KQİ-də göyə sovrulan milyonlar-ARAŞDIRMA
25-08-2020, 11:52
714

KQİ-də göyə sovrulan milyonlar-ARAŞDIRMA

ARDNŞ-nin struktur bölmələrindən olan “KQİ” tresti (Kompleks Qazma İşləri Tresti) ilə bağlı internet üzərindən araşdırma apardıq.



 Araşdırma zamanı məlum oldu ki, başında İsgəndər Şirəliyev adlı bir neftçi-mütəxəssisin olduğu bu təşkilat ailə qurumuna çevrilib.Məsələn,  ixtisar prosesi heç də ARDNŞ rəhbərliyinin əmr-qərarına uyğun aparılmır, ədalət prinsipi kobudcasına pozulur, haqq-ədalət qohum, dost və fərdi maraqlara qurban verilir. Bu da sonda vətəndaşlarımızın ümumilikdə ARDNŞ rəhbərliyindən və dövlətimizdən narazı qalması ilə nəticələnir.

Belə ki, trest daxilindəki mənbənin verdiyi məlumata görə; “Neft Şirkətində pensiya yaşına çatmış insanlar müavinət ödənilməklə işdən çıxarıldığı halda, İ. Şirəlinin pensiya yaşını çoxdan ötmüş qohumu ilbəil işdə saxlanılır, üstəlik ixtisasca neftçi olmayan və neft sənayesindən başı çıxmayan bir qohumu üçün idarədə “məsləhətçi” ştatı açdırmaqla onu ixtisarlardan “qoruyur”. Bundan əlavə, ali təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi ARDNŞ rəhbərliyinin əmri ilə yasaq olduğu halda, İ.Şirəliyə yaxın olan adamlar ali təhsili olmadan da mühəndis vəzifəsinə təyin edilir. Yetər ki, bu orta təhsilli şəxs İsgəndər Şirəlinin qohumu olsun. Bundan başqa,Trest daxilindəki mənbə qeyd etdi ki, Trestin rəhbərliyi maliyyə haqq-hesabında da ARDNŞ rəhbərliyini aldadır. Belə ki, guya iş görüldü və bu işə xeyli vəsait xərcləndi deyə, aktlar hazırlanır, pullar silinir. Lakin əslində ortada heç bir iş yoxdur. Mənbə bunun sübutu kimi bir neçə sənədin kserosurətini təqdim etdi. Bu sənədlər bir neçə istismar quyusunun tikintisi və yolun çəkilməsinin başa çatdığını göstərən AKT-lardı. Daha dəqiq desək, bu aktlar Trestə aid olan Cəfərli sahəsində yerləşən 37 nömrəli istismar quyusunun, Lökbatan sahəsindəki 1533 və 1535 nömrəli istismar quyusunun və Buta sahəsindəki 1770 nömrəli istismar quyularının meydançalarının və yollarının tikintisi haqqında aktdır. Quyu tikintisi dedikdə neft quyusu qazılacaq yerin buruq quraşdırılması üçün hazırlanması və ehtiyac olduğu halda buraya gələn yolun gediş-gəliş üçün təmir olunması nəzərdə tutulur. Mənbə deyir ki, burada xərclər ən azı 10 dəfə şişirdilmiş şəkildə göstərlib. Belə ki; Cəfərli sahəsindəki 37 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 45900 (qırxbeş min doqquz yüz) manat, Lökbatan sahəsindəki 1533 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər:71500 (yetmişbir min beş yüz) manat, həmin sahədə 1535 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 56844 (əllialtı min səkkiz yüz qırxdörd) manat və Buta sahəsindəki 1770 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 49079 (qırxdoqquz min yetmişdoqquz) manat göstərilib. Dörd quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər isə ümumilikdə: 223, 323 min manat göstərilib. "Uzun zaman bu sahədə çalışan mütəxəssis kimi bütün adı çəkilən quyularda olmuşam. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, o yerlərə, yəni buruq yerinin hazırlanmasına və yolun təmirinə heç aktda göstərilən məbləğin 10 faizi qədər pul xərclənməyib. Bir çoxunda saxta aktlar tərtib olunsa da yol yerli-dibli çəkilməyib, sadəcə olaraq pullar silinib. Bütün bu aktlar tərtib olunandan sonra ona trestin müdiri İskəndər Şirəli şəxsən imza atıb. Ola bilməz ki, neftçi mütəxəssis kimi o, aktda göstərilən məbləğin gerçək xərcləri əks etdirmədiyini bilməsin. İnanmırsınızsa araşdırma apara bilərsiniz. Əminəm ki, ciddi və dəqiq yoxlama aparılarsa “KQİ” trestinin ağlasığmaz həddə yeyintilərə yol verməsi faktları üzə çıxacaq” –deyə mənbə qeyd etdi. Sonda bildirmək istəyirik ki,Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilir.

Oxşar xəbərlər

Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
Pensiya ilə bağlı ŞAD XƏBƏR
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Rövnəq Abdullayevlə Mübariz Mənsimov arasında savaşa səbəb olan şəxs bilindi-ORTADA ƏSASLI İDDİALAR VAR
İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...
Peşə təhsili sistemində baş verənlərdən Təhsil Nazirliyinin və Korrupsiya İdarəsinin xəbəri yoxdur?
“Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”
Oğuzda gəlin 73 yaşlı qayınatasını döydü
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
Gələn ildən pensiyalar artacaq - Nazir
Azərbaycanda pensiyaçıların 57 faizi...
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Ərli qadını evindən qaçırdılar - Azərbaycanda ŞOK OLAY
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
Videosu yayıldığı üçün işini itirən polislər... - FOTOLAR
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
Paytaxtda qonşular arasında dava: 2 nəfər bıçaqlandı
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Pərvin Abıyevanın qohumu koronavirusdan öldü
Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi