Bakı İnzibati Məhkəməsinin kommersant-hakimi Fərid Mədətli- Mütərcim, yoxsa, hakim ?
25-09-2021, 02:18
404

Bakı İnzibati Məhkəməsinin kommersant-hakimi Fərid Mədətli- Mütərcim, yoxsa, hakim ?

Bakı İnzibati Məhkəməsinin fəaliyyəti ilə bağlı ölkə mediasında dəfələrlə  kəskin tənqidi yazıların şahidi olmuşuq. Hətta Milli Məclisin tribunasından  bu qurumda baş  verən qanunsuzluqlarla bağlı fikirlər səsləndirilib. 
Təəssüf ki, bütün bunlar qurumun, hakimlərin, hətta Bakı İnzibati Məhkəməsinin sədri  Araz Hüseynovun fəaliyyətində müsbət dəyişiklik yaratmayıb. Sanki hakimlər düşünür ki, onlar  birbaşa Prezident tərəfindən təyin olunduqları  üçün toxunulmazadırlar.  
Amma unudurlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi  Həsən Əliyevi də vəzifəyə cənab Prezident təyin etmişdi, onun da  hakim toxunulmazlığı var idi və məhkəmənin qərarı ilə 7 il həbs cəzası aldı. 
Yəni hər bir hakimi bu aqibət gözləyə bilər. 
Bundan Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli də sığortalanmayıb. 
Yeri gəlmişkən, Fərid Mədətlinin  tərcümeyi-halına  bir nəzər  salaq. 
Deməli, Fərid Mədətli 2001-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 
2004 – 2006-cı illərdə  Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsində mütəxəssis, aparıcı məsləhətçi işləyib. Və könlündən bankda işləmək keçib, 2006 – 2007-cı illərdə  “Unibank”  Kommersiya Bankında çalışıb. 
2007 – 2010-cu illərdə  “Rövşən Oğuz Qrup”  MMC-də Baş Direktorun  müavini olub. 
Sonra yenidən dövlət işinə qayıdıb və 2010 – 2012-ci illərdə Ali Məhkəmənin sədrinin köməkçisi olub.
Və yenidən şirkətdə çalışmaq istəyib, 2012 – 2013-cü illərdə  “BM Morrison Partners” şirkətində çalışıb. 
Nəhayət  yenidən Ali Məhkəməyə qayıdıb və  hazırda  Bakı İnzibati Məhkəməsinin hakimidir. 
Yəqin ki, diqqətli oxucu gördü ki, Fərid bəyin işi-gücü “şirkət”lərdə, MMC-lərdə işləmək, yəni bu adam dövlət qulluğundan çox  kommersiya qurumlarına meyillidir. Bir də gördün ki, sabah səsi-sədası  “Sədərək”  ticarət mərkəzindən gəldi. 
Yəni bir şeyi başa düşməliyik kİ, adamı zorla, pulla, tanış-tunuşla dövlət adamı etmək mümkün deyil. Bu aksiomadır. Bu adam kommersant təfəkkürlüdür. 
Sonuncu məhkəmə iclasında da bunun birbaşa şahidi olduq. 
Məhkəmə prosesi saat 12-20-də başlayıb və nahar fasiləsində davam edir. Hakim Fərid Mədətli başa düşmür ki, hər bir insanın istirahət hüququ var və bu pozula bilməz. Əgər başa düşsəydi, məhkəmədə iştirak edən şəxsləri məcburi qaydada saat 13-20-yədək məhkəmə zalında saxlamazdı. 
Fərid Mədətlinin apardığı məhkəmə prosesi də məhkəmə iclasından daha çox “tezbazar”a oxşayırdı. Hətta buna görə hakim Fərid Mədətli arqument də tapıb: hakimlər çatışmır..
Bütün bunlar bir yana, ən dəhşətlisi odur ki, hansı işdənki “çörək iyisi”  gəlmir, hakim o işləri “basməmmədi”  edib tələm-tələsik yola salırdı. 
Məsələn, şikayətçi  Oleq Baranov Məşğulluq İdarəsi ilə bağlı məhkəmədən tələb edir ki, ona dəymiş  ziyan ödənilsin, onun adına yazılıb mənimsənilmiş pullar bərpa olunsun və s. Hakim isə rus millətindən olan Oleq üçün tərcüməçi  təyin etməyərək, mən özüm tərcümə edərəm deyir. Qarşı tərəf – Məşğulluğun nümayəndəsi isə rus dilini bilmədiyini deyir və tərcüməçi tələb edir.  Hakim isə yenə  eyni məntiqsizliklə “tərcümə yaradıcılığını “  davam etdirir. İndi tərəflər necə bilsin ki, cənab hakim-mütərcim Fərid Mədətli kimin xeyrinə “tərcümə”edir ? 
Həm də, hakimin iclasda tərcüməçilik etməsi heç bir qayda-qanuna sığmır axı. 
Bütün bunlar azmış kimi, hakim Oleqin üstünə qışqırır, kobud rəftar edir. 
Hakim unudur ki, Oleq Azərbaycan vətəndaşıdır və Oleq kimi xeyli şəxs Azərbaycan torpaqlarının bütövlüyü uğrunda vuruşub, canını qoyub. 
Söhbət təkcə Oleqin işindən getmir ee, digər işlərdə də hakim eyni “prinsipi”  sərgiləyir. Yəni işdə “çörək-maraq” varsa, hakim dil-dil ötür, işi araşdırmağa vaxt tapır. Ancaq hakimin şəxsi marağı olmayanda işləri başından edir. 
Məsələn elə həmin iclasda “İnşaat Konstrakşın” MMC ilə, yaxud “İlkin-E” firması ilə bağlı məsələlərdə hakim Fərid Mədətli dəridən-qabıqdan çıxır. Çünki “maraq”  var. 
Biz yuxarıda əbəs yerə qeyd etmədik ki, bu adamın, yəni Fərid Mədətlinin sanki “xəmiri kommersiya” ilə yoğrulub. 
Düzdür, Fərid müəllim hərdən dövlət işlərində “posadka” edir, amma ürəyi qalır “cibişdanın” yanında. Həə, Fərid Mədətli bir  müddət Ali Məhkəmə  sədrinin köməkçisi də olub. Və əslində onun hakim karyerası məktubla həll olunub. 
Sonda hörmətli ədliyyə naziri  Fikrət Məmmədova  deyirik ki, əgər  sədrlik etdiyiniz Məhkəmə-Hüquq Şurası  həqiqətən varsa, bu neqativ hallara  hüquqi  qiymət verilsin. 
Və Bakı İnzibati Məhkəməsinin sədri  Araz Hüseynova isə deyirk ki, aramızdakı dost münasibətlərin işə dəxli yoxdur, qanun hər yerdə şah olmalıdır, bunun şəxsi münasibətlərə aidiyyəti yoxdur.

Oxşar xəbərlər

Prezident Daşqın Səfərovu yüksək vəzifəyə təyin etdi
Milli Məclis bu hakimlərin vəzifədən azad olunmasına qərar verdi - Siyahı
Tanınmış hakim koronavirusa yoluxdu
Məhkəmə hakimi vəfat edib - FOTO
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Məhkəmə hakimi vəfat etdi
Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan VƏFAT ETDİ
Daha bir hakim koronavirusa yoluxdu
Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu - FOTO
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Məhkəmə hakimi koronavirusdan vəfat etdi
Elçin Əfəndiyevin qızı hakim təyin edildi
Ali məhkəmənin sabiq hakimi vəfat etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri koronaviusa yoluxdular
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."
Bakı Apelyasiya Məhkəməsinin sədri işdən azad olunur
Hakim Rüstəm Kərimli qanunları necə pozur? - NARAZILIQ!
Tanınmış hakim koronavirusa yoluxdu
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Prezident Suraxanı Rayon Məhkəməsinin yeni binasının açılışında - FOTOLAR
Arvadını öldürən hakimin məhkəməsi başladı
“İrşad Electronics”in lisenziyasız məhsul satması ilə bağlı protokol tərtib edildi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!
Əbülfəs Qarayevin müavini məhkəmə önündə
Azərbaycanlılara işgəncə verən 2 erməniyə HÖKM OXUNDU
Gəncə Apellyasiya Məhkəməsinin 9 hakimi koronavirusa yoluxdu – MƏHKƏMƏ İŞİNİ DAYANDIRMALI OLDU