tənqidə pis münasibəti olanlara bildirmək istəyirik ki, görülən müsbət işlərə görə, hər bir quruma və onun əməkdaşlarına “sağ olun”  deyirik. Ancaq tənqid olmasa, mövcud problemləri aradan qaldırmaq mümkün olan deyil. Ona görə də ən həssas sahələrdən biri olan  səfərbərlik ilə bağlı qurumdakı nöqsanları və problemləri ictimailəşdirmək bir media olaraq bizim vəzifə borcumuzdur. 
Düzdür, ordumuz Müzəffər Ali Baş komandanın rəhbərliyi altında qələbə qazandı, əsgərlərimiz şücaətlə döyüşüb şəhid və qazi oldular. 
Bu bizim bir millət olaraq uğurumuzdur. 
Ancaq  hətta  köhnə vaxtlarda “voyenkom”lar kimlərinsə balasını, daha doğrusu imkanlı şəxslərin övladlarını rahat hərbi hissələrə salır, hətta “summa” çox olanda “neqodnu”  edirdilər. Bu işdə həkim-tibb komissiyanın “əməyi”  və  qazancı az olmurdu. 
Bu ənənə bu gün də davam edir. 
Məlumdur ki, ölkəmiz 30 ildən çoxdur ki, müharibə vəziyyətindədir. Qələbəmizə baxmayaraq, hələ də müharibə ehtimalı qalıb. Ona görə də bəzi “uzaqgörən” məmurlar öz övladlarını əsgəri xidmətdən yayındırmaq üçün müxtəlif yollara əl atırlar. 
Kimlərsə övladlarını yaxın və uzaq xarici ölkələrə göndərir, kimlərsə öz “imkanl”arı daxilində bir neçə “otpravka”  saxladıb, zamanı ötürür, daha imkanlı və vəzifəli şəxslər isə  övladlarına ömürlük “neqodnu”  kağızı alır. 
Bəli, “otpravka”nın qiyməti, “neqodnu”nun qiyməti zaman-zaman  dəyişir. Yəni vəziyyətdən asılı olaraq. 
Hətta  döyüş bölgəsindən uzaq hərbi hissələrdə qulluq etməyində öz qiyməti var. 
Bir sözlə,  son vaxtlar “voyenkom”lar qiymətləri qaldırmaqda davam edir. 
Müxtəlif mənbələrdən daxil olan məlumata görə, Xidmətin Nərimanov rayon şöbəsində də qiymətlər şişməkdə davam edir. 
Məsələn, kimsə övladını bir “otpravka” saxlatmaq istəyirsə,  500  manat  tərləməlidir.
Hansı imkanlı məmursa, öz övladına ömürlük “neqodnu”  kağızı  almaq istəyirsə, Nərimanov “voyenkoma”  7 min 500 manat  yardım etməlidir. 
Daxil olan məlumatdan o da bəlli olur ki, bütün bu işlərin bir ucu gedib çıxır Xidmətin rəis müavini, general-mayor  Şahvələd Əliyevə. 
Məlumat üçün onu da qeyd edək ki, Şahvələd Əliyev Qubanın biznesmen-icra başçısı Ziyəddin Əliyevin qardaşıdır. 
Bəli, qardaşın biri Qubada, o biri isə  “Voyenkom”da biznes qurub, bazar açıb.

Bu haqda sonra...

Oxşar xəbərlər

Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
ŞOK: Arzu Rəhimov yeni bazar açıb... - İTTİHAM
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
"Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib" - General
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Hərbi xidmətə çağırışla bağlı açıqlama
Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
Səfərbərlik Xidməti məlumat YAYDI
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Arzu Rəhimovun müavini general-mayor Şahvələd Əliyevə suallar...-VİDEO
Azərbaycanda vəzifəli şəxs kabinetdə vəfat edib
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Qarabağ müharibəsində döyüşənlərə pul verildi – Video
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Şəhid jurnalistlər təltif EDİLDİ
Bu şəxslərə hər ay 360 manat PUL VERİLƏCƏK
Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat manat veriləcək
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək
“Hərbi xidmətə göndərəcək uşağımız yoxdur" - Erməni valideynlər
“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..
Dövlət Xidməti çağırışçılara müraciət etdi
Zakir Həsənov əmr imzaladı