Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
30-08-2020, 18:33
740

Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və İ.Əliyevin qudası Rövşən Mustafayev övladlarına toy mərasimi təşkil etdiklərinə görə inzibati məsuliyyətə cəlb olunaraq 15 sutka müddətinə həbs ediliblər.

Gündəlik Bakı xatırladır ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan başqa, R.Mehdiyevin nəvələri və digər 15 şəxs cərimələnib.

Ramiz Mehdiyevin qızı, həbs edilən İlham Əliyevin həyat yoldaşı Əliyeva Kamilə Ramiz qızıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir.

K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Toyda iştirak etdiklərinə görə cəzalandırılanların sayı 20-dən çoxdur. K.Əliyeva barəsində hansısa tədbirin görülüb-görülməməsi barədə məlumat yoxdur. (yenisabah.az)

Oxşar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
Ombudsman 82 min manata avtomobil aldı
Daha bir deputat Mehdiyevin nəvəsinin toyunda olub
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
Deputat DİN-i tədbir görməyə çağırdı
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Tofiq Yaqubluya hökm oxundu
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?